Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Türkiyə Naxçıvanın müdafiəsini gücləndirir – işğalçıya və havadarlarına mesaj

Qardaş ölkə erməni lobbisinin fitnəkarlığına və ABŞ-ın “soyqırım” xəyanətinə həm də Azərbaycana dəstəyi artırmaqla cavab verir; erməni lobbisinin və İrəvan rəsmilərinin sevinci uzun sürməyəcək; ABŞ geri çəkilir?..

Türkiyə mövzusu yenidən dünyanın siyasi gündəmində ön sırada qərar tutub. Bu dəfə səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının saxta “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etməsi və Türkiyənin son Suriya əməliyyatı və S-400-lər alması ilə bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsini təsdiqləməsidir. Sənədlərin qüvvəyə minməsi üçün onları Konqresin yuxarı palatası – Senat və prezident də təsdiqləməlidir.

Lakin əksər bitərəf analitiklərə görə, hər iki qərar konkret olaraq, ermənipərəst konqresmənlərin getdikcə bölgədə daha güclü söz sahibinə çevrilən Türkiyədən qisas almaq cəhdidir. Yəni soyuq məntiqin yox, emosiyanın diktəsi ilə çıxarılmış qərarlardır. Ona görə ki, qəbul edilən qərarlar ABŞ-ın yaxın və orta perspektiv maraqlarına əsla cavab vermir. Ən azından o səbəbə ki, bu minvalla Vaşinqton regionda ən mühüm müttəfiqi olan Türkiyəni, oradakı İncirlik bazasını həmişəlik itirə, paralel surətdə Ankara-Moskva “oxu”nu və ya Ankara-Moskva-Pekin “üçbucağını gücləndirə bilər. Unutmayaq ki, Türkiyənin də sərt və adekvat cavab tədbirləri olacaq.  

*****

Qısası, qərarı reallaşdırmaq onu vermək qədər heç də asan deyil. Artıq Amerikada soyuq başla düşünənlər son qərarların ABŞ üçün hansı neqativ nəticələrə gətirə biləcəyini hesablamağa başlayıblar və faktiki, sanksiya qərarının həyata keçməsinin mümkün olmayacağını bəyan edirlər. O sırada ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib: “Türkiyə üçün sanksiya siyahısı hazırdır, ancaq onun tətbiq ediləcəyini düşünmürəm”. Nazir deyib ki, Ankaraya qarşı sanksiya tətbiqi üçün hansısa səbəb mövcud deyil.

Odur ki, Türkiyə düşmənləri, öncəliklə erməni lobbisi və İrəvan rəsmiləri sevinməyə tələsməsinlər. ABŞ geri də verə bilər. Üstəlik, saxta “erməni soyqırımı” haqda qətnamə beynəlxalq sənəd deyil və heç bir hüquqi anlam daşımır. Sənədin özündə də göstərilir ki, bu, məcburedici və hüquqi sənəd deyil. Yəni qərarlar sırf siyasi motivlidir.

Bir daha vurğulamaq zərurəti var ki, tarixlə tarixçilər məşğul olmalıdır, siyasətçilər yox. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Osmanlı İmperiyasında 1915-ci ildə yaşanan faciəvi hadisələri araşdırmaq üçün tarixçilərdən və digər mütəxəssislərdən ibarət ortaq beynəlxalq komissiya yaratmağa və arxivləri açmağa hazırdır. Ermənistan və erməni lobbisi isə buna razılıq vermir, çünki gerçəyi hamıdan yaxşı bilirlər. 

*****

Ermənistandan, sanksiya və maliyyədən söz düşmüşkən, bu arada məlum olub ki, baş naziri Nikol Paşinyan özünə ABŞ-a birbaşa uçmaq üçün təyyarə almaq istəyir. Erməni KİV-ləri xəbər verir ki, hökumət aparatının rəhbəri Eduard Ağacanyan baş nazirə xidmət etmək üçün yeni təyyarə almaq planları barədə danışıb (Virtualaz.org). “Baş nazirə xidmət edən indiki təyyarə transatlantik uçuşlar həyata keçirmək imkanında deyil. Ekspertlər hesab edir ki, laynerin modernizasiyası üçün milyonlarla dollar lazımdır” – Ağacanyan büdcə müzakirələri zamanı deyib.

Məlumat üçün bildirək ki, Ermənistan rəhbərliyi hazırda xarici səfərlər üçün “Airbus 320" təyyarəsindən istifadə edir. Bu, kiçik və orta məsafələr üçün nəzərdə tutulmuş laynerdir. Bundan əvvəl xəbər verilmişdi ki, layner prezident aparatının balansından çıxarılıb. Çünki Ermənistan prezidentinə ayrılan büdcə təyyarənin saxlanılması və ona xidmət göstərilməsi üçün ayda 20 min dollar ödəməyə imkan vermir. Paşinyan isə xarici səfərlərində bir neçə dəfə kirayə götürülmüş özəl təyyarədən istifadə edib.

İndi belə bir kasıb, ölkə başçısı üçün normal və müasir təyyarə almaq, Azərbaycanla silahlanma yarışında ayaqlaşmaq gücündə olmayan, ümumi büdcəsi bizim hərbi büdcəmiz qədər olan bir ölkə müharibə variantında Azərbaycan ordusunun qarşısında duruş gətirə bilərmi?

naxçıvan hərbi ile ilgili görsel sonucu

Cavab aydındır. O da aydındır ki, işğalçı tərəf hələ ki sırf öz hərbi və siyasi himayədarlarına arxayın olaraq, işğal siyasətini davam etdirir. Söhbət Rusiya və ABŞ-dan, ən çox isə Rusiyadan gedir. O Rusiya ki, hazırda ABŞ-la sərt geosiyasi rəqabətdə, faktiki, “soyuq müharibə” vəziyyətindədir. Bu da növbəti isti fakt. Dünən ABŞ Konqresi Rusiyanın “G-7"nin (”Böyük Yeddilik") iclaslarında iştirakına qarşı qətnamə qəbul edib. Qətnaməyə görə, Rusiya “G-7" sammitlərində qonşularının ərazi bütövlüyünə hörmət etməyənədək və demokratik cəmiyyətlərin standartlarına sayğı göstərməyənədək ”Böyük Yeddilik"də iştirak etməməlidir.

naxçıvan hərbi ile ilgili görsel sonucu

Ərazisinin bir qismi qonşusu tərəfindən işğal edilən postsovet ölkələrindən biri də Azərbaycandır. Yəni Konqres Ermənistana da eyni çağırışı etsəydi, yerinə düşərdi. Doğru, ərazilərimizin işğalı erməninin əli, Rusiyanın dəstəyi ilə reallaşıb və Moskva istəsə, konfliktin qısa zamanda, ədalətli şəkildə həllini tapar. Rusiya isə buna tələsmir. Əfsus ki, elə ABŞ-ın özü də. İki gün öncə Dağlıq Qarabağdakı separatçı qurumun qondarma “xarici işlər naziri” Masis Mailyanın Konqresdə görüşlər keçirməsi buna sübutdur. “İkili standart” məsələsi yəni…    

*****

ABŞ Konqresinin son məhsuldar siyasi kargüzarlığı fonunda isə Türkiyə Azərbaycana yeni hərbi texnikalar verib. Belə ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Naxçıvandakı Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin texniki imkanları qardaş Türkiyənin milli istehsalı olan texnikalarla gücləndirilib.

şoyqu ile ilgili görsel sonucu

“Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişə əsasən hərbi əməkdaşlığı daha da möhkəmləndirmək, Azərbaycan ordusunun müasir dünya standartlarına uyğun inkişaf etməsinə töhfə vermək məqsədi ilə həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bu tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni xüsusi texnikaların ilk hissəsi silahlanmaya qəbul edilib. Bu, hərbi əməkdaşlıq istiqamətində atılan mühüm addımlardan biridir. Silahlanmaya qəbul edilən mühəndis texnikalarının yüksək texniki xüsusiyyətləri onların az vaxtda çox iş görməsinə imkan verir. Həmin texnikalar həm də texniki xidmət xərclərinə və yanacağa qənaəti ilə seçilir” – məlumatda qeyd edilir.

Sergey Şoyqunun Gümrüdə 102 saylı rus hərbi bazasının gücünün ile ilgili görsel sonucu

Türkiyənin Naxçıvanın müdafiəsini daha da gücləndirməsi iki gün öncə Rusiya müdafiə naziri Sergey Şoyqunun Gümrüdə 102 saylı rus hərbi bazasının gücünün iki dəfə artırılacağı barədə verdiyi açıqlama fonunda məxsusi diqqət çəkir. Yada salaq ki, az öncə Türkiyə hökuməti Qarsdan Naxçıvana birbaşa dəmir yolu çəkilişi və Naxçıvan və Türkiyə hava məkanlarının birləşdirilməsi (Ermənistan səmasından imtina) barədə qərar verib (Bakıdan Qarsa Tiflisdən keçməklə dəmir yolu artıq fəaliyyət göstərir – BTQ). Bu isə müharibə variantında mühüm önəm daşıyır – həm də hərbi yüklərin daşınması baxımından. 

Bir qədər öncə isə “Yeni Müsavat” xəbər vermişdi ki, Türkiyə özünün yeni güclü silahı – “Hisar -A” yaxın mənzilli havadan müdafiə sistemlərinin istehsalına hazırlaşır və həmin sistemlər Türkiyə ordusunun sərəncamına daxil olan kimi onun ixracına başlayacaq. İxrac ölkələri isə dost dövlətlər, ilk növbədə Azərbaycan olacaq.

“Hisar-A” istənilən hava hədəfini vurmağa imkan verir. Qarşısına qoyulan hədəflər baxımından Rusiyanın ZRK “Top” sistemləri S-350 kompleksləri ilə müqayisə edilə bilər. Sistem mühüm inzibati və hərbi bazalar da daxil, hərbi obyektlərin, hava və dəniz limanlarının müdafiəsini təmin edir, hərbi qruplaşmaların yerdəyişməsi zamanı onları havadan qoruyur. Həmçinin vertolyot və təyyarələr, pilotsuz uçan aparatlar, qanadlı raketlər və “hava-torpaq” sinfindən olan raketlərlə mübarizə üçün nəzərdə tutulur.

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930