Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Müdir desə ki, Köçəryana gecə keçirin – keçirəcəksinizmi?..”

“Əcəba, sovet imperiyası 28 ildir dağılıb, müstəqilik(!), bəs sözümüzü deməyə niyə qorxuruq?..”

Fikir savaşı…

Sultan Laçın
 

Mətbuatın, sosial şəbəkələrin gündəminə çevrilmiş bir olay Azərbaycan ictimai şüurundakı, düşüncə, əqidə sistemimizdəki  bir sıra əcaib və atom bombası qədər təhlükəli çatışmazlıqları üzə çıxardı. Söhbət  məşhur ali təhsil ocaqlarımızdan birinin rəhbərliyinin xeyir-duası  və kollektiv üzvlərinin  iştirakı ilə bu Azərbaycan(!) universitetində  Rusiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığıyla  20 Yanvar qətliamının siyasi-ideoloji  iştirakçısı Yevgeni Primakova həsr edilmiş esse müsabiqəsinin keçirilməsindən, eləcə də Rusiya mədəniyyət mərkəzində eyni mövzuda təşkil edilmiş  sərgidə və xatirə tədbirində müəllim, tələbə və deputatların iştirakından   gedir…

 

***

 

Bəhs edilən olay öncə onu göstərdi ki, Azərbaycan xalqının gələcəyi üçün çox strateji olan təhsil ocaqlarının başında milli təfəkkürdən uzaq, müstəqil dövlətçiliyimizə sadiq olmayan kəslər var…

 

*** 

 

Eyni zamanda bir daha məlum oldu ki, ölkəmizdəki iş kollektivlərində, xüsusən elitar sayılmalı olan təhsil ocağı kollektivlərində, o cümlədən tələbələrimiz arasında azad, müstəqil düşüncəli, yeri gələndə DÖVLƏT, VƏTƏN, XALQ, MİLLİ DƏYƏRLƏR, ÜMUMMİLLİ MƏNƏVİYYAT, ƏXLAQ naminə kimliyindən asılı olmayaraq hər kəsə SÖZÜNÜ AÇIQ DEMƏYƏ CƏSARƏTİ VƏ BACARIĞI, ELMİ, BİLİYİ ÇATAN ziyalılarımız, gənclərimiz çox azdır. Olsaydı, bu olay heç cür baş verməzdi… Ən azı, bütün kollektiv bilməsə də,  müavinlər-filanlar, fakültə dekanları, esse yazan tələbələrin müəllimləri, eləcə də qrup yoldaşları, dostları 20 Yanvar faciəsində əli olan məxluq barədə tədbir keçirilməsini eşidən kimi, əvvəla, bu haqda tapşırıq verən müəllimə, bunu təşkil edən rəhbərliyə öz qəti etirazını bildirməli, nəticə olmadığı təqdirdə müvafiq yuxarı qurumlara müraciət etməli, məsələni ictimailəşdirməli idi…

 

*** 

 

Nə yazıqlar ki, bunların heç  biri baş vermədi və  ermənilərə əsrlərlə açıq-aşkar dəstək verərək Qərbi Azərbaycanın və ən son Qarabağın işğalına şərait yaradan,  bizlərə isə yalandan “dost”, “müttəfiq”  deyən bir dövlətin səfirliyinin təşkil etdiyi, onun imperialist siyasətinin həyata keçirilməsində böyük xdimətləri olan  bir  ölü kadrına həsr edilmiş tədbir baş tutdu… 

 

****

 

Elə yüz illərlə, on illərlə belə “xırda” hesab etdiyimiz məsələlərə göz yuma-yuma, problemləri malalaya-malalaya yazıq günə qalmışıq…

 

*** 

 

Azərbaycanın ictimai şüur səviyyəsinin, düşüncə, əqidə sisteminin gerçək durumunu dərk edənlər üçün həddindən artıq acınacaqlı, deyərdik ki, faciəvi bir haldır: bu qədər kölə xislətlilik, bu  qədər laqeydlik, susqunluq…. Və təəssüf ki, bu, yeganə hal deyil. Etiraf edək ki,  hər birimiz gündəlik həyatımızda həm fərd, həm kollektivlər səviyyəsində  belə hallarla çox rastlaşırıq…

 

***  

 

Hökumət tabeçiliyində olan, eləcə də bir sıra özəl müəssisələrdə, o cümlədən xalqın beyni sayılmalı olan elm, təhsil kollektivlərində nə qədər totalitar düşüncə tərzli, rəhbərin qanun, əxlaq çərçivəsndən kənar  dediklərini də “qanun” bilib  “bir tikə çörək”, bir “donqli” vəzifə  xatirinə “baş üstə” deyən, müstəqil, azad fikri, düşüncəsi olmayan kadrlar, işçilər toplanıb… Deməli, sabah hansısa müdir rəis, rektor, direktor çaşıb, dövlətə, xalqa, xəyanət edib desə ki, Leninə, Stalinə,  Qorbaçova, nə bilim, Şaumyana, Köçəryana, Balayana həsr olunmuş tədbir, yaradıcılıq gecəsi, sərgi keçirməliyik, belələri susacaqlar?..

 

*** 

 

Bəhs edilən olaya bir çox etiraz edənlər dərhal sözügedən təhsil müəssisəsinin rektorunun azad edilməsini tələb edirlər. Amma bu, əsla çıxış yolu deyil.  Toplananların yerini dəyişəndə cəm dəyişmir… Rektoru, direktoru, nə bilim, müdiri, rəisi, başçını, naziri dəyişdirdin… Həmin kadrların çoxu da on illərdir oxşar düşüncəli kollektivlərdə yetişməyibmi? Kollektivlərin, yəni onları təşkil edən adamların əqidəsini, xarakterini ki, dərhal dəyişmək mümkün olmayacaq…

 

*** 

 

Deməli, müəssisə, bölgə rəhbərlərini dəyişməklə problemlər həll olunmayacaq. Bütövlükdə kütlələrin, kollektivlərin əqidə, təfəkkür sistemini dəyişmək, beyinlərdə, qəlblərdə, ruhlarda inqilab etmək gərəkdir. Bunun üçün öncə  yüksək vəzifəlilərin qanunlara uyğun, rüşvətdən, korrupsiyadan uzaq işləməsini təmin etməli, sonra isə xalq arasında ali səviyyədə təşkil olunmuş milli, əsl demokratik ruhlu maarifləndirmə işləri aparılmalıdır… Kütlələr, kollektivlər arasında kök salmış bu "nazir", başçı", "rəis","rektor","direktor", "müdir" xofu aradan götürülməlidir…

 

***

 

“Sistemi dəyişmək” dedim, yadıma “yenidənqurma” illərində məşhur olan bir lətifə düşdü.Bakıda  o vaxt “domsovet” deyilən hökumət evinin kanalizasiya sistemini təmir etdirən bir mühəndis rəhbərliyə məlumat verir ki, heç bir nəticə yoxdur- gərək bütövlükdə sistemi dəyişək. Yazığı dərhal tutub türməyə basırlar ki, guya o, sovet sisteminin dəyişdirilməsini nəzərdə tutub… Təəssüf ki,  bu gün  hələ də bu cür nadan, cahil, totalitar məfkurəli, “domsovet” düşüncəli rəhbərlər, müdirlər, rektorlar, başçılar xeylidir. Onların rəhbərlik etdiyi kollektivdə bir əməkdaş, bir fəhlə sözün düzünü deyib, haqqını tələb edən kimi, dərhal ona “təxribatçı”, “prezidentin kursuna, dövlətçiliyə qarşı çıxan”, “radikal müxalifətçi” damğalarını vurdururlar. Bax, insanları qorxudan, gözüqıpıq edən amillərdən  biri də budur. Və inkişaf etməmiz, gerçək islahatlar keçirməmiz üçün bunu da təcili aradan qaldırmaq gərəkdir…

 

***

 

Əcəba, axı deyəsən, totalitar dediyimiz SSRİ, sovet hökuməti, Kommunist Partiyası, “NKVD”, “KQB” çoxdan tarixin zibilliyinə gömülüb, bizə hər şeyi, hamama necə və neçə dəfə getməyi belə diqtə edən Sovet İttifaqı artıq 28 ildir ki, dağılıb. Bəs bizlər nədən fikrimizi müstəqil ifadə etməyə, sözümüzü açıq deməyə qorxuruq? Bu sual aşağıdan yuxarı hər birimizi düşündürməli, öncə özümüzdən başlayaraq ciddi tədbirlər görməyə vadar etməlidir… Əks halda biz totalitar, kölə xislətli, gözükölgəli, gözüqıpıq məxluqlarla  nə müasir ölkələr səviyyəsindəki gerçək iqtisadi-sosial rifaha çata biləcəyik, nə  dövlət başçısının dediyi kimi, “korrupsiyaya qarşı amansız mübarizə aparmağı bacaracağıq, nə də  torpaqlarımızın erməni işğalından azadlığına nail olacağıq…

 

Sultan Laçın

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930