Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ordu üçün yeni qərargahlar istifadəyə verildi – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Əvvəlcə Müdafiə naziri Ulu öndər Heydər Əliyevin N hərbi hissəsinin yeni inşa edilən qərargah binasındakı büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edib, “Fəxri ziyarətçi və qonaqlar” kitabını imzalayıb.

 

Yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, üçmərtəbəli qərargah binası 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Bina mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilib.

 

Ərazidə abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb və 2500 müxtəlif növ ağac əkilib.

 

Sonra nazirliyin rəhbərliyi daha bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargahda və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsində olub.

 

Bildirilib ki, qərargahdakı 35-dən artıq inzibati və xidməti iş otağı mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, lazımi mebel və avadanlıqla təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, 650 müxtəlif növ ağac əkilib.

 

İkimərtəbəli tibb məntəqəsi barədə də məlumat verilib. Bildirilib ki, müasir tibb avadanlığı ilə təchiz olunan məntəqə qəbul, təxirəsalınmaz təcili yardım, funksional diaqnostika, növbətçi həkim, ordinator, stomatoloji, prosedur və digər otaqlardan, eləcə də palatalardan, əşya anbarından, aptek və yeməkxanadan ibarətdir. Ərazidə abadlıq işləri aparılıb.

 

Tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031