Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Su ehtiyatlarımızın qaynaqlandığı Kəlbəcərin Azərbaycana verilməsini təsəvvür edə bilərikmi?..”

Ermənistan politoloqu Ruben Marqaryan  “Ermənistanın səsi” nəşrindəki məqaləsində növbəti dəfə Azərbaycana qarşı həyasız bəyanatlar səsləndirib. 

 

Moderator.az xəbər verir ki, üzdəniraq erməni siyasətşünası “Karvaçar, yoxsa Kəlbəcər” adlı yazısını Azərbaycan ictimaiyyəti üçün də maraqlı olan bir sualla başlayır: 

 

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi zamanı bağlı qapılar arxasında nələr baş verir? Bəyanatlar bir-birinə ziddir: gah eşidirik ki, əsaslı sənəd ətrafında danışıqlar aparılmır, sadəcə, “müqəddimə” var, ya da danışıqlar masasında konkret sənədin olduğu deyilir…”

 

Daha sonra Qarabağa aid gündəmdə olan  bəzi məsələlərə xeyli qərəzli şərhlər verən R.Marqaryan Azərbaycan üçün strateji məsələlərdə baltanı kökündən vurur:

 

“Məlumdur ki, hamı, hətta Bakı da – Berdzor rayonunun (Laçın) Artsaxın nəzarətində qalmasını qəbul edir, bu mübahisə doğurmur. Bu, Ermənistanla bir əlaqə və təhlükəsizlik qarantiyasıdır. Ancaq eyni şey Karvaçar (Kəlbəcər) bölgəsinə də aiddir. Lakin Bakı Artsaxın son statusu təyin olunana qədər Kəlbəcərin Azərbaycanın nəzarəti altına verilməsini təkid edir və bu, yenə də erməni tərəfləri üçün qəbuledilməzdir. Ümid edilir ki, Nikol Paşinyan da bu mövqedədir və  nizamlanmanın Azərbaycan xalqının da xeyirinə olmasından danışanda o,  Karvaçarı nəzərdə tutmur…” 

 

Məqaləsinin sonunda isə düşmən politoloqu ermənilərin heç bir vəchlə Kəlbəcərin Azərbaycana qaytarılmasına razı olmayacağını bir daha vurğulayır:

 

“Su ehtiyatlarımızın qaynaqlandığı, başlandığı Karvaçarın  Azərbaycana verilməsini necə təsəvvür edə bilərik? Kim bu addımı ata, bütün Ermənistanı uçuruma sürükləyə və ya yeni bir soyqırımı təhlükəsinə ata bilər? Düşünmürəm ki, hər hansı bir həssas və vətənpərvər insan bu yolu tutacaq…"

 

P.S.  Bütün bunlardan sonra ağlı başında olan, bu xalqın torpağın qeyrətini çəkən Azərbaycan vətəndaşı, rəsmisi bir daha Qarabağın danışıqlar, sülh yoluyla azad olunacağından danışa, jurnalist, yaxud deputatların qarşılıqlı səfərlərinin “münaqişənin ədalətli həllinə təkan verəcəyi”ni dilə gətirərmi?..

 

Sultan Laçın

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930