Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Dövlət bayrağı günü ilə əlaqədar tədbir keçirilb

Azərbaycan Respublikasının  Gənclər Fondunun maliyyə yardımı ilə Gənc Vətənpərvərlər İctimai Birliyi “ Gənclər vətənpərvərlik ruhunda” adlı layihə çərçivəsində  Bakı şəhər Səbail rayon 2 saylı texniki humanitar elmlər liseyində  Bayraq gününə həsr olunmuş “Ey yüksələn yeni nəsil, gələcək sizindir, Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz”  mövzusunda elmi-praktik konfrans keçirib.

Tədbirdə, Gənc Vətənpərvərlər İctimai Birliyinin İdarə Heyəti, Gənclər Fondun  məsləhətçisi R. Rəhimov, AMEA –n elmi işçisi P. Əzimova, ARGTMŞ-n nümayəndəsi  U. Əliyeva , Bakı şəhər  Səbail rayon  Gənclər və İdman İdarəsinin nümayəndəsi Ş. Məmmədov,  Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, valideyinlər  və digər şəxslər iştirak edirdi .

Dövlət himni səsləndikdən sonra çıxış edən liseyin direktoru Bəkir Mustafayev tədbir iştirakçılarını salamladı və bu tədbirin bu liseydə keçirilməsinə görə Birliyə və Gənclər Fonduna məktəbin kolektivi adından təşəkkürünü bildirdi və qeyd etdi ki, bu yönümlü layihələrin ümumtəhsil məktəblərində keçirilməsi gənclərdə milli atributlara olan hörməti artırır və hərbi vətənpərvərlik hislərinin daha da gücləndirir. .

Layihə üzrə  təşkilat komitəsinin üzvü  N. Quliyev  icra olunan layihənin məqsədindən və yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğində cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb .                                                                 

Tədbirdə, Layihə rəhbəri M. Əliyev mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər: deyən M. Əliyev onu da qeyd etdi ki Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki, psixoloji hazırlığına da diqqət artırılmalıdır.

 M. Əliyev onu da bildirib ki, Prezidentin sərəncamı ilə 2010-cu ildən hər il 9 noyabr Dövlət bayrağının yaranma günü qeyd olunur. Respublika prezidentinin təşəbbüsü ilə ucaldılan ən hündür bayraq Azərbaycandadır bizlər o bayrağa görə qürur hissi keçirməliyik.  Konfransda çıxış edən layihə üzrə təlimçi ,aprel döyüşünün əfsanəsi təqaütdə olan mayor Asif Rəsulov qeyd edib ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir.           

Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaqdır .                                                                                                                                                                                 .

Tədbirdə digər çıxış edənlər 247 nömrəli məktəbin direktoru N. Hacıyeva, AMEA-n Azərbaycan Milli Tarix Müzeyinin nümayəndəsi P.Əzimova, Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi Ə.Məmmədov, liseyin Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı)  K.Abbasova,Təlim-tərbiyə işləri üzrə direktor müavini N.Şıxəliyeva, dil ədəbiyyat müəlimələri, E.Həziyeva, N.Əliyeva ,şagirdlərdən A. İdirzadə, A.Azayeva, T. Həziyev, R.Fərəczadə və digərləri Dövlət bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra keçirilən vətənpərvərlik mövzusundan söhbət açıblar .   

Sonra Dövlət bayrağına həsr olunmuş şer oxudu və ədəbii-bədii kompozisiya başa çatdırıldı .                                          

Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai  Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb.                                                                             

Sonda Birliyin bir qrup fəal üzvü və Bakı şəhər tam orta məktəbin şagirdləri bayraq muzeyində olublar

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930