Aprel döyüşündə Azərbaycan Ordusu erməni postunu belə məhv edir – YENİ VİDEO
2016-cı ilin Aprel döyüşləri zamanı çəkilən video 4 il sonra üzə çıxıb.
Modern.az xəbər verir ki, düşmən mövqelərindən çəkilən kadrlar aprelin 4-də Cəbrayılın Lələtəpə yüksəkliyi yaxınlığındakı döyüş postlarından birində çəkilib.
Arxa mövqedə yerləşən erməni postundan çəkilən videoda qarşıdakı döyüş mövqeyinin Azərbaycan Ordusunun artilleriya zərbəsi ilə darmadağın edildiyi görünür.
Modern.az-ın erməni sosail şəbəkələrindən əldə etdiyi məlumata görə, həmin döyüşdə Ermənistandan gəlmiş 3 xüsusi təyinatlı döyüşçü öldürülüb. Döyüşün 2016-cı il aprelin 4-də çəkildiyi məlumdur.
<>