Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

“Qarabağda narkotik ticarətinə nəzarət uğrunda savaş gedir”

“Ermənistan rəhbərliyi işğal etdiyi ərazilərdə qurduğu kriminal rejimi bu yolla legitimləşdirməyə cəhd edir. Amma bu, Azərbaycan və bölgə ilə yanaşı, Avropa İttifaqı və qlobal təhlükəsizliyə təhdid yaratmaq üçün hazırlanan zəmindir”.

Politoloq Yeganə Hacıyeva belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Ermənistan rəhbərliyi indi də işğal edilmiş Azərbaycan ərazilərində “seçki oyunları”na başlayıb. Nəyə hesablanıb bu “şou”?

– Köçəryan və Sərkisyan Azərbaycan qanunları və beynəlxalq hüquq qarşısında hərbi cinayətlər törətmiş, terrorçu dəstəyə başçılıq etməklə vətəndaşları olduqları ölkədə separatçılıq etmiş, vətəndaşlara qarşı etnik təmizləmə aparmış cinayətkarlardır. Lakin bu reallıq Ermənistanda tamam fərqlidir. Hər nə qədər hakimiyyətdən getmiş olsalar da və ya hakimiyyətdə olduqları müddətdə onlara qarşı formalaşmış neqativ münasibət olsa da, cəmiyyətdəki nüfuzları hər nə qədər zədələnmiş olsa da, onlar sıravi erməninin şüurunda “qəhrəman əsgər”dir. Yəni əliqanlı bu cinayətkarlar erməni cəmiyyətinin nəzərində “Qarabağın xilaskarları”dır.

Onu da qeyd edim ki, Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi o qüvvənin hakimiyyət və nüfuzunu qorumaq üçün yaslandığı əsas dayaq nöqtəsidir. Təsadüfi deyil ki, Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Dağlıq Qarabağa nəzarəti ələ keçirmək istiqamətində silsilə addımlar atır.

Paşinyan hakimiyyətinin ilk günündən bunun üçün qollarını çırmaladı. Öz siyasi rəqiblərini “konstitusiyanı pozmaq”, “cinayət törətmək” kimi ittihamlarla həbs etdirir, koorupsiyaya qarşı mübarizə adı altında Köçəryan-Sərkisyan klanının maliyyə dayaqları sayılan insanları repressiyalara məruz qoyur. Əlbəttə, bu addımların mahiyyətində Qarabağa nəzarət və bu klanı zərərsizləşdirmək məqsədləri durur.

– “Qarabağ Ermənistandır” bəyanatı da buna əsaslanırdı?

– Əlbəttə, bu da onun məkirli niyyətlərinə əsaslanır. Paşinyan bunu gizlətmir, açıq dillə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən danışır. Amma bunun nə demək olduğunu anlamaq çətin deyil, Paşinyan açıq şəkildə “Mən “Qarabağ klanı”nı özümə tabe etmək istəyirəm” kimi fikirlər işlədə bilməz. Buna görə də erməni cəmiyyətinin nəbzinə işləyən belə fikirlər səsləndirir. Elə bu saxta seçkilər də bu qəbildəndir.

– Beynəlxalq birliyin Qarabağda baş verən bu saxta prosesə münasibəti nədir?

– Əlbəttə, separatçıların bu “seçkilərinin” heç bir hüququ əsası yoxdur. Dağlıq Qarabağda bu kimi proseslərin o vaxt hüquqi əsası olacaq ki, bu, yalnız Azərbaycan bayrağı altında və Azərbaycan Konstitusiyası çərçivəsində baş tutacaq. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət və təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərindəki bu qondarma seçkiləri, bundan öncəkilər kimi birmənalı şəkildə rədd edirlər. Ermənistan beynəlxalq hüquq normalar ilə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, habelə bu ərazilərdən didərgin saldığı yüz minlərlə insanın haqlarını kobud formada pozduğu üçün bu qondarma seçkilərin nəticələri qeyri-legitim və etibarsız sayılır.

Pandemiyanın dünyada tüğyan etdiyi bir vaxtda belə kütləvi tədbirlərin keçirilməsindən çəkinməyən Ermənistanın bu addımını həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə qarşı növbəti təxribatı adlandıra bilərik. Bu həm də münaqişənin həlli prosesinə cəlb olunmuş böyük güclərin və beynəlxalq təşkilatların fəaliyyətlərinin növbəti dəfə Ermənistan tərəfindən sobataj edilməsi deməkdir. Amma buna baxmayaraq, Ermənistan rəhbərliyi işğal etdiyi ərazilərdə qurduğu kriminal rejimi bu yolla legitimləşdirməyə cəhd edir. Amma bu, Azərbaycan və bölgə ilə yanaşı, Avropa İttifaqı və qlobal təhlükəsizliyə təhdid yaratmaq üçün hazırlanan zəmindir. Ermənistan rəhbərliyi bu münaqişənin həll prosesini belə yollarla pozmaqla bölgədə həyata keçirilən beynəlxalq layihələrin təhlükəsizliyini də təhdid edir.

O da məlum faktdır ki, Ermənistan dövləti bu işğal ərazilərini Yaxın Şərqdən Avropa İttifaqına qədər uzanan qanunsuz insan, narkotik və silah ticarətində tranzit bölgəyə çevirib. Növbəti dəfə seçki adı altında, Qarabağda Ermənistan rəhbərliyi və kriminal rejimin buradakı uzantılarının “tranzit bölgə” uğrunda mübarizəsinin şahidi oluruq.

– Yəni Ermənistan rəhbərliyi indi də bu qondarma seçkilərdən çirkin məqsədləri üçün istifadə etmək niyyəti güdür.

– Sırf Paşinyanın bu “seçki” yolu ilə “Qarabağ klanı”nı zərərsizləşdirmək imkanları haqda danışsaq, fikirimcə, bunu belə yolla edə bilməyəcək. Məsələ budur ki, “Qarabağ klanı”nın Ermənistan cəmiyyəti və strateji dövlət qurumlarındakı möqeləri kifayət qədər möhkəmdir. Ermənistanın özündə bu klanı zərərsizləşdirə bilməyən Paşinyanın bunu Dağlıq Qarabağda etmək istəyir. Bu, onun siyasi səriştəsizliyindən irəli gəlir. Digər yandan, Qarabağdakı separatçı rejim kənar qüvvənin nəzarətindədir və onun dəstəyi ilə hərəkət edir. Bu dəstək və münasibətlər isə Ermənistan rəhbərliyinin iradəsindən asılı deyil.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

• 10.05.2021, 15:38

Putinlə Əliyev arasında telefon danışığı

• 10.05.2021, 15:36

Stalinin Hitlerin intihar xəbərinə reaksiyası: “Əclaf çox oynadı…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 12345
6789101112
13141516171819
20212223242526
27282930