Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Doğurdanmı münaqişənin həlli üçün sehirli çubuğa ehtiyac var?

“İnsanlar hələ də münaqişələrdən əziyyət çəkirlər, həyatlarını itirirlər. Bütün səmimiyyətimlə deyirəm ki, fəaliyyət müddəti başa çatan sədr kimi mənim münaqişələri həll etmək üçün sehirli çubuğum yoxdur”. Bu fikirləri  Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

 

Doğurdanmı münaqişənin  həlli üçün sehirli çubuğa ehtiyac var? Azərbaycan xalq nağıllarnda sehirli çubuq, sehirli xalça ifadələrinə tez-tez rast gəlmək mümkün idi. Ancaq indi heç azyaşlılar da nağıla  və nağıl qəhrəmanlarına inanmırlar. Əslində münaqişələrin həllini  nağılvarı istiqamətə yönəltmək, insanları öz həyatlarından usandırmaq, dinc sakinlərin kütləvi təlafatına bais olmaq çox düşünülmüş ssenarilərin tərkib hissəsidir.

 

Dünyanın hər hansı məkanında baş verməsindən asılı olmayaraq, əgər ədalətli, prinsipial bir yanaşma olarsa münaqişə dərhal həllini tapır.  Yox imitasiya xarakterli yanaşma olarsa, o münaqişə illərlə davam edəcək. Bunu Dağlıq Qarabağ məsələsinə yanaşmada görürük. ATƏT-in Minsk qrupunun  həmsədrlərinin regiona turist səfərləri, səslənən bəyanatlar, mövcud münaqişənin aqibəti göz qabağındadır.

 

Bu  gün  həm  ABŞ, Rusiya, həm də digər Avropa dövlətləri Dağlıq Qarabağ münaqişəsinin  həllinin yalnız sülh yolu ilə mümkün olduğunu bildirirlər. Hətta bəzən barmaq silkələyərək bildirirlər ki, başqa variant yoxdur. Bu sülh göyərçinləri 30 ildir münaqişədən əziyyət çəkən insanların taleyini deyil, öz strateji maraqlarını düşünməsi heç kimə sirr deyil.

 

Bir neçə ay öncə  sülh göyərçinlərinin daha bir sarsaq təklifi olmuşdu. Bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana təklif etmişdilər ki, gedin əhalinizi sülhə hazırlayın. Vasitəçi ölkələrin, bəzi beynəlxalq təşkilatların  Ermənistan-Azərbaycan münaqişəsinə ikili standartlar kontekstindən  yanaşması onu deməyə əsas verir ki, belə çağrışların arxasında ədalətli sülh istəyindən daha çox məkrli  planlar, geostrateji maraqlar dayanıb.

 

Bu gün  Qarabağ münaqişənin həllində vasitəçilik edən dövlətlərin ən böyük səhvi bilirsiniz nədir? İstər ATƏT-in Minsk qrupunun  həmsədrləri  olsun, istərsə də digər dövlətlərin rəsmiləri Dağlıq Qarabağ münaqişəsi haqqında yetərincə məlumatları olmasına baxmayaraq, onlar bir dəfə də olsun həqiqəti etiraf edib Ermənistanı işğalçı kimi tanımayıblar. Həmin vasitəçilər Ermənistandan kəskin şəkildə tələb edib bildirmirlər ki, işğal etdiyin Azərbaycan torpaqlarını dərhal tərk et. Belə ədalətli yanaşma olmadığına görə Ermənistan xeyli arxayınlaşır. Belə arxayınçılıq, cəzasızlıq münaqişənin ömrünü uzadır.

 

Əslində problemin ədalətli həlli üçün işğalçının cəzalandırılması vacib elementdir. Bir çox vasitəçilər, diplomatlar kimi Rusiyanın Xarici İşlər naziri S. Lavrov Ermənistana gedir bir yayğın, Azərbaycana səfər edir başqa bir formada yayğın bəyanat səsləndirir. Lavrovun hər iki bəyanatına diqqət yetirsək görərik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin belə yanaşmalarla həlli yaxın zamanlarda  mümkün deyil.

 

Yalnız Türkiyə, Pakistan və bir neçə ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli münasibət sərgiləyib. Həmin dövlətlər işğalçılıq siyasətinə  görə, hətta iqtisadi maraqlarından vaz keçərək Ermənistanla  diplomatik əlaqələr bu vaxta qədər qurmayıblar. Təcavazkara qarşı belə addımın atılması  ədalətli sülhün, sabitliyin yaradılmasında digər ölkələr üçün örnək olmalıdır.

 

Müşahidələrə əsasən onu demək olar ki,  sülh göyərçinlərinin  Qarabağla bağlı mülahizələrinə, nağılvari tezislərinə inanmaq olmaz. Azərbaycan yalnız öz gücünə inanmalıdır. Dağlıq Qarabağda, işğal olunan digər ərazilərdə silahlı erməni heç zaman özünü rahat hiss etməməlidir. Ora gələn erməni dərk etməlidir ki, onun oradan yalnız meyiti çıxacaq. Erməni əgər analarına açıq çağrışlar olmalıdır. Onlar Qarabağa gələn hər hansı silahlı ermənini nə gözlədiyini anlamalıdırlar.

 

Yekunda onu da qeyd etmək istərdim ki,  dünyanın bəzi siyasi dairələrinin  barmaq silkələməsinə, hədələrinə baxmayaraq  Azərbaycan  öz hərbi və iqtisadi gücünə güvənərək Qarabağda  və işğal olunan digər ərazilərdə mövcud olan qeyri-qanuni silahlı birləşmələrə qarşı antiterror həyata keçirmək  hüququ  beynəlxalq sənədlərdə təsbit olunub.  Necə ki, vaxtılə Rusiya  və digər ölkələr mütəmadi olaraq öz ərazisində  qeyri-qanuni  silahlı birləşmələrə qarşı belə antiterror  siyasəti həyata keçiriblər. Qanunsuz  silalılıları  zərərsisləşdiriblər.

Əkrəm Bəydəmirli

yknews.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031