Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Suraxanıda “Vətənin müdafiəsinə hazıram!”

Suraxanıda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

 

yknews.az-a daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar. 

 

Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbir dövlət himninin səsləndiririlməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. 

 

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında bildirib ki, Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımızın yaşından asılı olmayaraq borcudur: “Vətənini sevən hər bir azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır. Qarabağ müharibəsində Suraxanı rayonundan torpaqlarımınızın müdafiəsi zamanı 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olub. Müstəqil Respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunması hər birimizin müqəddəs borcudur. Son 17 ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi iradəsi, müdrik rəhbərliyi altında aparılmış işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və yüksək döyüş qabiliyyətli 50 ordusu sırasına daxil olub. Silahlı Qüvvələrimiz 2016-cı ilin aprelində son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğal altında olan torpaqlarımızı azad etmək əzmi nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdı. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir”. 

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev qeyd edib ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışı, səfərbərlik zamanı və müharibə dövründə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır: “Ötən 8 il ərzində Suraxanı Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında işgüzar münasibətlər qurulub. Çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasına və həqiqi hərbi xidmətdən tərxis olunanların qarşılanmasına həsr edilmiş birgə tədbirlərin keçirilməsi ənənə şəklini alıb”. 

 

Tədbirdə Azərbaycan Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov, Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, valideyn Zakir Kazımov, çağırışçı Rüfət Kazımov çıxışları dinlənilib. 

 

Rəsmi hissəsi bitdikdən sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırladığı video çarx nümayiş olunub, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının orkestrinin və bədii kollektivinin, vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının və rayonun 118 saylı tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii hissə təqdim olunub.

 

Sonda səhnəyə Azərbaycan Respublikasının dövlət bayrağı gətirilib və həqiqi hərbi xidmətə yola düşən çağırışçılar bayrağı öpərək təntənəli marşın sədaları altında onlar üçün ayrılmış avtobusla hərbi həssəyə yola düşüblər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031