Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xalqdan heç bir dəstək ala bilməyən radikal müxalifət seçkilərdə iştirak etmədikcə siyasi tarixdən silinəcək – Arzuman Abdulkərimov

Bakı. Samir Əli – Trend:

Əli Kərimli, Cəmil Həsənli və bu kimi şəxslər yenə də xarici maraqlı dairələrin sifarişi və göstərişi ilə hərəkət edir, onların tapşırıqlarını yerinə yetirirlər.

Bunu Trend-ə açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, siyasi şərhçi Arzuman Abdulkərimov müxalifətin seçkiləri boykot etməsi barədə səsləndirdikləri fikrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, fevralın 9-da keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyasına və qanunlarına tamamilə uyğundur: "Prezident İlham Əliyev ölkədə bütün sahələr üzrə islahatlara başlayıb. Bu islahatların artıq iqtisadi səmərəsini, faydasını cəmiyyətin hər bir üzvi görməkdə, hiss etməkdədir. Davam edən bu islahatlar hakimiyyətin bütün qanadlarını əhatə edir, o cümlədən, qanunvericilik hakimiyyəti olan Milli Məclisin fəaliyyətini də özündə ehtiva edir. Ona görə də burada qeyri-adi heç nə yoxdur. Lakin müxalifətin radikal qanadı olan AXCP-nin və "Milli Şura"nın buna etiraz etmələri, səsləndirdikləri narazılıq dolu bəyanatlar, boykot çağırışları onların toplumdan, real siyasi proseslərdən nə qədər uzaq düşdüklərini göstərir. Növbədənkənar parlament seçkilərində əksər siyasi partiyaların, ictimai təşkilatların, ziyalıların, gənclərin, bir sözlə, cəmiyyətin ən müxtəlif qruplarının iştirak edəcəkləri barədə bəyanatları və açıqlamalarını izləyirik. Amma yenə də "Milli Şura" – AXCP bu prosesdən kənarda qalmağa və nəticəsiz, mənasız boykota çağıran fikirlər səsləndirməyə başlayıb".

Partiya rəsmisi bildirib ki, onlar hər zaman mənasız bəyanatlar vermiş, böhtan, yalan və şantajla məşğul olmuşlar: "Bu yolla istədiklərinə nail olmağa çalışıblar, lakin hər zaman uduzublar. İndi də hədəfdə parlament seçkiləridir. Parlamentin fəaliyyətinə qara yaxmaqdadırlar. Onların tələblərini, daha dəqiq desək, cığallıqlarını anlamaq olmur. Partiyanın işi seçkilərdə iştirak olmalıdır. Buna görə də daim seçkiyə hazır olmaq lazımdır. Bu seçki növbədənkənar da ola bilər, nəzərdə tutulmuş tarix üzrə də. Sən əgər seçkiyə hazır deyilsənsə, partiyanı təşkilatlandıra bilməmisənsə, bəs bu illər ərzində nə işlə məşğul olmusan? Hər zaman seçki tələb etmirdiniz? Bu da seçki, bu da meydan. Buyurun, gəlin yarışın. Əgər qatılmırsınızsa, deməli sizin nə isə başqa, qaranlıq fikirləriniz var. Məncə, onlar seçki yarışında iştirak etməkdən daha çox, bayaq da qeyd etdiyim kimi, xarici qüvvələrin əli ilə ölkədə iğtişaş və narazılıq yaratmaq istəyirlər. Gücləri olsaydı, rəqabət aparmaq bacarıqlarına malik olsaydılar, mənasız bəyanatlar verməzdilər. Fikrimcə, onlar əvvəlcədən məğlub olacaqlarını bildikləri üçün belə taktika seçiblər. Yekun olaraq birmənalı şəkildə demək olar ki, radikal müxalifətin bu seçkidə heç bir şansı yoxdur, xalq tərəfindən dəstək ala bilməyəcək və seçkilərdə iştirak etmədikcə siyasi tarixdən silinəcək".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031