Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rəsmi Moskva “Dağlıq Qarabağ Respublikası”nı tanımır – rusiyalı həmsədr

Bütün maraqlı tərəflərin razılığı olmadan Dağlıq Qarabağ münaqişəsini nizamlamaq mümkün deyil

Rusiya xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun APA-nın Moskva müxbirinə eksklüziv müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

– Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana son səfəri zamanı “Dağlıq Qarabağ xalqı" ifadəsini işlətməsi, eləcə də “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” açıqlaması Azərbaycanda mənfi qarşılanıb. "Dağlıq Qarabağ xalqı" deyərkən bölgənin azərbaycanlı əhalisi də tutulubmu?

– Mən bundan çıxış edirəm ki, bütün maraqlı tərəflərin razılığı olmadan Dağlıq Qarabağ münaqişəsini nizamlamaq mümkün deyil. Bütün bölgə əhalisinin rəyi nəzərə alınmalıdır. Həqiqətən, nizamlanmanın əsas prinsiplərinin bütün variantlarına əsasən qaçqın və məcburi köçkünlər keçmiş yaşayış yerlərinə qayıtmaq və müvafiq olaraq gələcək talelərinin müəyyənləşdirilməsində iştirak etmək hüququna malikdirlər. Bu hüquq necə və nə vaxt həyata keçiriləcək – buna tərəflər qərar verəcək.

– Rusiya Federasiyası Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar formatının dəyişdirilməsi ideyasını dəstəkləyirmi? Rusiyanın bu məsələ ilə bağlı mövqeyində hansısa dəyişiklik baş veribmi?

– Rusiyanın danışıqlar formatı ilə bağlı mövqeyi hər zaman ardıcıl olub. Biz dəfələrlə demişik ki, danışıqlar formatının tərkibini razılaşdırmağı və müəyyənləşdirməyi tərəflər özü həll etməlidir. Məsləhətləşmələrin və danışıqların ilkin mərhələsində, hərbi əməliyyatlar dayandırılan zaman Dağlıq Qarabağ atəşkəs haqqında sazişin imzalanmasından sonra müvafiq razılaşmanın və danışıqların iştirakçısı olub. Sonra qərara alındı ki, Qarabağın maraqlarını İrəvan təmsil edəcək. Əgər zamanla tərəflər Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesinə qoşulmağa razılıq versə, bu qərarı dəstəkləyəcəyik.

– Rusiya XİN başçısının son açıqlamalarında danışıqlar prosesində tormozlanmanın müşahidə olunduğu vurğulanıb. Rusiya bu prosesin yerindən tərpənməsi üçün hansısa addımları atmağı düşünürmü?

– Rusiya hər zaman aktiv vasitəçilik mövqeyi tutub. Bu uzun sürən münaqişənin nizamlanmasında tərəflərə yardım etmək Rusiya Federasiyasının qeyd-şərtsiz xarici siyasət prioritetlərindən biridir. Bu istiqamətdə aktiv işləyirik. Rusiyanın birbaşa köməyi ilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il atəşkəs haqqında Saziş var. Ölkəmizin vasitəçilik səyləri yolunda atılan mühüm addım 2008-ci ildə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında ilk və bu günə qədər yeganə sənəd olan Moskva Bəyannaməsinin qəbulu oldu. Bildiyiniz kimi, məhz Rusiya Azərbaycan və Ermənistanın baş qərargah rəislərini Moskvaya dəvət etməklə 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatlara son qoyulmasında həlledici rol oynayıb. Vasitəçilik missiyamızı fransalı və amerikalı tərəfdaşlarımızla sıx təmasda həyata keçiririk. Bu ilin aprelində Moskvada Sergey Lavrov tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil olunub, bu görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib. Görüşdə bu ilin mart ayında Vyanada İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaların işlənib hazırlanması zamanı nizamlanmanın mahiyyəti üzrə danışıqlar prosesinin yenidən başlamasına əlverişli atmosfer yaratmasına istiqamətlənən konkret təkliflər hazırlanıb. Bunlar arasında münaqişə zonasında vəziyyətin sabitləşməsi, tərəflərdə saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var. KİV nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bir sıra həlli çətin problemləri nəzərdən keçirilib. Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Bakı ilə İrəvan arasında qaynar xətt bərpa olunub. Jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı məsələdə irəliləyiş var. Əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov qaytarılıb. Digər məhkumların qaytarılması ilə bağlı da iş davam edir. Bu prosesə Beynəlxalq Qırmızı Xaç Komitəsi qoşulub. Hesab edirik ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamaq istiqamətində konkret addımlar atmaq niyyətindən xəbər verir.

Ancaq vasitəçiliyimizin əsas mövzusu münaqişənin dayanıqlı həllinə nail olmaqda tərəflərə kömək etməkdir. Buna Rusiya Federasiyası Prezidentinin iştirakı ilə 20-dən çox üçtərəfli görüş həsr olunub. Nazirlər işləməyi davam etdirirlər. Bütün həmsədr ölkələrin dəstəklədiyi əsaslı təkliflər var.

Ermənistan yeni rəhbərliyinə sadə olmayan Qarabağ prosesinin bütün təfərrüatlarını anlamaq üçün vaxt lazım idi. Bu mövzu Rusiya xarici işlər nazirinin İrəvana son səfəri zamanı müzakirə edilib. Ümid var ki, yaxın müddətdə tərəflər arasında predmetli danışıqlar bərpa olunacaq. Öz tərəfimizdən Minsk Qrupunun fransalı və amerikalı həmsədrləri ilə birlikdə lazımi köməyi göstərəcəyik.

– Azərbaycan tərəfinin narazılığına səbəb olan başqa bir məsələ qondarma "Dağlıq Qarabağ" qurumunun Moskvada Daimi Nümayəndəliyinin fəaliyyət göstərməsi və separatçı rejimin nümayəndələrinin Moskvaya səfərlər edib görüşlər keçirməsidir. Son dəfə bununla bağlı hətta Azərbaycan və Rusiya XİN-i arasında nota mübadiləsi oldu. Tanınmamış, Rusiyanın özünə dost hesab etdiyi Azərbaycanın işğalçı saydığı qondarma bir qurumun Moskvada nümayəndəliyinin fəaliyyət göstərməsi nə dərəcədə doğrudur?

– Dəfələrlə vurğulamışıq ki, Rusiya hökuməti tərəfindən “Artsaxın Rusiyadakı daimi nümayəndəliyi” deyilən nəsə suveren bir dövlətin diplomatik missiyası kimi qeydiyyata alınmayıb, çünki ölkəmiz "Dağlıq Qarabağ Respublikası"nı tanımır. Ona görə də, Rusiya tərəfinə qarşı hər hansı iddia əsassızdır. Bu sualınıza ətraflı cavab Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat departamentinin 8 noyabr 2019-cu tarixli şərhində yer alıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930