Ermənilər Qarabağın Araz sahilində 120 hektarlıq Amerika narı bağı saldı…
Ermənilər Azərbaycanın Araz çayı sahili boyu yerləşən işğal altındakı ərazilərində məskunlaşma və quruculuq işlərini davam etdirirlər.
Cəbrayıl rayonunun Qumlaq kəndi yaxınlığında son illər salınmış və “Araksavan” adlandırılmış qəsəbənin iki erməni sakini 120 hektar ərazidə nar bağı salıb.
Moderator.az xəbər verir ki, Ermənistan saytlarının yaydığı məlumata görə, fermerlər Henrik Aslanyan və Qagik Satryan nar tinglərini və müasir suvarma sistemlərini ABŞ-dan gətiriblər.
Dekabrın 16-da qondarma separatçı-terrorçu rejimin “kənd təsərrüfatı naziri” adlanan Jirayr Mirzoyan ad-soyadlı adamabənzər məxluq Araz sahilinə gələrək yeni yaradılmış təsərrüfatla tanış olub və Azərbaycan torpaqlarında bu cür böyük bağlar salınması və digər işlər görülməsi üçün erməni sahibkarlara bundan sonra da dəstək veriləcəyini vəd edib.
Sultan Laçın