Şəhid hərbçimiz dəfn olundu – FOTO
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycanın hərbi qulluqçusu dəfn edilib.
yknews.az məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Fərzəliyev Fərzalı Əlimövsüm oğlu doğulduğu Ucar rayonu, Alpı kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində DSX-nin zabitləri, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bu barədə “Qafqazinfo” məlumat yayıb.