Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağ ermənilərinin fəryadı: “Bizi adam yerinə qoymurlar…”

"Müharibə qalibləri” niyə ağır durumda yaşayır? Erməni siyasətçi: “Dağlıq Qarabağda insan haqqı deyilən anlayış yoxdur”; Bakıdan ismarış – bitməyən müharibənin qalibi olmur… 

İşğal altındakı Dağlıq Qarabağda olan-qalan erməni əhali məşəqqət içində yaşayır. Ciddi senzuralara rəğmən, gələn məlumatlara görə, xüsusən də gənclər Ermənistandakı həmyaşıdları kimi heç bir perspektiv görmədikləri üçün iş, gözəl həyat üçün baş götürüb gedirlər. Üstəgəl, illərlə davam edən qeyri-müəyyən durum, müharibə vəziyyəti və hərbi əməliyyatlarda “top əti”nə çevrilmək aqibəti bu prosesi daha da sürətləndirib.

Narazılar arasında özünü siyasətdə sayanlar da var. Məsələn, “Yeni Müsavat” Armenianreport.com-a istinadən xəbər verir ki, bugünlərdə Xankəndinin mərkəzində Xankəndi Universitetinin keçmiş müəllimi, “İnqilabi partiya”nın qurucusu Artur Osipyan etiraz aksiyası keçirib. O, yerli güc strukturlarının davam edən özbaşınalıqlarına son qoyulmasını tələb edib və bütün bunlara görə “Bako Saakyanın (separatçı rejimin başçısı – ”YM") və onun öz ətrafına yığdığı generalların günahkar olduğunu" deyib.

“Polisdə xidmət edənlərin çoxu – savadsız və ədəbsiz xuliqanlardır. Hansıları ki, ona görə işə götürüblər ki, yuxarıdan gələn əmri yerinə yetirsinlər. Polisə qanunu başa salmaq nəyə lazımdır ki? Onsuz da Saakyan nə desə, onu edəcəklər”, – deyə müxalifətçi telekanala müsahibəsində bildirib.

Qarabağ erməniləri \ ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Dağlıq Qarabağda situasiya getdikcə daha da kəskinləşməkdədir: “Güc strukturları insanlara, xüsusən də müxalifətçilərə qarşı zorakılıq tətbiq edirlər. Qarabağda insan haqqı deyilən anlayış mövcud deyil”.

Osipyan separatçı rejimin keçmiş başçıları – Xocalı hərbi caniləri Robert Köçəryanı, Serj Sərkisyanı və Arkadi Qukasyanı da hədəf alıb. Onları “saxta qəhrəmanlar” adlandırıb və indiki vəziyyətə görə onların da cavabdeh olduqlarını vurğulayıb…

***

Qarabağ erməniləri \ ile ilgili görsel sonucu

Əlbəttə ki, işğal altındakı bölgədə həqiqi vəziyyət bildiyimizdən daha ağır və qəlizdir. Başqa cür ola da bilməz.

Bəllidir ki, özünü müstəqil “dövlət” hesab edən bu separatçı-kriminal qurum maliyyə cəhətdən bütünlüklə Ermənistandan asılıdır – hansı ki, özü də işğal siyasəti üzündən Azərbaycan və Türkiyənin tətbiq elədiyi blokada səbəbindən ağır gündədir, Rusiyanın və xaricdəki varlı ermənilərin əlinə baxır. Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan separatçı qurumdakı opponentlərini qorxutmaq üçün Dağlıq Qarabağa yardımı kəsəcəyi ilə hədələmişdi.

Qarabağ erməniləri \ ile ilgili görsel sonucu

Sözsüz ki, Qarabağ problemi həll olunmayınca, nə Dağlıq Qarabağdakı, nə də Ermənistandakı ermənilər ağ günə çıxa bilməyəcək. İqtisadi-sosial durumun bərbad olduğu yerdə isə insan haqlarından, qanunçuluqdan danışmağa dəymir. Ən azı, ona görə ki, yuxarıdakı oliqarxik-korrupsiya dəstəsi “yorğanı” özlərinə tərəf çəkməyə, olan-qalan təbii resursları və digər gəlir mənbələrini mənimsəməyə çalışır.

Bu xüsusda separatçı bölgədə vəziyyət daha acınacaqlıdır. Çünki onun yeganə çıxışı işğal altındakı Laçın rayonu vasitəsilə acından ölən Ermənistanadır. İşğal altındakı rayonlar vasitəsilə İranla sərhədə çıxış isə iqtisadi-ticari əlaqələr, xaricə çıxış baxımından onlara heç nə verməyib. İran hər necə olmasa, qondarma qurumla əlaqələr qurub Azərbaycanla strateji əlaqələrə zərbə vurmaz. Bundan əlavə, rəsmi Tehran vaxtaşırı ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağın islam torpağı olduğunu bəyan edir. Son olaraq, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Bakıda səfərdə olarkən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri bildirib.

Beləcə, ermənilərə bir daha sual vermək gərəkir ki, Azərbaycan torpaqlarının işğalı ilə nə qazandınız, “qalib tərəf” olaraq rifaha, xoşbəxtliyə qovuşa bildinizmi, müharibənin qalibi doğrudanmı sizsiniz? Qalib də bu gündə olarmı?

***

Qarabağ erməniləri \ ile ilgili görsel sonucu

Məsələ də ondadır ki, ermənilər “müharibənin qalibi” olmasaydılar, indi qat-qat yaxşı yaşayırdılar – istər Dağlıq Qarabağ əhalisi olsun, istərsə də qədim Türk yurdu Ermənistandakı əhali. Çünki o zaman Ermənistan blokadadan qurtulacaq, iri regional layihələrin iştirakçısı və tranzit ölkəyə çevriləcək, Azərbaycanın ayrılmaz parçası kimi, Dağlıq Qarabağın erməni əhalisi də ölkənin digər vətəndaşları kimi Azərbaycan dövlətinin himayəsi və qayğısı altında olacaqdı. Bölgəyə ciddi yatırımlar ediləcək, Dağlıq Qarabağ ətraf rayonlarla birgə dərin iqtisadi proseslərə inteqrasiya olunacaqdı, nəinki indi Azərbaycan daxilində anklav “bataqlıq”, kriminal-terrorçu tör-töküntülərin yuvasına çevriləcəkdi.

Sözsüz ki, Qarabağ ermənilərinin hamısı acı reallığı bilir. Onu da yaxşı bilirlər ki, Azərbaycanla dil tapmadan, onun tərkib hissəsi olmadan heç bir inkişaf mümkün olmayacaq. Sadəcə, gerçəyi dilə gətirməyə qorxurlar. Çünki kriminal-diktatura rejimi onları linç etdirə bilər.     

Ancaq “tələ yiyəsi” bir gün mütləq gələcək. Antiterror əməliyyatı heç də uzaqda deyil. Müharibə hələ bitməyib. Deyəsən, bunu axı Paşinyan da etiraf eləmişdi. Bitməyən müharibənin isə qalibi olmur… 

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031