ABŞ erməniləri Şuşadakı uşaq bağçalarına geyim dəstləri hədiyyə etdi
ABŞ-da yaşayan bir qrup erməni Şuşadakı uşaq bağçalarına geyim dəstləri hədiyyə edib.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, hədiyyə edilən geyim ləvazimatları arasında gündəlik istifadə üçün nəzərdə tutulan paltarlarla yanaşı, multfilm, kino, mifoloji qəhrəmanlarının geyimini xatırladan “Holloweem geyimləri” də var.
ABŞ ermənilərdən Qarabağdakı uşaqlara dəstək olaraq gerçəkləşdirilən yardım kampaniyasının cari ilin sonuna kimi müxtəlif formalarda davam etdirilməsi nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, ABŞ və Avropada yaşayan ermənilər bundan öncə də Qarabağda məskunlaşan işğalçılara çoxsaylı yardımlar edib, onların sosial rifahının yüksəldilməsi yönündə xeyli sayda layihə gerçəkləşdirib.