Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistanı ən kritik il gözləyir – 2020 bahalaşma ilə gəldi

Erməni mediası hökuməti yalançılıqda suçladı; İrəvanda genişlənən etirazlar siyasi təlatümlərə və yeni hakimiyyət dəyişikliyinə də gətirə bilər

İşğalçı Ermənistan təzə ilə iqtisadi mövzuda bəd xəbərlərlə başlayıb. Proqnoz etdiyimiz kimi, 2020-ci il girər-girməz, ölkədə bir sıra məhsullar və xidmətlərin qiyməti qalxmağa başlayıb. “Məxməri” baş nazir Nikol Paşinyanın “iqtisadi möcüzə” ilə bağlı verdiyi vədlərə rəğmən, erməni əhali, beləcə, iki ildir möcüzə-filan yox, Ermənistanda həyatın əvvəlki rejim dönəmindən də baha olmasını müşahidə etməkdədir.

Bunun da əsas səbəbi həlli uzanan Qarabağ konflikti və blokada şəraiti üzündən ölkədə yerli istehsal sahələrinin olduqca zəif inkişaf eləməsi və ya heç inkişaf etməməsi, ölkənin bütünlüklə idxalın ümidinə qalmasıdır. Bir daha qənaət hasil olur ki, inqilab edib hakimiyyəti dəyişmək və vədlər vermək asan, ölkəni inkişaf yoluna çıxarıb verilən vədləri tutmaq isə qat-qat çətindir. Baş nazirin getdikcə azalan reytinqi sonuncu qənaətin başqa bir təsdiqi sayıla bilər…

*****      

ermənistanda bahalaşma ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın verdiyi xəbərə görə, Ermənistanda nəşr olunan “Past” qəzeti məhz bütün bunları nəzərə alaraq, 2020-ci ili iqtisadi nöqteyi-nəzərincə Ermənistan üçün kritik adlandırıb. “Baxmayaraq ki, hökumət iqtisadi inqilabın davam etdiyi haqda bəyanatlar verir – guya belə bir inqilab nə vaxta başlayıbmış”, – deyə qəzet kinayəli şəkildə yazıb.

Məqalədə daha sonra deyilir: “Hökumətin proqnozuna əsasən, bu il 4.9% həndəvərində iqtisadi artım gözlənilir. Ancaq bu göstərici iqtisadi inqilabın məntiqinə heç cür uyğun gəlmir – hansı ki, daha yüksək artım vəd etməlidir. Baş nazirin cəmiyyətə ümid verməsinə rəğmən, yalnız  bu ümid və gözləntilərlə yetərlənmək olmaz. Ona görə ki, iqtisadiyyata neqativ təzir edən bir çox real risklər mövcuddur. Nəticədə iqtisadi artım vəd ediləndən də aşağı olacaq”.

Müəllif bu xüsusda ardınca yazır: “Artıq Avrasiya İqtisadi Birliyinə daxil olmayan ölkələrdən idxal mallarına gömrük rüsumlarının artırılmasının Ermənistan iqtisadiyyatına təsirləri açıq görünür. Məsələ ondadır ki, yanvarın 1-dən təxminən 700 adda məhsula gömrük rüsumu artırılıb. Ən çox diqqət çəkən isə odur ki, bahalaşan məhsullar arasında gündəlik tələbat malları da var. Bahalaşma həmçinin kənd təsərrüfatı, toxuculuq, inşaat və başqa sahələri əhatə edəcək. Bundan əlavə, Avrasiya İqtisadi Birliyində xarici avtomobillərə tətbiq edilən rüsumlar 2020-ci il yanvarın 1-dən Ermənistanda da tətbiq olunacaq. Nəticədə ölkəyə gətirilən avtomobillər təxminən 6 dəfə bahalaşacaq”.

*****

ermənistanda bahalaşma ile ilgili görsel sonucu

“Məxməri inqilabdan sonrakı bir il onu həyata keçirənlər və onların lideri Nikol Paşinyan üçün olduqca mürəkkəb oldu. İl bütün xalq üçün çətin oldu, xüsusən də sosial nöqteyi-nəzərdən”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər Aravot.ru-am portalında gedən məqalədə yer alıb. Müəllif Voskan Yerevantsi yazır ki, baş nazirin özü də inqilabdan sonrakı bir ilin çətinliklərinə toxunub və belə xoşagəlməzliklər və çətinliklərə görə təkcə əksinqilabçıları deyil, hakimiyyətin bəzi nümayəndlərini də qınayıb, habelə “Yeni Ermənistan”ın qurulmasında buraxılan səhvlərdən danışıb.

“Hərçənd qalib olan və inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinayan  və onun təmsilçiləri hakimiyyətin potensial və resurslarından maksimum istifadə edilməsi üçün əllərindən gələni ediblər, bununla belə, söyləmək olar ki, onlar maksimum müqavimətlə üzləşiblər – o cümlədən KİV, media sferasında”, – deyə məqalədə vurğulanır.

*****

ermənistanda bahalaşma ile ilgili görsel sonucu

Bu arada İrəvanda neçə gündür davam edən etiraz aksiyaları daha böyük vüsət alıb (Axar.az). Ermənistan KİV-lərinin məlumatına görə, paytaxtda yüzlərlə fermer hüquqlarının pozulması və hökumətin məcburı kəsim qaydalarına etiraz olaraq dünən də səhər saatlarından Hökumət Evinin qarşısına yığılıb.

Aksiya iştrakçılarının sözlərinə görə, əvvəlki günlərdən fərqlı olaraq, heç nəyin dəyişmədiyi təqdirdə daha radikal addımlar atacaqlar. “Bizi eşitməsələr, hər tərəfi dağıdacağıq. Bizi sındıra bilməzlər. Biz hökuməti sındırarıq. Tələblər yerinə yetirilməsə, səhər saatlarından bütün yollar bağlanacaq”, – deyə fermerlər şüarlar səsləndirib.

Erməni mediasının kritik adlandırdığı 2020-ci ildə belə sosial təlatümlər sözsüz ki, daha çox olacaq. Hələlik sosial-iqtisadi tələblərlə keçirilən etirazlar siyasi təlatümlərə və yeni hakimiyyət dəyişikliyinə də gətirə bilər. Odur ki, proseslər, şübhəsiz ki, ən çox Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda diqqətlə izlənəcək…  

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031