Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xosrov bəy Sultanovun Şuşadakı fədakarlığı…

Azərbaycan İstiqlalı elan edilən gündə − mayın 28-də Fətəli Xan Xoyskinin başçılığı altında ilk Hökumət kabinəsi formalaşdı. Azərbaycanın ilk Hərbi naziri vəzifəsi X.Sultanova tapşırıldı.

1918-ci ilin iyununda Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsi ilə bağlı ilkin hazırlıq işlərinin aparılması üçün N.Yusifbəyli və Ş. Rüstəmbəyli ilə  birlikdə X.Sultanov da Gəncəyə gəlmiş, burada mühüm işlərə köməklik göstərmişdir.

 

1919-cu ilin yanvarın 15-dən X.Sultanov Qarabağın general-qubernatoru təyin edildi. 

 

1919-cu ilin 29 yanvarında Azərbaycan hökumətinin keçirdiyi iclasda “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında DİN-nin məruzəsi dinlənildi və aşağıdakı qərarlar qəbul olundu: 

 

1. Xosrov bəy Sultanov general-qubernator təyin edilsin;

 

2. Nazirliyin iyirmi milyonluq fondundan general-qubernatorluğun ehtiyacları üçün beş milyon manat ayrılsın…” .

 

Arxivlərdə X.Sultanovun Qarabağda apardığı əməliyyatlarla bağlı əhəmiyyətli məlumatlar vardır. Bu məlumatlar X.Sultanovun böyük təhlükə və çətinliklər içərisində olsa da, öz vəzifəsini icra etdiyini göstərir. 

 

X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.

1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan  bir yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti”.

Müraciətdə yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.

 

Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.

 

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdir. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.

       

Ermənistan hökuməti X.Sultanovun general-qubernator təyin edilməsinə etiraz edirdilər. General-qubernatorluğun yaradılması ilə bağlı Tomsonun Ermənistan hökumətinin üzvləri ilə İrəvanda 1919-cu ilin martın 28-də və aprelin 6-da keçirilən müşavirələrində ermənilər narazılıqlarını bildirirdilər/

Ermənistanın o dövrdə Xarici İşlər naziri olan S.Tiqranyan 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə teleqram göndərərək ərazi iddialarını irəli sürmüş və X.Sultanovun təyinatına ciddi etiraz etmişdir.

 

Ermənistan hökumətinin Azərbaycandakı diplomatik nümayəndəsi T.Bekzadyan isə Britaniya komandanlığının nümayəndələri ilə görüşdə həmin bölgədə ingilis general-qubernatorluğunun yaradılması fikrini irəli sürmüşdür.

 

Həmin dövrdə Xarici İşlər naziri vəzifəsini icra edən A.Ziyadxan 1919-cu ilin yanvarın 31-də Ermənistan hökumətinə 178 saylı teleqram göndərərək, Zəngəzur və digər bölgələrin Azərbaycanın tərkib hissəsi olduğunu əsaslandırmışdı.

 

X.Sultanovun Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəyliyə Şuşadan 1919-cu ilin 8 mayında göndərdiyi 1348 saylı məlumatda maldarların yaylaqlara təhlükəsiz gedə bilməsini təmin etmək üçün Gorus bölgəsini tutmağın zəruriliyi bildirilirdi. Həmin məlumatdan: “Cənab əlahəzrətə bildirirəm ki, maldarların yaylaqlara təhlükəsiz keçməsi sxeminin surətini Sizə göndərirəm və qeyd edirəm ki, onların Şuşa və Cavanşir bölgəsindən keçməsi faydasızdır. Bundan ötrü Görusu tutmaq lazımdır. Bu əməliyyat üçün artilleriya və pulemyotla təchiz edilmiş iki min nəfərlik piyada və atlı lazımdır. General-qubernator Sultanov”.

 

X.Sultanovun 1919-cu ilin iyunun 5-də Ağdamdan Baş Nazir N.Yusifbəyliyə göndərdiyi teleqramda Şuşada ermənilərlə baş verən toqquşmanın təfərrüatları qeyd olunur. Həmin teleqramdan: “Dünən – 4 iyunda Şuşada ermənilərlə kiçik toqquşma baş verdi:  atışma oldu. Lakin bu gün sülh yolu ilə həll etmək mümkün oldu. Bu gün Azərbaycandan Erməni Milli Şurasının fəalları olan Avetisyan, Tumanyan, İşxanyan göndəriliblər. İki nəfər özləri tez gedib, iki nəfər isə bu günlərdə göndəriləcək. Sabah − iyunun 6-da erməni tərəfdəki kazarmalar alınacaq. General-qubernator Sultanov”.

X.Sultanovun 1919-cu ilin 26 iyulunda Şuşadan S.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunurdu.

 

X.Sultanovun 1920-ci ilin martında göndərdiyi teleqramda vəziyyətin getdikcə gərginləşdiyi görünürdü. Onun 1920-ci ilin 24 martında Ağdamdan M.Vəkilova Xankəndi və Şuşada gedən döyüşlər haqqındakı teleqramda yazılırdı: “Martın 23-də ermənilər gecə yarısı bizim Xankəndində olan döyüş hissəmizə güclü hücum etdilər. Eyni zamanda ermənilər Şuşaya da hücuma keçdilər. Hücumun qarşısı alınıb, ətraflarda atışma gedir. Şuşa Şuşukənddən bombalanır. Ağdam-Şuşa arasında olan teleqraf kəsilib. Ekstremistlərin uzaqlaşdırılması üçün bütün tədbirlər görülür. Qəzəblənmiş əhali özündən çıxır. Dəstə rəisi tərəfindən Hərbi-səhra məhkəməsi yaradılıb. Xahiş edirəm, təcili olaraq adamlarla, başlıcası patronla kömək edin. General-qubernator  X.Sultanov”.

 

 

X.Sultanovun Qarabağda hadisələrin təhlükəli inkişafı ilə əlaqədar partizan dəstələrinin yaradılması elanı haqqında parlamentin sədri M.Y.Cəfərova teleqramı: “Ermənilər bu gün Xankəndinə hücum etdilər. Şuşadan olan teleqraf xətləri qəsdən kəsilib. Mənim agentlərdən alıb dəfələrlə Sizə çatdırdığım məlumatlar teleqrafla da özünü doğruldur. Xankəndinə hücumun nəticələri haqqında hələ məlumatım olmadan yazıram. Hamıya partizanların mobilizasiya edilməsi haqqında əmr göndərilib. General-qubernator Sultanov”.

 

1920-ci ilin martın 31-də  X.Sultanovun və K.Əliverdiyevin M.Vəkilova Şuşada, Xankəndində, Əskəranda ağır vəziyyət və təcili köməklə bağlı digər teleqramında bildirilirdi: “Sizin 28 martda olan gizli məlumatınıza uyğun olaraq 29-da səhər Əskərana hücum gözləyirdik. Gizli məlumatdakı təxmini gözləntiyə görə hücum Xankəndi tərəfdən başladı. Bizə məlum olmayan səbəbə görə, Əskəran bu günə qədər alınmayıb. Dünən cəbhədən aldığımız məlumata görə, Zəngəzur erməniləri Bağırbəyli kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini ələ keçiriblər. Beləliklə, zəngəzurlularla qarabağlılar arasında əlaqə yaranıb. Bu gün, yaxud sabah, saat 10-a qədər gözləmək lazımdır. Səhər Şuşaya, yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən birbaşa Xankəndi və Əskərana gedilməlidir. Bütün əhali səfərbər və təşkil edilib, ermənilərin hərəkətinin qarşısının alınması və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir gün gecikərsə, o artıq kömək olmayacaq. Təcili cavab gözləyirəm”.

X.Sultanovun Qarabağın general-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Tekinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: “Ermənistan hökumətinə xəbər verin: Sultanov Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə. Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı tərəfindən rəsmi qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb”.

 

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Təkinskinin Yerevandan 1919-cu ilin 26 iyununda Azərbaycanın Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi 1874 saylı məlumatda qeyd olunurdu: “1919-cu ilin 25 iyununda mən Ermənistan Respublikasının Xarici İşlər nazirliyinə 224 saylı nota təqdim etdim: “Hökumətimin tapşırığı ilə Sizə bildirirəm ki, Sultanov Azərbaycan Respublikasının 15 yanvar 1919-cu il qərarı ilə Azərbaycan Respublikasının mübahisəsiz və ayrılmaz hissəsi olan Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və aprelin 3-də rəsmi tanınıb. Odur ki, Sultanovun fəaliyyəti, yaxud Azərbaycan qoşunlarının qeyd etdiyimiz bölgələrdə yerləşməsinə erməni respublikasının hər formada etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq kimi qəbul edilir. Qarabağın general-qubernatoru Sultanov enerjili tədbirləri ilə Şuşa rayonunda qayda yaratmış və həyat öz axarı ilə davam edir. Xahiş edirəm, mənim inamım və Sizə olan hörmətimi qəbul edəsiniz. Diplomatik nümayəndə Təkinski”.

 

1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Bu işğaldan sonra X.Sultanovun həyatında ağır dövr başladı.

 

Bolşeviklərin Azərbaycanı işğal etməsindən az sonra − 1920-ci ilin mayın 1-də X.Sultanov Qarabağ Hərbi İnqilab Komitəsini yaradıb  sədri oldu. Komitə Şuşa şəhərində yerləşirdi. İnqilabi Komitənin tərkibi aşağıdakılardan ibarət idi: Bahadur Vəlibəyov (sədr müavini), Məmməd Həsən Mirzəcanov (katib), üzvlər: Ocaqqqulu Musayev, Məmməd Əli Qayıbov, Fərhad Ağayev. Hətta İnqilab Komitəsinin qərarında qeyd edilirdi ki, bu dövrə qədər mövcud olan partizanlar bu gündən Qırmızı kəndli qvardiyası adlansın, qəza rəisləri və pristav vəzifələri ləğv edilərək qəza və sahə komissarları ilə əvəz olunsun.

     

X. Sultanov 1920-ci ilin mayın 10-da Şuşadan Bakıya gəldi və bununla bağlı ona başçılıq etdiyi Müvəqqəti Qarabağ İnqilab Komitəsinin 50 saylı mandatı verildi.

 

X.Sultanov Bakıya gəldikdən iki gün sonra – mayın 12-də 519 saylı həbs kağızı əsasında  azadlıqdan məhrum edildi. Onun XI Ordunun Hərbi tribunalının rəisi Pankratovun göstərişi əsasında həbsi qeyd olunur.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan PR 20584 saylı istintaq işindəki sənədlərdən, onun mayın 12-də həbs edildiyi, həmin işin isə avqustun 9-da dayandırıldığı məlum olur.

 

İstintaq sənədlərində X.Sultanov özü haqqında müəyyən bilgilər verir: 1879-cu ilin aprelin 10-da anadan olub, Bibiheybətdəki neftsənayeçiləri xəstəxanasında həkim işləyib, cəbhədə Qaçqınlara kömək üzrə ictimai təşkilatın səlahiyyətli nümayəndəsi olub, Müsəlman-kəndli qurultayının sədri seçilib, Seymin üzvü olub.

 

X.Sultanov istintaq sənədlərində Xarkovdakı Tibb İnstitutunda oxuduğunu, ailəsinin olmadığını da qeyd edib. Həbs edildiyi sonuncu ildə Şuşada yaşayıb

      

Bolşeviklər X.Sultanovu ağır cəzaya məhkum etməyə hazırlaşırdılar. Odur ki, 1920-ci ilin avqust ayının 9-da X.Sultanovun işi Ali Tribunalın məhkəməsinə verildi.

 

X.Sultanovun həbsdən hansı şəraitdə azad olunması haqqında sənədlərə əsaslanan faktlar yoxdur.

DTK-nın arxivində onunla bağlı saxlanılan PR- 20584 saylı istintaq işində Az.Çekanın səlahiyyətli nümayəndəsi olan Səfikürdlü tərəfindən onun istintaqının yekun sənədlərinin Azərbaycan SSR-nin Ali Tribunalına verildiyi qeyd olunur. 

 

Bu mərhələdə X.Sultanova ciddi köməklik göstərildi və o, həbsdən azad olundu. Bu köməyin də ona N.Nərimanov və Ç.İldırım tərəfindən göstərilməsi ehtimalı vardır.

 

X.Sultanov həbsdən azad olduqdan dərhal sonra Azərbaycanı tərk etdi. Bir məlumatda isə X.Sultanov həbsxanadan çıxdıqdan, yaxud təşkil edilib çıxarıldıqdan sonra Qarabağa getmiş, 1920-ci ilin iyun ayında bu bölgədə sovet rejimi əleyhinə baş verən üsyana Nuru Paşa ilə birgə başçılıq etmişdir. Lakin Qızıl Ordu hissələri üsyanı yatırdıqdan sonra Xosrov bəy, Nuru Paşa və Fərhad bəy (o da İttihadın rəhbərlərindən idi) İrana keçməyə məcbur olmuşdular.

 

Bundan sonra Xosrov bəy Sultanovun Türkiyədə, Almaniyada, Fransada, Polşada ağır mühacirət həyatı başladı. Həmin ölkələrdən (xüsusən Türkiyədən) onun İrana keçməsi, burada sovet rejiminə qarşı mücadilə əzmində olan əqidə dostları ilə görüşməsi haqqında məlumatlar vardır. 

     

Ü. Hacıbəyli Xosrov bəy Sultanovun Qarabağda əhəmiyyətli bir insan olduğunu belə təqdim edirdi: “Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni camaatı tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın hökuməti başında olmasa idi, burası − Azərbaycanın cənnəti hesab olunan bir  yer  çoxdan bəri cəhənnəmə dönüb, qətl və qital ocağı olmuşdu”.

 

X.Sultanov  İstanbulda yaşamış, orada 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı İstanbulun Fəriköy qəbiristanlığındadır.

 

Nəsiman Yaqublu, 

tarix elmləri doktoru, professor

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar