Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İşğalçı orduda intiharlar rekord həddə – döyüşə qadınlar gedir?

Erməni hüquq müdafiəçiləri nizamnamədənkənar cinayət hallarını azaltmaq üçün silahlı qüvvələrə daha çox qadın cəlb etməyi təklif edirlər; onsuz da çağırışçı problemi yaşayan işğalçı ordu “axçi”lərin ümidinə qalır…

Başa çatmaqda olan il işğalçı ordu sıralarında rekord sayda intihar faktları, əsgər ölümü ilə nəticələnən nizamnamədən kənar cinayət halları qeydə alınıb. Bunu biz demirik. Ermənistandakı qeyri-rəsmi qaynaqlar (rəsmi şəkildə belə faktlar bəlli səbəbdən maksimum gizlədilir), hüquq müdafiəçiləri bildirirlər.

Az öncə Ermənistanın Baş Prokurorluğu açıqlama yayaraq bildirmişdi ki, bu ilin yanvarından iyuna ayına (1-c yarım il) hərbi xidmət keçən 29 hərbi qulluqçu hərbi xidmətə aid olmayan səbəbdən dünyasını dəyişib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına əsasən isə 2010-2019-cu illərdə erməni ordusunda 88 intihar halı qeydə alınıb (Diqqət edin, rəsmi rəqəmə görə, təkcə bu ilin 6 ayında 29 intihar hadisəsi olub). Təbii ki, işğal altındakı ərazilərdə Azərbaycan tərəfindən açılan atəşlə öldürülənlər bura daxil deyil…

*****

ermənistanda qadınlar döyüşə ile ilgili görsel sonucu

Erməni hüquq müdafiəçiləri orduda intihar hallarını azaltmaq üçün təklif ediblər ki, hərbi xidmətdə qadınların sayı artırılsın. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, hüquq müdafiəçiləri hesab edirlər ki, intihar halları bir qayda olaraq, qapalı kişi cəmiyyətlərində baş verdiyi üçün, qadınların varlığı fonunda hərbçilər özlərini daha korrekt aparmalı olacaqlar. Onlar habelə erməni zabitləri nizamnamədən kənar münasibətlərə görə cavabdehlik daşımağa məcbur etməyi, situasiyanı nəzarətdə saxlamaq üçün monitorinq qrupu yaratmağı təklif ediblər.

“Hərbi qulluqçunu intihar həddinə gətirməyə görə cəzaların sərtləşdirilməsi suisidlərin qarşısını almaqda ciddi rol oynaya bilər. Ancaq bununla orduda nizamnamədən kənar halların kökünü kəsmək mümkün olmayacaq”.

Bunu parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqraqbyan hüquq müdafiəçilərinin orduda qadınların sayını artırmaqla bağlı irəli sürdükləri təklifi dəyərləndirərkən deyib. O, təklifi dəstəkləyib.

Ancaq aydındır ki, bu da başıpozuqluğun hökm sürdüyü Ermənistan ordusunda hərbi nizamnaməyə uyğun qayda-qanun yaratmaq üçün kifayət deyil. Çünki zaman-zaman vurğuladığımız kimi, silahlı qüvvələr də cəmiyyətin bir hissəsidir və cəmiyyətin maddi və psixoloji durumu, bütövlükdə ölkənin iqtisadi, maliyyə və korrupsiya göstəriciləri birbaşa ordudakı ovqata və qarşılıqlı münasibətlərə də təsir edir. 

ermənistanda qadınlar döyüşə ile ilgili görsel sonucu

Erməni gəncləri və onların valideynləri isə ordudakı acınacaqlı durumu, intihar hallarını, bu hallara görə əksərən heç kimin cəzalanmamasını, həmçinin davam edən müharibə vəziyyətini görür və hərbi xidmətdən yayınmaq üçün müxtəlif yollar axtarırlar. Onların arasında Ermənistandan baş götürüb getmək intiharlara, mənasız ölümlərə tuş gəlməkdən yayınmaq üçün ən etibarlı yol hesab edilir. Nəticə etibarilə işğalçı orduya çağırışçı problemi ildən-ilə daha da ağırlaşır.

*****  

Təsadüfi deyil ki, ötən həftə Ermənistan parlamenti hərbi xidmətdən yayınanlarla bağlı qanun qəbul etməli oldu. Qanuna əsasən, 2019-cu il martın 1-dək çağırışçı yaşı tamam olan gənclər cərimə ödəməklə (1.8 milyon dram və ya təxminən 3760 dollar) cinayət məsuliyyətindən yayına bilərlər. Təklif edilib ki, göstərilən yaş həddinə çatma dekabrın 31-dək uzadılsın.

Ermənistanın müdafiə naziri David Tonoiyan bununla bağlı acı etirafda bulunaraq bildirib ki, qanun gənclərin hərbi xidmətdən yayınma vasitəsinə çevrilib. “Nəticədə çoxları orduya çağırışdan yayınmağı və çağırış yaşına çatdıqdan sonra cərimə ödəməklə məsuliyyətdən qaçmağı üstün tutur”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ümumiyyətlə, son illər çağırış prosesini yaxşılaşdırmağa yönəlik addımlara baxmayaraq, ordudan yayınanların sayı azalmır. Tonoyan ardınca qeyd edib deyib ki, söhbət ordudan yayınan təxminən 3 min nəfərdən gedir, hansıların ki, 2 min nəfərinin artıq 27 yaşı tamam olub. Acı reallığı görən hökumət isə hələ eks-prezident Serj Sərkisyan dönəmindən erməni qadınların orduya cəlb olunması üçün cəlbedici və stimullaşdırıcı təkliflərlə çıxış edir.

*****

ermənistanda qadınlar döyüşə ile ilgili görsel sonucu

Beləcə, düşmən ordusu tədricən “axçi”lərin ümidinə qalmaqdadır. Qarabağ konflikti uzandıqca vəziyyətin daha da ağırlaşacağı gözlənilir. Çünki ordunu, xüsusən də işğalçı ordunu saxlamaq böyük xərc tələb edir və birbaşa ölkənin mako-iqtisadi göstəricilərinə bağlıdır. Ermənistan iqtisadiyyatlı isə ildən-ilə bir az da böhranlı duruma girir.

Bu yerdə Ermənistanın digər sabiq prezidenti, mərhələli həll planına görə 1998-c ildə hakimiyyətdən devrilmiş Levon Ter-Petrosyanın məşhur sözlərini hələ də mifik qələbə eyforiyasından çıxa bilməmiş ermənilərin yadına salmaq yerinə düşər. Ter-Petrosyan öz xalqını xəbərdar edərək demişdi: “Bizə indi təklif ediləni götürməsək, vaxt gələcək yalvaracağıq. Çünki Azərbaycan bizdən fərqli olaraq güclənəcək…”

Təəssüf ki, Ter-Petrosyndan sonra hakimiyyətə ondan daha ağıllısı gəlmədi. Ki, öz xalqını düz yola yönəltsin…                  

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031