Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Avropadan Ermənistan haqda ifşaedici sənəd – “Problemlərin problemi Qarabağ…”

Almaniyanın dövlət qurumundan işğalçı ölkə ilə bağlı qara statistika; “Dünyanın ən monoetnik ölkəsi xarici yardımların ümidinə qalıb”; erməni nəşri: “Paşinyan xalqın başını qatmaq üçün yeni tamaşalar hazırlayır…”

Ermənistanın “məxməri” baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən ilyarımdan çox ötsə də, ölkədə iqtisadi durum acınacaqlı olaraq qalır. Baş nazirin xaricdə, daha dəqiqi, aparıcı Qərb ölkələri və Çində israrlı sərmayə axtarışları da nəticə verməyib. Çünki heç bir ciddi investor, maliyyəçi Rusiyanın forpostu olan bir ölkəyə sərmayə yatırmaq istəmir. Xalq isə populist vədlərdən artıq bezib və hökumətdən real fəaliyyət, bu fəaliyyətin öz həyatında pozitiv təsirini gözləyir.

 

*****

miqrant ermənilər ile ilgili görsel sonucu

Bu arada Almaniyanın Qaçqınlar və Miqrasiya üzrə Federal Komitəsi Ermənistandan kütləvi köç (emiqrasiya) və ölkədə sosial-iqtisadi durum haqda məruzə hazırlayıb. “Yeni Müsavat”ın “Vestnik Kavkaza”ya istinadən verdiyi məlumata görə, sənəddə hər il emiqrasiya nəticəsində Ermənistanın on minlərlə vətəndaşını itirdiyi bildirilir.

“Bu günədək müstəsna olaraq, Rusiya və diasporun maliyyə köməyi hesabına yaşayan Ermənistanı 1991-ci ildə 1 milyon 800 min nəfər tərk edib. Qarabağ uğrunda aktiv müharibənin getdiyi sonrakı 3 ildə isə iqtisadi tənəzzül üzündən ölkədən daha 497.5 min vətəndaş gedib. Bu zaman Ermənistandan bütün azərbaycanlılar qovulub. Həmçinin digər xalqların nümayəndələri, o cümlədən yəhudilər və ruslar ölkəni tərk ediblər. Yekun etibarilə bu gün Ermənistan əhalisinin 96%-i ermənilərdir. Beləcə, Ermənistan dünyanın ən mönoetnik ölkəsinə çevrilib”, – deyə məruzədə bildirilir.

Avropadan Ermənistan haqda ile ilgili görsel sonucu

İşğalçı ölkə ilə bağlı ifşaedici sənəddə daha sonra deyilir ki, xaricə davam edən kütləvi köç, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan və Türkiyənin blokadası nəticəsində Ermənistanın üzləşdiyi iqtısadi problemləri daha da ağırlaşdırıb. “Odur ki, bu gün respublika de-fakto Rusiya kreditləri və varlı erməni diasporunun maddi köməyindən asılı duruma gəlib”, – deyə məruzədə qeyd olunur.

 

Almaniyanın dövlət qurumu ardınca bildirir ki, Ermənistanın yeni hakimiyyəti, “inqilabçı lider” Paşinyan komandası Ermənistanın gələcəyini təhdid edən 3 təhlükəni önləmələdir: “Bunlar yoxsulluq, korrupsiya və oliqarxiyadır. Bu zaman ölkə üçün həlledici problem – bütün başqa problemləri doğuran və ölkəni tamamilə inkişafdan saxlayan Qarabağ konflikti və Azərbaycan torpaqlarının işğalıdır”.

Necə deyərlər, problemlərin problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İrəvan Bakı ilə razılığa gəlməyincə ölkənin köklü iqtisadi-sosial problemlərini yoluna qoymaq mümkün olmayacaq. Olsaydı, Paşinyan bunu hakimiyyətdə olduğu il yarımda, sələfləri isə 25 ildə bacarardılar…

Sənəddə daha sonra xüsusi qeyd olunur ki, Ermənistan etnik təmizləmə səbəbindən azərbaycanlıların oradan çıxıb getməsinə, həmçinin müharibəyə və işğala  görə Azərbaycanın başqa rayonlarına köç eləməsinə görə də günahkardır.

“Öz növbəsində bu gün Ermənistan hökuməti Suriyadan olan qaçqın erməniləri qanunsuz şəkildə işğal altında saxladığı Azərbaycan torpaqlarında yerləşdirir ki, bu yolla işğal edilmiş Dağlıq Qarabağda öz xeyirlərinə pozitiv demoqrafik görüntü yaratsın. Bu zaman Ermənistanın özündən insan köçü stabil olaraq davam edir”, – deyə məruzədə vurğulanır.

*****

Nikol Paşinyan ile ilgili görsel sonucu

Yerli erməni mediası da Nikol Paşinyanın baş nazirliyi dönəmində sosial-iqtisadi sahədə heç bir ciddi pozitiv irəliləyişin qeydə alınmadığı haqda son zamanlar tez-tez yazır.

“İşlər qışa doğru gedir, amma hakimiyyət ənənəvi ”qışlama" dövrünə köklənmək əvəzinə, son vaxtlar baş nazir Nikol Paşinyan tez-tez şelfi çəkməklə və başqa “lazımlı” addımlar atmaqla xalqın başını qatmağa çalışır". “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Past” qəzetində gedən məqalədə yazılb.

Nəşr daha sonra yazır: “Bunun səbəbi odur ki, təxminən 10 gün əvvəl baş nazirə yeni sosioloji sorğunun nəticələrini təqdim ediblər. Bu nəticələr isə baş naziri möhkəm hiddətləndirib. O, tapşırıq verib ki, həmin nəticələri yoxlasınlar. Üstəlik, o, yerli təşkilatlardan birinə yeni sosioloji sorğu sifariş verib. Bizdə olan məlumatlara görə, sorğunun nəticələri Nikol Paşinyana onun Paris səfərinə iki gün qalmış təqdim olunub və öncəki məlumatları təsdiqləyib. Həmin məlumatlara görə, baş nazirin reytinqi 21-23% arasındadır. Sosioloji sorğuda başqa şəxs və xadimlərlə bağlı göstəricilər də Paşinyanı özündən çıxarıb və o, özünün ən etibarlı adamlarına tapşırıb ki, vəziyyəti analiz edib ona bundan sonrakı addımlar haqda proqramlar təqdim eləsinlər. Yəni necə eləmək ki, reytinqin belə sürətli enişinin dayandırmaq mümkün olsun?”

Məhz bu səbəbdən qəzet istisna eləmir ki, tezliklə baş nazir cəmiyyəti yeni və daha maraqlı tamaşalarla məşğul eləmək üçün hərəkətə keçəcək, nədən ki, əvvəlki tamaşalar daha yaramır…

*****

Ermənistan əhalisi isə Paşinyandan tamaşa yox, çörək, iş yerləri, həyat şəraitinin yaxşılaşmasını gözləyir. Ancaq yeni hökumətin ötən il yarımdakı fəaliyyəti göstərdi ki, bu gözləntilər əbəsdir. Hakimiyyətdə kim olur-olsun, bu  gözləntilərin faydası olmayacaq. Çünki heç bir erməni rəhbərinin “sehrli çubuğ”u yoxdur. Olmayacaq. Səbəb deyildi – problemlərin problemi olan Dağlıq Qarabağ problemi, Azərbaycan torpaqlarının işğalda saxlanması. Səbəb budur, yerdə qalanlar isə – nəticələrdir…

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930