Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Sarı Aşıqdan Aşıq Şəmşirə: girov ruhlar işığında yaradıcılıq festivalı”

Aydınlar Ocağı humanitar ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Sarı Aşıqdan Aşıq Şəmşirə: girov ruhlar işığında yaradıcılıq festivalı” layihəsinə yekun vurdu. Layihənin məqsədi XVII əsrdə yaşayıb yaratmış, Azərbaycanın şer və aşıq sənətinin parlaq simalarından olan, məzarı işğal olunmuş Laçın rayonunda ermənilər tərəfindən vandalizmə uğrayan Sarı Aşığın və XX əsrdə yaşayıb yaratmış, işğal altında qalan Kəlbəcər rayonunda eyni aqibəti yaşayan Aşıq Şəmşirin yaradıcılığının təbliği, böyüməkdə olan nəslə dahi sənətkarların tanıdılması, girovluqda qalan müqəddəs və narahat ruhlar vasitəsilə ermənistanın təcavüzünün və işğalçı xislətinin, mədəniyyət abidələrinə olan vandalist münasibətlərinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması olmuşdur. Layihə çərçivəsində Laçın rayon əhalisinin kompakt məskunlaşdığı Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon Mədəniyyət Mərkəzində laçınlı aşıqların iştirakı ilə Sarı Aşığın və Aşıq Şəmşirin yaradıcılığına həsr olunmuş festival keçirildi. 200 nəfərdən artıq rayon sakininin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə folklorşünas, əməkdar mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev açaraq Azərbaycan Aşıq sənətinin və bayatı janrının parlaq nümayəndələrindən olan, Haqq aşığı kimi tanınan Sarı Aşığın və 20-ci əsrin yetişdirdiyi, istər Kəlbəcər ədəbi mühitinin, istərsə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən, söz sənətkarı kimi öz məktəbini yaratmış Aşıq Şəmşirin həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Belə bir layihəni dəstəklədiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ictimai birlik adından təşəkkür etdi. Tədbirdə rayon ziyalılarıının, mədəniyyət işçilərinin çıxışları ilə bərabər Laçın rayon aşıqlarının ifasında Sarı Aşığın bayatılarına və Aşıq Şəmşirin şerlərinə bəstələnmiş aşıq havaları səsləndirildi. Növbəti tədbir Gəncə şəhərində, əksəriyyətinin Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət Mərkəzində keçirildi. 600 nəfərdən çox insanın iştirak etdiyi tədbiri giriş sözü ilə folklorşünas, əməkdar mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev açaraq hər iki aşığın doğulub, yaşayıb-yaratdığı torpaqların işğal altında olmasının böyüməkdə olan nəslin yaradıcılığına da öz mənfi təsirini göstərdiyini bildirdi. Buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezidentimiz Mehriban Xanım Əliyevanın diqqət və qayğısı nəticəsində mədəniyyətin bütün sahələri ilə bərabər aşıq sənətinin də inkişafına hər çür şərait yaradıldığını və həyata keçirilən bu layihənin də məhz aparılan məqsədyönlü işin bir nümunəsi olduğunu bildirdi. Kəlbəcər rayon aşıqlarının yüksək əhval-ruhiyyə ilə, coşğuyla Sarı Aşığın və Aşıq Şəmşirin yaradıcılığına həsr etdikləri ədəbi-musiqili proqram qəlbi vətən nisgili ilə yanıb qovrulan məcburi köçkünlərimizdə böyük bir ruh yüksəkliyi yaratdı. Laçınlı Sarı Aşığın və kəlbəcərli Aşıq Şəmşirin narahat ruhlarının tezliklə rahatlıq tapacağını, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunacağı günün uzaqda olmadığı aşıqların ifa etdikləri cəngi sədalarından doğan bir inam kimi tədbir iştirakçılarında böyük bir ruh yüksəkliyinin yaranmasına səbəb oldu. Tədbirdə Kəlbəcər rayon icra hakimiyyəti başçısının müavini İkram Salmanov, Aydınlar Ocağı humanitar ictimai birliyinin layihə koordinatoru Elxan Qədirov, rayon ziyalıları, mədəniyyət işçiləri, məcburi köçkünlər və s. iştirak edirdilər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031