Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənilərə bu yolu təklif etdik, lakin… – Tural Gəncəliyev

Axar.az millət vəkili, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevlə müsahibəni təqdim edir:

– Deputat seçilməyinizin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasındakı fəaliyyətinizə hansısa formada təsir göstərəcəyini düşünürsünüzmü?

– Erməni tərəfi həmişə vurğulayırdı ki, “biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə görüşmək, dialoq aparmaq fikrində deyilik, çünki biz dövlətimizi qurmuşuq, hansısa QHT ilə görüşmək fikrimiz yoxdur”. Erməni icmasına cavabımız bundan ibarətdir ki, biz Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq münaqişənin həllində maraqlı tərəfik, indi isə üstəgəl Azərbaycan parlamentində qanuni təmsil olunmuş deputat kimi fəaliyyət göstəririk. Hesab edirəm ki, parlamentdə təmsil olunmağımız fəaliyyətimiz üçün əlavə imkanlar yaradır. Milli Məclis kimi ali qanunverici orqanın nüfuzundan istifadə etməklə Dağlıq Qarabağdan olan məcburi köçkünlərin səsinin daha çox eşidilməsinə çalışacağam.

– Millət vəkili olmağınız Dağlıq Qarabağın Azərbaycanlı İcmasının münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda iştirak etmək imkanlarını artıra bilərmi?

– Hesab edirəm ki, danışıqlar çərçivəsində icmalararası dialoq olarsa, yəni gələcəkdə icmalar arasında danışıqlara hər hansı bir şəkildə qoşulmaq təklif olunarsa, biz maraqlı tərəf kimi sənəddə varıq. Hazırda danışıqlar iki ölkə arasında gedir. Bizim istənilən halda – Milli Məclisdə olmamışdan öncə də – statusumuz var ki, gələcəkdə lüzum olarsa, erməni icması ilə dialoq aparaq. Seçilmiş nümayəndə olmağımız isə bu statusumuzu gücləndirəcək.

– İcmanın münaqişənin həlli ilə bağlı mövqeyi nədir? Bununla bağlı BMT-də sənəd yaydınız. Bu sənədə dünya ictimaiyyətinin münasibəti necə oldu?

– Azərbaycan Respublikasının ərazisində olan Ermənistan işğalçı qüvvələri dərhal ərazimizdən çıxarılmalı, azərbaycanlılar öz torpaqlarına geri dönməli və sülh şəraitində birgə yaşayış təmin olunmalıdır. Bizim bu mövqeyimiz BMT sənədi kimi BMT-nin ən mühüm iki qurumu olan Beynəlxalq Təhlükəsizlik Şurası və Baş Assambleyada yayıldı. Artıq heç kim bizə deyə bilməz ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması QHT-dir. Çünki bizim sənədimiz rəsmi şəkildə BMT-də yayılıb. Bu artıq bizim icmanın BMT tərəfindən qəbul olunması deməkdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı icmamızın mövqeyi BMT sənədi kimi yayıldıqdan sonra bir çox ölkələrin nüfuzlu mətbu orqanları bu sənədi dərc edirlər. Mən bu ölkələr sırasında Cənubi Koreyanı, Tacikstanı, İtaliyanı, Fransanı xüsusilə qeyd etmək istəyirəm.

– Bir müddət öncə Qarabağın erməni və azərbaycanlı icmalarının danışıqlarda iştirakı məsələsi gündəmə gəldi. Bu, danışıqlara hər hansı bir töhfə verə bilərmi?

– Hazırda danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə iki ölkə arasında davam edir. Ölkə rəhbərliyimiz işğalçı Ermənistanla ikitərəfli formatda danışıqlar aparır. Bu isə o deməkdir ki, münaqişənin sülh yoluyla həllinə ümid var. Gələcəkdə hansısa yeniliklərin olması, xüsusilə bizim ölkə rəhbərliyinin razılığı və baxış ilə əlavə oluna bilər. Biz icma olaraq dediyimiz kimi, əsas istəyimiz torpaqlarımıza geri dönməkdir. Bundan ötrü də istənilən dialoqa qoşulmaq və müsbət töhfə verməyə hazırıq.

– Münhen debatından sonra Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində torpaqların qaytarılmasının deyil, təhlükəsizliyin prioritet olduğunu dilə gətirdi. İrəvan bununla nə etməyə çalışır?

– Paşinyan xüsusilə də Münhen Təhlükəsizlik konfransında gördüyümüz kimi təxribat xarakterli bəyanatlar səsləndirdi. O, son zamanlar diplomatik cəbhədə düşdüyü çətin vəziyyətdən çıxmaq üçün müxtəlif təxribat xarakterli bəyanatlar verir. Məncə, Paşinyanın son bəyanatları və Münhendəki çıxışı yalnız özünün düşdüyü çətin vəziyyətdən bir az fasilə götürüb gücünü toparlamaq məqsədi daşıyır. Cənab prezidentlə onun dialoqu göstərdi ki, Paşinyanın hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Ermənistanda son zamanlar aparılan sorğulara görə, o, nüfuzunu itirib. Küçə inqilabı nəticəsində gəldiyi hakimiyyəti artıq laxlayır. İnsanlar onun verdiyi iqtisadi çiçəklənmə, daha yaxşı həyat şəraiti, münaqişənin tez bir zamanda həll olunması vədlərinə əməl edə bilmədiyini, Qarabağ klanı ilə arasında yaşanan fikir ayrılıqlarını görür və onu dəstəkləmək istəmir.

– Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının yaxın gələcəkdə erməni icması ilə layihələr təşkil etmək və ya üçüncü tərəfin təşkil etdiyi layihələrə qoşulmaq planları varmı?

– Bizim konkret hər hansı bir layihədə iştirak etmək planımız yoxdur. İlkin olaraq bizim müraciətimiz ən azı erməni icmasıyla dialoq qurmaq, danışmaq olub. Amma təəssüf ki, erməni icması bu müraciətlərdən imtina edib. Əgər erməni icması bizim təkliflərimizdən imtina edirsə, onda onlarla yaxın gələcəkdə hansısa birgə layihənin həyata keçirilməsi mümkün deyil. Bu, yalnız biz torpaqlarımıza qayıtdıqdan sonra mümkün ola bilər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031