Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Prezidentdən ikibaşlı suala tarixi cavab

Davos Forumu mühüm platformadır və Azərbaycan Prezidentinin bu platformadan milli maraqlarımız və iqtisadi mövqelərimiz üçün maksimum istifadəsi nəinki regionda, artıq dünyada maraqla izlənilir.

Prezidentin Davosda dünya liderləri ilə keçirdiyi görüşləri, böyük transmilli şirkətlərlə apardığı müzakirələri, həmçinin bu tribunadan ölkəmizin ən ağrılı problemi – Dağlıq Qarabağla bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha gündəmə gətirməsi olduqca mühümdür.

Amma bu forumda daha bir məqam diqqəti çəkdi: artıq regional siyasətdə tutduğu mövqe səbəbindən Azərbaycanın fərqli bir status qazandığı müşahidə olundu. Çox güman ki, bu statusa NATO-Rusiya görüşlərinin hər iki gücdən eyni məsafədə qalan və neytrallığı ilə seçilən Bakıda keçirilməsi və bunun artıq ənənəyə çevrilməsi də təsirsiz ötüşməyib.

Əlbəttə, bu mövqeni, bu statusu qazanmaq üçün İlham Əliyev böyük siyasi iradə ilə çoxşaxəli, davamlı siyasət aparıb, transmilli layihələr ortaya qoyub və ən əsası da ölkəni təhlükəsizlik adasına çevirməyi bacarıb.

Bütün bunlar İlham Əliyev siyasətinin məntiqi nəticəsidir və Davos görüşlərində Prezidentimizi diqqət mərkəzinə çevrilməsini şərtləndirir.

Məhz buna görə də bu görüş və çıxışları həssaslıqla izləyənlər sırasındayam və Prezident İlham Əliyevin Davosda “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun verdiyi sualı da təsadüfi hesab etmədim.

Sualın həddən artıq düşünülmüş olduğuna heç bir şübhə yoxdur: sanki Azərbaycandan mövqe istənilirdi:

“Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?”

Böyük bir həyəcanla İlham Əliyevin cavabına diqqət kəsildim və cavabdan sözün həqiqi mənasında heyrətləndim: bir lider nə qədər çevik təfəkkürə, nə qədər yetkin biliyə və prosesləri nə qədər yüksək analiz etmək qabiliyyətinə malik olmalıdır ki, “Pekin, ya Moskva?” seçimi qarşısında hansının adını çəkəcəyi ilə bağlı şəklənən qulaqlara “Bakı” adını desin.

Moderator da, deyəsən, gözləmirdi bu cavabı. Ona görə də “Bakıya…” deyə təkrar etdi.

Adətən belə qlobal səviyyəli tədbirlərdə bu cür dilemmalar qoyulur və məqsəd moderatorun müsahibəyə çalar qatması yox, ölkələrin strateji mövqeyinin ortaya çıxmasına nail olmasıdır. Moderatorun bu sualı əslində Azərbaycanın Avrasiyadakı güclər arasında kimin yanında olduğunu öyrənmək cəhdi idi. Sual isə özündə yalnız iki cavabı ehtiva edirdi: ya Moskva, ya da Pekin.

Prezident İlham Əliyevin bu dilemma qarşısında verdiyi cavab rəsmi Bakının strateji mövqeyinin və müstəqil siyasətinin təzahürü oldu: Azərbaycan heç bir güc mərkəzinə bağlı deyil, bütün ölkələrlə milli maraqları çərçivəsində münasibətlərə önəm verir və milli maraqların hər şeydən uca tutulduğu bir siyasət yürüdür. Bu cavab həm də hazırda Qərb və Şərq cəbhələri arasındakı qlobal toqquşmada Azərbaycanın tərəfsizliyinin bəyan edilməsi idi.

Sərrast diplomatiyaya söykənən bu cavabdan sonra Prezident İlham Əliyev müsahibənin davamında Azərbaycanın strateji mövqeyini ətraflı şəkildə açdı. Bütün qonşularla mehriban münasibətlərə önəm verdiyimizi qeyd edən dövlət başçısı bir daha Azərbaycan üçün qırmızı xəttin məhz milli maraqlar olduğunu göstərdi və müstəqillik illərində əldə olunan bütün nailiyyətlərin xalqımızın azadlıq və müstəqilliyə, demokratiyaya sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirildiyinə görə əldə olunduğunu vurğuladı.

İndiyə qədər həyata keçirilən bütün işlər, islahatlar və yenilənmənin yeganə məqsədi də məhz Azərbaycanın suverenliyini, müstəqil siyasət yürütmək potensialını qorumaq, onu gücləndirməkdir. Dövlət başçısının “iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir” sözlərinin açması da budur.

Müsahibədə diqqətçəkən məqamlardan biri də gənclərlə bağlı məsələdir. Moderator dünyanın müxtəlif yerlərində gənclərin tez-tez küçələrə çıxdığını, bu, Azərbaycanda baş verərsə, necə reaksiya veriləcəyini soruşdu. Prezident İlham Əliyev isə cavabında bildirdi ki, dünyanın müxtəlif yerlərində küçələrə çıxan gəncləri nələrsə qane etmir, hökumətlər yalan vədlər verərək, hakimiyyətə gəliblər.

“Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”, – dövlət başçımızın bu sözləri dünyada baş verən etirazlara fərqli baxışı ortaya qoyur. Həmçinin, Azərbaycanda insanların, xüsusilə gənclərin küçələrdə yox, universitetlərdə olduğunun səbəblərini açıqlayır. Çünki Azərbaycanda gənclərin öz gələcəyinə, öz imkanlarını realizə edə biləcəyinə inamı mövcuddur.

Prezident İlham Əliyev bu müsahibəsi ilə Azərbaycanın dünyadakı yerini, strateji mövqeyini və ölkə reallığını beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Eyni zamanda, proseslərin necə yüksək səviyyədə incələndiyini, həm daxili, həm də xarici siyasətdə səmimiyyətin hakimiyyətlər üçün necə zəruri olduğunu və fərqli, açıq, dürüst, paralel olaraq, çoxşaxəli və həssas bir siyasət apardığını növbəti dəfə göstərdi…

Xüsusilə ölkədən kənarda olanda insan öz Prezidentinin siyasi nüfuzunu və hazırcavablılığını daha aydın görür.

Biz bunu bir daha gördük və İlham Əliyev bizi bir daha qürurlandırdı…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031