Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır

“Yüksəliş” müsabiqəsi işinə başlayan gündən sistemli və məqsədli iş prinsipi ilə həm dövlət, həm özəl strukturların etimadını qazandı. Bir çox qurumların mötəbər adamları, rəhbərləri bu layihə ətrafında birləşərək ölkənin potensial kadr bazasının yaradılması istiqamətində müştərək addımlar atdılar. Bununla da “Yüksəliş” müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərləri (https://yukselish.az/mentors.html) bir heyətdə toplamağı bacardı. Onlar peşəkar rəylərini, tövsiyələrini hər fürsətdə dilə gətirir, təcrübələrini bölüşürlər.

 

Bu dəfə idarəçilikdə peşəkarlığın təməl şərtlərini səciyyələndirən meyarlarla bağlı Modern.az-ın suallarını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cavablandırıb.

 

– Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

 

Uğurlu idarəçi ilk növbədə dövlətini sevən və müstəqil dövlətinin təbliğatçısı olan şəxsdir. Bir rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır. Uğurlu idarəçi kollektiv ilə işləməyi, rahat bir iş mühiti yaratmağı bacarmalıdır. Uğurlu idarəçinin mühüm cəhətlərindən biri odur ki, o ən çətin dövrlərdə, yüksək nəticə əldə olunmadığı bir məqamda belə, işçinin arxasında dura bilsin, onları dinləyə bilsin. Uğurlu idarəçi yüksək biliyə sahib olmalı, hər bir işçiyə gördüyü işin nəyə xidmət etdiyini anlada bilməlidir. O, müzakirə və tənqidlərə açıq olmalı, dəqiq, aydın düşüncəyə malik olmalıdır. Uğurlu idarəçi liderlik qabiliyyətinə sahib olmalı, biliyini paylaşmaqdan çəkinməməlidir. Həmçinin idarə etdiyi sahənin keçmişindən dərs çıxararaq, bu günü və gələcəyi kontrol etməyi bacarmalı, riskləri və böhranları düzgün idarə etməlidir.

 

– İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz? (kitablar və ya vərdişlər)

 

– İdarəçi olmaq istəyən şəxslər ilk növbədə dövlətə və dövlətçiliyə sədaqətli olmalı, Azərbaycanın maraqlarını müdafiə etməlidir. Bunun davamında isə bildirmək istərdim ki, özünüzü daim komandanızın bir üzvü hesab edin, işçilərə təlimat deyil, işə yarayacaq fikirlər verin. İşçilərin iş vaxtı da özlərinə zaman ayırmalarına şərait yaradın. İnsanlara karyerasında irəliləyən zaman mane olmayın, əksinə meydan verin. Hər gün yeni şeylər öyrənin, yeni dünya ilə ayaqlaşın, sosial aktivliklərdən qaçmayın, kitablarla və gündəlik informasiyalarla dost olun. İşinizi sevin, dəyişməkdən qorxmayın, inkişaf edin və hər zaman yaxşı nümunə olmağa çalışın.

 

– Yüksəliş müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

 

– Müasir idarəçilik tamamilə yeni anlayışdır. “Yüksəliş” müsabiqəsinin bu sistemə uyğun insanların seçilməsində və dövlət idarəçiliyində öz layiqli yerlərini tutmasında əvəzsiz rol oynayacağına inanıram, həmçinin xaricdə təhsil alan, müəyyən təcrübəsi olan şəxslərimizin də müsabiqədə iştirak etməklə dövlətimizə böyük faydalar verəcəyi şübhəsizdir. İnanıram ki, strateji düşünən, gələcəyi görən gənclərimiz məhz “Yüksəliş” müsabiqəsinin nəticəsində öz bilik və bacarığını tətbiq etmək imkanı qazanacaqlar. Müsabiqə həm də xaricdə yaşayan azərbaycanlı gənclərin öz vətəninə böyük faydalar verməsinə imkan yaradacaq, onlar da kadr ehtiyatı bankında öz layiqli yerlərini tutacaqlar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

• 10.05.2021, 15:38

Putinlə Əliyev arasında telefon danışığı

• 10.05.2021, 15:36

Stalinin Hitlerin intihar xəbərinə reaksiyası: “Əclaf çox oynadı…”

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 12345
6789101112
13141516171819
20212223242526
27282930