Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Onlar “Qarabağ” sevgisi üçün birləşir” – “İmarət” 10 yaşında

Sabah – noyabrın 19-da “Qarabağ”ın ən sadiq azarkeş qrupu olan "İmarət"in 10 illik yubileyidir. Qrupun təsisçilərindən olan Elnur Quliyev bununla bağlı Qol.az-a müsahibə verib.

– Məlumdur ki, "İmarət" 2009-cu ildə təsis edilib. Necə oldu ki, belə bir fan klub yaratmaq qərarına gəldiniz?

– Bu, təkcə bizim qərarımız deyildi. Zaman ona gətirib çıxardı. Azərbaycanda azarkeş qruplarının yaranması aşağı-yuxarı elə həmin dövrə düşür. Bir qrup ağdamlı gənclər vardı. İctimai həyatın müxtəlif sahələrində aktiv idilər. Fikirləşdik ki, "Qarabağ"a dəstək vermək üçün azarkeş qrupu yaratmaq olar. "İmarət" azarkeş qrupu bir təbliğat vasitəsi kimi yaradıldı. Əvvəllər çox çətinliklər vardı. İndi də fərqli çətinliklər var, amma həminki kimi deyil. Komanda 1-2 il Quzanlıda oynadı. Əslində, bu, problem yaratmırdı, əksinə, yaxşı idi. Ona görə ki, oyunlara çoxlu yerli azarkeşlər gəlirdi. Bakıdan 20-30 nəfər gedəndə stadion dolurdu. Biz sadəcə, tribunada idarəetməni həyata keçirirdik. Amma yeni yarandığımız vaxtlarda belə də olurdu ki, tribunaya gələn azarkeşlərimizi barmaqla sayırdıq. Tək-tək adamları zəng edib, oyuna çağırırdıq.

– Deməli, komandanın Quzanlıda oynaması sizin üçün daha yaxşı idi, nəinki Bakıda çıxış etməsi.

– Bəli. Hətta sonradan Bakıya qayıdanda biz AFFA qarşısında da, "Qarabağ" qarşısında da təklif irəli sürmüşdük ki, komanda Quzanlıda oynasın. Onda 2-3 legioner futbolçu vardı. Sonra "Qarabağ" Avropada uğur qazandıqca əcnəbi futbolçuların sayı artdı. Komandada oynayan legionerlər Ağdama getmək istəmirdi.  Çünki məsələ təkcə stadionla həll olunmur. Orada infrastruktur yox dərəcəsində idi.

 
Elnur Quliyev

– Yəni, şəraitə uyğunlaşmırdılar?

– Bəli. İnfrastruktur məsələsi orada çıxış edən komandanın inkişafına, formalaşmasına imkan vermirdi.

– Həmin vaxtla  indiki dövr arasında nə az, nə çox 10 il fərq var. Özünüz də qeyd etdiniz ki, o dövrlə indiki vaxt, şərait eyni deyil. Komandanın ciddi bir uğuru da yox idi. Amma azarkeş toplaya bilirdiniz…

– O vaxt matçlara gələnlərin demək olar ki, hamısı ağdamlı idi. Az sayda da Qarabağın digər bölgələrindən gələnlər olurdu.  Bu gün isə belə deyil. Nəinki ağdamlı, heç Qarabağ bölgəsindən olmayanlar da gəlir. Respublikanın hər bir regionundan azarkeş var. Onlar "Qarabağ" sevgisi üçün birləşir. Əvvəl kənardan gələn adama qəribə baxırdıq ki, bu başqa rayondandır, nə yaxşı gəlir. İndi isə belə bir hal yoxdur.

– Dediniz ki, komandanın Quzanlıda çıxış etməsi üçün AFFA-ya və kluba müraciət etmisiniz. Bu müraciətə nə cavab verdilər?

– Yadımdadır ki, 2010-2011-ci illər idi. Bircə axırıncı oyunu – "Neftçi" ilə görüşü orada keçirdilər. Həmin il "Neftçi" çempion olmuşdu. Sonra növbəti il yenidən Ağdamda oynadılar. O vaxt klub rəhbərliyi də əlindən gələni etdi. Rövnəq Abdullayev Quzanlıya qaz xəttinin açılışına gəlmişdi. Stadiona gedib vəziyyətlə də tanış oldu. Həmin stadion Olimpiya Kompleksinin nəznindədir. Özüm də oradakı şərəaitlə tanış olmuşdum. Futbolçular heç cür orada qala bilməzdilər. Amma rayon camaatı "Qarabağ"ın ora gəlməyini hər dəfə bayram kimi qeyd edirdi. 


"İmarət" Quzanlıda
 

– Klub həmin dövrdə sizə dəstək olurdu? Münasibətiniz indi hansı səviyyədədir?

– "İmarət" yeni yarananda elə çox isti münasibətimiz olmayıb. Hələ aramızda mübahisə də yaranıb. Amma bu gün münasibətlər pis deyil. Hətta "Qarabağ" nümayəndələri ilə bizim yoldaşlarımız arasında səmimiyyət, dostluq var. Hərdən elə olur ki, klub öz mövqeyini qorumağa çalışır, azarkeş qrupu da öz mövqeyini qoruyur. Məsələn, onlar hər qarşılaşmada deyirlər ki, protexniki vasitələr qadağandır, meydançaya düşmək, rəqibi söymək olmaz. Amma azarkeş də klubun mövqeyindən çıxış edə bilməz ki. Biz azarkeş qrupunda o təbiiliyi qorumalıyıq. Azarkeşi robot kimi saxlamaq olmaz. Bu mənada aramızda hələ də anlaşılmazlıqlar olur. O vaxt bilmirdilər ki, kimik, nəçiyik. O dövrdə kim azarkeş qrupu yaradırdısa, onun hər hansı bir marağı var, buna görə oyuna gəlirlər deyirdilər. Bir müddət keçəndən sonra məlum oldu ki, "İmarət" toplumunun heç bir şəxsi marağı yoxdur, sırf "Qarabağ" sevgisinə görə matçlara gəlirlər.

– Hazırda Azərbaycanda fan klublar çoxdur. Amma "İmarət" aktivliyi ilə digərlərindən fərqlənir…

– Bunda təməlin böyük rolu var. Düzdür, üzvləri o qədər də seçmirik. Amma əvvəl belə idi ki, bizim aramızda elmlər namizədi, ziyalı şəxslər var idi. Başqa fan klubların üzvləri yaşca balaca idi. Amma bizim aramızda olanların demək olar ki, hamısının yaşı 30  idi. Ona görə də təməl bərk oldu. Sonra qarşıdakı illərdə "Qarabağ" azarkeş qrupunun inkişaf etməsində böyük rol oynadı, istər-istəməz insanlarda motivasiya yaratdı. Həmin illərdə "İmarət"in Avropa, Türkiyə qolları təsis edildi. Bakıda hər oyunda iştirak edən azarkeş toplusu "İmarət Tayfa" adlanmağa başladı.

– Bir rəhbər kimi qrupun fəaliyyətindən razısınız?

– Mən bu sualı belə qurmaq istərdim ki, özünüz öz fəaliyyətinizdən razısınız? Çünki biz "İmarət"də rəhbər-üzv münasibətləri saxlamırıq. Əlbəttə,  özümüzdən müəyyən məqamlarda razı ola bilərik. Amma ideyalarımız daha böyükdür. İstəyirik ki, gənclər arasında təbliğatı gücləndirək.

– Bu ideyalara nələr daxildir? Yəni, təbliğatı necə aparmaq istəyirsiniz?

– Bu, vətənpərvərliklə bağıdır. İstəyirik ki, üzvlərimiz daha yaxşı təhsil alsınlar. Vətənə və cəmiyyətə qarşı sağlam mövqedə dayansınlar. Bu gün bəzi qurumlar "İmarət"in çıxışına baxıb,  belə  düşünürlər ki, ora yığışanlar xuliqan dəstədir. Bu, belə deyil. Hər bir üzv öz ətrafında seçilməlidir.

– Hazırda "İmarət"in nə qədər üzvü var?

– Bu, çempionat və avrokubok matçlarına görə dəyişir. Sabit üzvlər 400-500 nəfərdir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930