Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Uşaqlığımın Kəlbəcəri…

İlk dəfə Kəlbəcərə 6 yaşımda yaylağa getmişəm. Bumbuz sular, başını çən almış dağlar. Qayalar, daşlar… 
 
Çadırımızın yanından balaca çay axırdı. Yuxudan duran kimi nənəm bizi çaya çimməyə göndərirdi. Çimib gəlib isti çaydan içib, bal, yağ, pendir yeyib qızışardıq. Bir az aralıda iri qaya kimi daşlar vardı, heyvanlara oxşayırdı. Gedib ona çıxardıq. Nənəm qoymurdu uzağa getməyə. Deyirdi: “Azarsınız. Oralarda ayı var”. Yadıma gəlir çobanlar bir dəfə ayı vurmuşdular. 
Dağların döşü cürbəcür çiçəklərlə bəzənərdi. Mən ilk dəfə onda tanıdım qantəpəri, gülxətmini, indi adları yadımdan çıxan başqa dərman çiçəklərini-otlarını. 
Məktəbə getməyimə sevinirdim. Birinci sinfə gedəcəkdim. Amma o gözəllikdən ayrılmaq istəmirdim…
 
Sonra 14 yaşımda getdim Kəlbəcərə. Balaca İstisuda dincəlirdik. Hamı müalicə alır- vanna qəbul edirdi. İçəndə adamı o qədər də yandırmayan isti su keçən dəmir boruların üstündə oturanda adamı yandırırdı. Pencəkli, papaqlı kişilər çox oturardılar boruların üstündə. 
Yolun üst tərəfində, dağın döşündə çoxlu arı yeşikləri vardı. Nadinc uşaqlar dağın döşünü daşlayırdılar ki, ilanlar yola tökülsün. Mən orda eşitdim ilanın bala gəlməyini. Bilmirəm düzdü, yalandı. Uşaqlar deyirdilər.
Gündə neçə dəfə Tərtər çayında çimərdik. 
İstisu zavodunun üstündə ensiz, çox hündür qaya vardı. Hamı təəccüblənirdi zavodun orda tikilməyindən. Deyirdilər, Moskvadan gəlib yoxlayıblar. Qayanın 300 il yaşı var. Həmin qayanı deşmişdilər. Ordan turş su gəlirdi. Zəncirlə bağlanılmış bir dolça vardü üstündə. Şəhərlilərdən başqa hamı turş suyu o dolçayla işərdi. Şəhərlilər özlərini qoruyandılar, axı. O vaxtlar orda ermənilər yox idi deyə, xəstəlik də olmurdu. 
 
Sonralar çox yerləri görsəm də, uşaqlığımda Kəlbəcərdə gördüyüm o gözəlliyi, mənzərəni heç yerdə görmədim. Balaca İstisuyun üstündəki sıldırım qaya, ondan bir az yuxarıda bıçaqla kəsilmiş pendirə oxşayan qayalar, onlardan süzülən sular. Tərtər çayında bulaqlardan gələn suyun isti suyla uzun müddət yanaşı axması… 
     
Dağların arasından keçən qorxunc yolların, meşələrin, hündür, əzəmətli ağacların hamısını fotoaparatın lentindən keçirmək istəyi… 
Və nələr, nələr…
 
Yaxşı vaxtlar idi. Əsrarəngiz təbiət, gözəl hava və mərd kəlbəcərlilər. 
Yaşlılarımiz bir-birlərini çoxdan tanıyırdılar. Bizim yaylaq yerimiz Kəlbəcərin Sarı yeli idi. Kəlbəcərlilər də bazarlığa Ağdama gələrdilər. Gəlib gedəndə bizim kənddən keçərdilər. Gecələyəni, qonaq qalanları çox olurdu. Hamı qaynayıb qarışmışdı. Doğmalaşmışdı.
Bəlkə də elə ona görədi Kəlbəcərin itkisinin bizə daha çox təsiri. Hər yer vətəndir. Amma vətənin də yurd olanı var. Seviləni var. 
Kəlbəcəri sevməmək mümkün deyil. 
O sahənin mütəxəssisi olan bir professor dostum deyirdi ki, təkcə Kəlbəcərin o zəngin meşələri ilə Azərbaycanı 100 il saxlamaq olardı.
Kəlbəcər elə Kəlbəcər idi. Hələ başqa minerallarını, yataqlarını demirəm.
Nələr qaldı, o yerlərdə…
Heç yerdə elə gözəllik görmədim. Elə təbii sevgini də…
 
                                                                                              
Rəfail Tağızadə
                                                                                                      
03.04.2020
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930