Laçınlı məcburi köçkünlər pandemiya ilə mübarizədə Prezidentə dəstəklərini ifadə etdi
Poçtumuza bir qrup Laçınlı məcburi köçkünün koronavirus pandemiyası ilə mübarizədə ölkə
Prezidenti İlham Əliyevə dəstək və təşəkkürlərini ifadə edən müraciəti daxil olub.
Müraciətdə deyilir:
“Hörmətli cənab Prezident!
Qlobal miqyasda bütün bəşəriyyət üçün həyatda qalmaq mübarizəsinə çevrilən koronavirus pandemiyası dövlətlərin milli təhlükəsizlik məsələsinə çevrildiyi bir dövrdə Sizin, cənab Prezidentimizin atdığı addımlar bütün dünya azərbaycanlıları tərəfindən alqışla, qürurla, səmimi duyğularla dəstəklənməkdədir.
Sizin məhz bu vəziyyətdə sosial, iqtisadi və mədəni sahədə qətiyyətli addımlarınız, aidiyyatı qurumlar və hökumət qarşısında qoyduğunuz tələb və tapşırıqlarınız biz sadə insanlar üçün daima "məmurlar xalqa xidmət etməlidir" ifadənizin nə qədər real olduğunun təcəssümüdür.
Qlobal maliyyə və güc mərkəzlərinin qabaqlayıcı tədbirlər görməkdə gecikmələrinin ağır nəticələrinin xalq kütlələri tərəfindən çoxminlik itkilərlə nəticələnməsinə baxmayaraq Sizin ölkəmizi, milli təhlükəsizliyimizi və ən əsası insan təhlükəsizliyini ən başlıca amal kimi nəzərə alaraq vaxtında və doğru qərarlarınız bizləri qürurlandırır və daima əməli fəaliyyəti ilə düşünən liderimizin olması bizləri fərəhləndirməkdədir. Xüsusilə sosial və iqtisadi sahədə atdığınız addımlarda və gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Möhtərəm cənab Prezident, bu gün bu çətin zamanda Sizin xalqımıza dəstək olmağınız bəşəriyyəti bürüyən bu bəladan xalqımızın xilas olması üçün göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqa bu ölümcül virusdan qorunmaqla bağlı etdiyiniz müraciətlər, Sizin həmişə öz xalqınızla birlikdə olmağınız bizi daha da ruhlandırır. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.
Sevinirik ki, rəhbərimiz öz xalqına bu qədər diqqət ayırır. İnanırıq ki, bəşəriyyəti bürüyən bu bəladan birlikdə uğurla çıxacağıq. Bu gün rayonumuzda da aztəminatlı ailələrə tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir. Xəstəxanalar əhaliyə fasiləsiz xidmət göstərir.
Cənab Prezident, biz azərbaycanlılar birlikdə çox sınaqlardan çıxmışıq. İnanırıq ki, bu çətinliyi də birlikdə dəf edəcək, tezliklə yenidən firavan həyata qovuşacağıq. Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında gördüyünüz misilsiz işlərə, əhaliyə, xüsusən aztəminatlı insanlara göstərdiyiniz diqqət və qayğıya görə sizə və bizim Mehriban xanıma öz dərin təşəkkürümüzü bildiririk. İnanrıq ki, xalq-iqtidar birliyi bu sınaqdan da maksimum müsbət nəticələrlə çıxacaq.
Möhtərəm cənab Prezident! Sizin “Biz birlikdə güclüyük!” çağırışı uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Biz Laçınlılar da Sizin müraciətlərinizi, gördüyünüz işləri dəstəkləyir və onlara qoşuluruq. Allah Sizi, ailənizi və xalqımızı qorusun.
Hörmətlə:
Laçın rayonunun bir qrup Fətəlipəyə kənd sakini,
Laçın rayonu Zabux kənd sakini, ağsaqqal ziyalı, müharibə veteranı Əşrəfov Telman Abduləli oğlu,
Laçın rayonu Bülüldüz kənd sakini Məmmədov Qələndər İsa oğlu,
Laçın rayon Mığıdərə kənd sakini Məmmədova Nüşabə Cavanşir qızı və başqaları”.