Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İrəvanda Azərbaycan bayrağı və… Qarabağdakı “barıt çəlləyi”

Xalqların sülhə hazırlanması prosesinə start verilib – ilginc iddiaların arxasındakı sərt gerçək; Rusiyanın nüfuzlu nəşri: “Əgər yuxarılar anlaşa bilmirsə…”

Azərbaycan və Ermənistan jurnalistlərinin 4 günlük (17-21 noyabr) qarşılıqlı, bir az da yarım məxfi səfəri Qarabağ gündəmində özünəməxsus iz buraxdı. Bir sıra sərt, ancaq yetərincə obyektiv tənqidlərə rəğmən, prosesdə hansısa pozitiv “rüşeym” axtaranlar da var. Bu da yəqin ki, problemin dinc yolla nizamlana biləcəyinə bağlanan  kövrək ümidlərlə bağlıdır.

Söz yox ki, müharibəni heç bir normal insan arzulamaz. “Ən pis sülh, ən pis danışıqlar da müharibədən yaxşıdır” deyiminə həmişə haqq qazandırmaq olar. Ancaq əgər konkret halda söhbət Azərbaycan torpaqlarının 20%-ni on illərdir işğal altında saxlayan Ermənistanın atəşkəs rejimini süni surətdə uzatmasından, sülh anlaşmasını daha əlçatmaz etməsindən gedirsə, müharibə yolu istəsən də, istəməsən də yeganə həll yolu kimi masa üzərinə gəlir.

*****

Jurnalistlərin səfərinə gəlincə, ola bilsin, son vaxtlar elə müharibə riski xeyli artdığından, “qazanın qapağı”nı qaldırıb “buxarı” bir az buraxmaq zərurəti yaranıb. Yeni Qarabağ müharibəsi isə ilk növbədə Rusiyanın regional maraqlarına cavab vermir. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan media nümayəndələrinin qarşılıqlı səfəri ilə bağlı ən çox Rusiyadan təqdiredici notlar eşidilir.

karabakh osce ile ilgili görsel sonucu

Məsələn, ATƏT-in Minsk Qrupunun Rusiyadan olan sabiq həmsədri, ordu generalı, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov deyib ki, “bu səfərlər regionda qeyri-rəsmi diplomatiya yolu ilə gələcək sülhün əsaslarını qoymaq baxımından yaxşı başlanğıcdır”. Bu barədə o, “EADaily” nəşrinə verdiyi açıqlamada bildirib (Virtualaz.org). Onun fikrincə, çox mühümdür ki, proqramda Dağlıq Qarabağ da iştirak edir. Rusiyalı diplomat hesab edir ki, dinc nizamlama prosesində Qarabağ əhalisinin də maraqları birbaşa təmsil olunmalıdır.

“Jurnalistlərin mübadiləsi proqramı çox mühüm təşəbbüsdür və düzgündür. Axı prosesdə jurnalistlərdən və KİV-lərdən çox şey asılıdır. Milçəkdən fil düzəltmək olar və ya fili milçəyin ölçüsündə kiçiltmək olar ki, həmin fil heç kimi tapdalamasın”, – deyə sabiq həmsədr qeyd edib. Rusiyalı diplomat jurnalistlərin qarşılıqlı səfərinin məxfi saxlanılmasına haqq qazandırıb. Deyib ki, bunu anlamaq olar: “Çünki 18 ildən bəri ilk dəfədir tərəflər arasında publik diplomatiya çərçivəsində birbaşa təmas baş tutur. Jurnalistlər burada mühüm rol oynayır. Axı informasiyanın təqdim edilməsindən ictimai əhval-ruhiyyə çox asılıdır. İctimaiyyəti elə qızışdırmaq olar ki, yuxarılarda, sadəcə olaraq, heç bir həll qərarı qəbul etməyəcəklər. Çünki öz mövqelərindən qorxacaqlar” – Trübnikov əlavə edib.

karabakh osce ile ilgili görsel sonucu

Əlavə edək ki, V.Trubnikov 2001-ci ildə Azərbaycan və Ermənistan prezidentləri arasında ABŞ-ın Ki-Uest şəhərində Qarabağla bağlı baş tutmuş kritik danışıqlarda iştirak edib. Həmin danışıqlar sülh anlaşmasını müəyyən qədər yaxınlaşdırsa da, ABŞ-ın vasitəçiliyinə qısqanclıqla yanaşan Rusiyanın rəsmi İrəvana təsiri səbəbindən proses müsbət sonluqla bitmədi (o vaxt işğalçı ölkənin başında artıq hakimiyyəti Moskvanın dəstəyi ilə zorla ələ keçirmiş “Qarabağ klanı”, Robert Köçəryan dururdu). 

*****

Qayıdaq xalqları sülhə hazırlamaq məsələsinə. Bu prosesə gerçəkdənmi KİV-lər, jurnalistlər səviyyəsində başlanmalıdır? Rusiyada nəşr olunan “Kommersant” qəzetində dünən getmiş məqalə də sabiq rusiyalı vasitəçinin yuxarıdakı sözləri kimi bu xüsusda diqqət çəkir.

“Ermənistanda Azərbaycan bayrağını yalnız bir yerdə – İrəvan Konyak Zavodunda görmək olar. ”Bizim (Bakı və İrəvanın) diplomatik əlaqələrimiz yoxdur, ona görə bayraq yalnız buradadır". Bunu zavoda gələn rusiyalı jurnalistlərə deyiblər". “Yeni Müsavat” xəbər verir ki, məqalə bu sözlərlə başlayır.

“Azərbaycan bayrağı zavodda 2001-i ildə (Ki-Uest danışıqlarının getdiyi il – ”YM"), ATƏT-in Minsk Qrupu həmsədrlərinin gəlişi münasibətilə qoyulub. O vaxt zavodda “sülh çəlləyi” deyilən bir çəlləkdə 1994-cü ildən – atəşkəs imzalanan gündən konyak saxlanılır. Hesab edilir ki, çəllək yalnız sülh nizamlanması baş tutandan sonra açılacaq və tərəflərin nümayəndələri həmin konyak süzülmüş qədəhləri xalqların dostluğu şərəfinə qalıdıracaqlar" – “Kommersant” ardınca yazıb.

Rusiya nəşri qeyd edir ki, artıq kiçik addım da olsa sülh anlaşması yönündə, “xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində növbəti tədbir baş tutub: “Bu tədbir (jurnalistlərin səfərləri – ”YM") ATƏT şəxsi nümayəndəsi tərəfindən koordinasiya edilib. İrəvandakı İnsan Resursları İnkişafı Mərkəzinin rəhbəri Tevan Poqosyan deyib ki, jurnalistlərin mübadiləsi layihəsi əvvəllər, 2001-ci ilə kimi mövcud olub. Ancaq ondan sonra da jurnalistlər Tiflisdə, Kiyevdə müxtəlif yerlərdə görüşüblər. Lakin qarşılıqlı səfərlər etməyiblər. Son səfəri ABŞ-ın ATƏT-dəki missiyası da təqdir edib".

Daha sonra nəşr bu il yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin həmsədrlərlə birgə görüşü zamanı “xalqları sülhə hazırlamağın zəruriliyi” barədə əldə olunmuş anlaşmanı yada salır. “Ermənistan və Azərbaycan KİV-lərinin rəyincə, bu proqram 2019-cu ildə tərəflərə humanitar istiqamətdə müəyyən irəliləyişlərə nail olmağa imkan verib. İlk növbədə söhbət həbsdə olanların mübadiləsindən gedir. Artıq ilk belə mübadilə olub”, – deyə məqalədə ardınca vurğulanır.

Aleksandr Markarov ile ilgili görsel sonucu

İrəvandakı MDB İnstitutunun direktoru Aleksandr Markarov isə “Kommersant”a bunları deyib: “Düşünürəm ki, proqram çərçivəsində həyata keçirilən tədbirlər hələ yalnız başlanğıcdır. Mən konkret planların nə olduğunu bilmirəm, ancaq onu bilirəm ki, onların reallaşması yaxın zamanlarda başlayacaq. Hərçənd Dağlıq Qarabağ nizamlanmasında sıçrayışdan danışmaq tezdir, ”xalqları sülhə hazırlamaq"la bağlı proqram çərçivəsində əməkdaşlıq bu nizamlamanı yaxınlaşdıra bilər".

Sonda nəşr yazır ki, müharibə təhlükəsi durduqca qarşılıqlı etimadın bərpasından danışmağa dəymir. “Əgər yuxarılarda anlaşa bilmirlərsə (anlaşmaq isə çətindir), o zaman yəqin ki, proqram büdrəyəcək. Yox, əgər aşağı səviyyələrdə daha sıx işlər görüləcəksə, onda bu, liderlərə öz mövqelərində hansısa dəyişikliklərə getməyə imkan yaradacaq”, – deyə qəzet vurğulayır.

*****

karabakh osce ile ilgili görsel sonucu

Əlbəttə ki, Qarabağda sülhlə bağlı belə “gümrahlaşdırıcı”  bəyanatlar indiyədək çox səslənib. Çox ümidlər verilib. Lakin onlar elə bəyanat, ümid olaraq qalıb. Çünki tərəflərdən biri – Azərbaycan işğala məruz qalan, digəri – Ermənistan isə işğalçı ölkədir və onlara eyni gözlə baxmaq, onların hər ikisindən güzəşt tələb eləmək  praktikası böyük sülhə gətirə bilməz. Necə ki, 30 ildir gətirmir.

Beynəlxalq hüquq, beynəlxalq rəy Azərbaycanın yanındadır, Ermənistanın yox. Azərbaycanın məsələdə gedəcəyi güzəşt yoxdur, ola bilməz. O, öz torpaqlarını (7 rayon) öz torpaqlarınımı (Dağıq Qarabağa) dəyişməlidir? Təbii ki, yox. Demək, sülhə ilk növbədə erməni tərəfini hazırlamaq lazımdır. Əks halda…

Əks halda, humanitar tədbirlər olsa da, olmasa da, İrəvan zavodundakı “sülh çəlləyi” yalnız müharibən sonra açılacaq – Azərbaycanın böyük Vətən müharibəsindən sonra. Hələliksə Qarabağdakı “barıt çəlləyi”ni götürmək gərəkdir. Hələ ki gec deyil…


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930