Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

Sergey Markov: “Nikol Paşinyan Kazan formulu ilə razılaşmaq istəyir”

Dünən, aprelin 14-də Dağlıq Qarabağda işğalçı rejim “seçkilərin ikinci turu”nu keçirdi. Gözlənildiyi kimi, erməni separatçılarına rəhbərlik edəcək Araik Harutyunyan “qalib gəldi”. Artıq vəzifəsini tərk edən Bako Saakyan Azərbaycanın işğal olunmuş ərazilərində COVID-19-un yayılması ilə bağlı məsuliyyəti üzərinə götürəcəyini vəd etdi. Ancaq o, çox güman ki, bu məsuliyyətin öhdəsindən gələ bilməyəcək. Təxmin etmək olar ki, Bako Saakyan Ermənistan xarici pasportu ilə ən qısa müddətdə Cənubi Qafqaz bölgəsini tərk etməyə çalışacaq. Bu, karantin bitdikdən və sərhədlərin açılmasından dərhal sonra baş verəcək.

 

Əlbəttə ki, “seçki məntəqələri”ndə Qarabağın erməni icmasının nümayəndələrinin kütləvi toplaşması baş vermədi.

 

Yəqin ki, kimsə COVID-19 artıq Ermənistandan Qarabağa gətirildiyi üçün səs verməməyə çağıran ikinci “namizəd” Masis Mailyanın məsləhətinə əməl edib. Bu, “ilk tur”da “seçicilər”in sayını artırmaq üçün insanların Ermənistandan gətirildiyi zaman baş vermişdi.

 

Hətta erməni fəal Vahram Ağacanyan da rəqəmin çox göstərildiyini bildirib: 103 663 seçicinin olması üçün (erməni tərəfi belə bir rəqəm səsləndirib – red.) əhalinin 140-150 min nəfərə çatması lazımdır. Onun sözlərinə görə, Qarabağda 60-65 min nəfər səs verə bilər (baxmayaraq ki, bu rəqəm də bizə çox şişirdilmiş görünür –  red.).

 

Sergey Markov Media.Az üçün Qarabağdakı yalançı seçkiləri şərh edib. Tanınmış rus ictimai xadimi, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Rusiya Federasiyası İctimai Palatasının üzvü və Rusiya Prezidenti Vladimir Putinin köməkçisi verdiyi müsahibədə Ermənistan baş naziri Nikol Paşinyanın nəyə görə koronavirusa əhəmiyyət vermədən öz adamını işğal altında olan Qarabağın başçısı vəzifəsinə qoymağa tələsdiyini izah edir:

 

– Düşünürəm ki, Nikol Paşinyan, həqiqətən də, öz adamının Dağlıq Qarabağın (işğal rejiminin – red.) başında olmasında çox maraqlıdır. Buna görə insanların sağlamlığı və həyatı ilə qəti şəkildə risk etməyə hazırdır. Onun üçün əsas olan hakimiyyət uğrunda mübarizədir. Paşinyanın rəqibləri Ermənistan Respublika Partiyasının nümayəndələri, qondarma “Qarabağ klanı”nın nümayəndələridir. Dağlıq Qarabağ, əslində, “Qarabağ klanı”nın ev qalasıdır.

 

 

Əgər Nikol Paşinyanın əleyhdarları indi qalib gələ, Qarabağdakı güclərini qoruyub saxlaya bilsəydilər, ona hücum edəcəkdilər. Nikol Paşinyanın böyük məğlubiyyətə uğradığı hər vasitə ilə elan edilərdi. Bir nüans var. Əgər Nikol Paşinyan “respublikaçıları” öz hakimiyyət dairələrindən məhrum etməyi bacararsa, bu, onların siyasi hakimiyyətlərinin sonu olacaq.

 

Başqa bir məqam: Nikol Paşinyan açıq şəkildə siyasi uğurdan iqtisadi uğura keçmək istəyir. Müvəqqəti deyil, daim məşhur olmaq üçün. Bunun üçün o, Türkiyə və Azərbaycanın həyata keçirdiyi blokadanı aradan qaldırmalıdır. Bu səbəbdən Qarabağ münaqişəsinin həlli üçün “Kazan formulu” ilə razılaşmaq lazımdır. Yəni Dağlıq Qarabağın ətrafındakı əraziləri Azərbaycana qaytarmaq. Bu, ümumiyyətlə, çoxdan razılaşdırılıb.

 

Ancaq Nikol Paşinyan, dəfələrlə dediyim kimi, sadəcə qorxur, çünki Ermənistanda siyasət zorakıdır. Buna görə də, Ermənistanın baş naziri məsuliyyəti Qarabağın erməni icması ilə bölüşdürmək istəyir. Bu isə onun tanınmamış qurumun rəhbərliyində öz adamlarının olmasına ehtiyac yaradır. Onlar Qarabağın erməni icması adından danışacaqlar və dediyim kimi, məsuliyyəti bölüşəcəklər.

 

– Maraqlıdır ki, Qarabağın erməni icmasının “lideri” postuna iki namizəddən – Araik Harutyunyan və Masis Mailyandan heç biri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” fikrini dəstəkləmirlər. Onlar “müstəqillik” tərəfdarıdırlar…

 

– Elə Nikol Paşinyan özü də bunun mümkün olmadığını başa düşür. “Kazan formulu” ilə razılaşmaq istəyir. Lakin Dağlıq Qarabağın erməni icmasını sakitləşdirmək üçün mövqeyini köklü şəkildə dəyişdirməlidir. Ermənistan həqiqətən blokadanı aradan qaldırmaq istəyir, hər şey bunun üçün edilir.

 

– Yəni belə çıxır ki, Ermənistan bu işdə heç bir rolunun olmadığını, Qarabağın erməni icmasının bunu istədiyini deyir?

 

– Məhz bu cür: iqtisadi blokadanın qaldırılması üçün Dağlıq Qarabağın ətrafındakı əraziləri azad edək, onlar “özləri xahiş edirlər”.

 

– Bundan sonra necə olacaq?

 

– Sonra da Nikol Paşinyan “DQR”in yeni “prezidentinə” (dırnaq işarələri müəllifə aiddir) göstəriş verərək, Qarabağın erməni icmasının “Kazan formulu”nu dəstəkləməyə hazır olduğunu göstərən ən azı sosioloji araşdırmalar təqdim etməlidir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

• 10.05.2021, 15:38

Putinlə Əliyev arasında telefon danışığı

• 10.05.2021, 15:36

Stalinin Hitlerin intihar xəbərinə reaksiyası: “Əclaf çox oynadı…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 12345
6789101112
13141516171819
20212223242526
27282930