Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ABŞ erməni “kartı”nı işə saldı – Türkiyəyə qarşı rüsvayçı qərarlar

Nümayəndələr Palatası qardaş dövlət əleyhinə ədalətsiz sənədlər qəbul etdi; Bakıdan etiraz; İrəvanda isə eyforiya yaşanır…

Oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası saxta “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Nümayəndələr Palatası Türkiyəyə qarşı “Sülh bulağı” əməliyyatı və Rusiyadan S-400-lərin alması ilə bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsini də təsdiqləyib. Layihəyə əsasən, yüksək çinli türk məmurlara, o cümlədən milli müdafiə naziri Hulusi Akar və “Xalq Bank”a qarşı sanksiya tətbiq edilməlidir. Üstəlik, layihədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinin aktivlərinin öyrənilməsi haqqında bənd də yer alıb. Sanksiya qanununun qüvvəyə minməsi üçün onu Senat və prezident təsdiqləməlidir.

Gözlənildiyi kimi, Ermənistanda tanınma qərarı məmnunluqla qarşılanıb. Türkiyə Xarici İşlər Nazirliyi isə layihəni kəskin tənqid edib və bunun NATO, eləcə də ABŞ-la Türkiyə arasındakı Suriya razılaşmasının ruhuna zidd olduğunu bəyan edib. Türkiyə xarici işlər naziri Mövlud  Çavuşoğlu öz növbəsində saxta soyqırımla bağlı qərarı haqlı olaraq rüsvayçı, iki ölkə münasibətlərinə zərbə vuracaq siyasi qərar adlandırıb.

*****

Ən absurdu odur ki, qanun layihəsində Türkiyə Suriyaya hərbi müdaxilədə qınanır. Halbuki ABŞ-ın özü Türkiyədən xeyli qabaq Suriyaya girib – rəsmi Dəməşqin razılığı olmadan. Uydurma genosidin tanınmasına gəlincə, qətnamədə qərarın hüququ anlam və məcburi xarakter daşımadığı vurğulanır. Yəni sadəcə, Türkiyədən qisas almaq, onu dünyada gözdən salmaq cəhdi.

nümayəndələr palatası ile ilgili görsel sonucu

Bir daha aydın oldu ki, hətta ABŞ timsalında NATO üzvü müttəfiq Türkiyənin regionda və dünyada güclənməsini həzm edə bilmir. Ancaq qədim Şərq məsəlində deyildiyi kimi, “İt hürər, karvan keçər”. Qardaş ölkə bu kimi cılız və haqsız “sanksiyalar” və saxta soyqırım tanınmasından sarsılacaq qədər zəif, əfəl dövlət deyil.

Ermənilərin sevinci də yersizdir. Əksinə, onlar narahat olmalıdırlar ki, böyük güclər onlardan, onların uydurma iddialarından alət kimi istifadə etməkdə davam edirlər və onları heç də erməni xalqının yox, ilk növbədə özlərinin mənafeyi düşündürür. Bu məqsədlə də “erməni kartı”ndan məharətlə istifadə edirlər – istər ABŞ olsun, istərsə də Rusiya.

türkiye ermeni soykırımı ile ilgili görsel sonucu

Ona qalsa, Rusiya çoxdan qondarma “genosidi” tanıyıb. Ancaq bu, Moskva və Ankaraya hərbi əməkdaşlıq da daxil, münasibətləri ən yüksək səviyyəyə qaldırmağa mane olmur. Böyük ehtimalla, Nümayəndələr Palatasının tanıma qərarı da kağız üzərində qalacaq. Çünki ABŞ üçün Türkiyə böyük bir strateji regionda vaxt vaz keçilməz tərəfdaş ölkədir. ABŞ və NATO üçün Türkiyəni itirmək, faktiki, zəngin neft-qaz ehtiyatları olan regionu itirmək demək olar. Həm də o səbəbə ki, bu, Ankara-Moskva (perspektivdə Ankara-Moskva-Pekin) müttəfiqliyini görünməmiş səviyyəyə qaldırar. Bu üzdən çətin ki, Senat və prezident Donald Tramp bu avantüraya dəstək versin. Verərsə belə, pislik böyük ölçüdə elə Amerikanın özünə qalacaq.

*****

nümayəndələr palatası ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, Ağ Ev administrasiyası, bütövlükdə ABŞ daim İrəvana belə siqnallar göndərir ki, – Trapmın Paşinyana baş nazirliklə bağlı təbrik məktubunda da eyni mövqe yer alıb, – Ermənistan inkişaf etmək istəyirsə, ilk növbədə öz qonşuları Türkiyə və Azərbaycanla əlaqələri tezliklə normallaşdırmalıdır. Məsələ də ondadır ki, Nümayəndələr Palatasının “soyqırım” qərarı Türkiyə-Ermənistan münasibətlərini bir az da gərginləşdirəcək, nəinki yumşaldacaq. Çünki “dütdülü”dən sevincək olan ermənilər türklərə qarşı bundan sonra daha aqressiv və qərəzli mövqe tutacaqlar.

Bir daha vurğulayaq ki, bu qərarlar qətiyyən erməni və ya kürd sevgisinə görə verilməyib. Buradaca onu da qeyd edək ki, “demokratik Ermənistan”ın yeni rəhbəri Nikol Paşinyanın israrlı cəhdlərinə rəğmən, ABŞ “məxməri inqilab”dan keçən ilyarımda nə ona diqqət göstərib və Ağ Evə dəvət edib, nə də Ermənistana ciddi maliyyə ayırıb. Əksinə, ötən müddətdə Konqres Ermənistana illik maliyyə dəstəyi azaldıb, Azərbaycana isə qat-qat artırıb (100 milyon dollar). Amerikadakı erməni lobbisi belə güclü idisə, bu məsələlərdə uğur əldə edərdi. Bundan əlavə, cari ilin əvvəllərində ABŞ Dövlət Departamenti Paşinyan hökumətini Rusiya hərbi kontingenti tərkibində Suriyaya humanitar missiya göndərdiyi üçün sərt şəkildə tənqid edən bəyanat yaymış, rəsmi İrəvanı “qaniçən Bəşər Əsəd rejiminə və Rusiyaya dəstək”də suçlamışdı.

nümayəndələr palatası ile ilgili görsel sonucu

Bu faktlar bir daha onu təsdiqləyir ki, Nümayəndələr Palatasının üzdəniraq “soyqırım” və sanksiyalar haqda qəbul elədiyi sənədlər əsla erməniləri və ya kürdləri qorumaq məramı ilə yox, məhz Türkiyəyə təzyiq göstərib onu sözəbaxan eləmək istəyi ilə, birdə Suriyada ABŞ-ın uğursuzluğunu kompensasiya eləmək cəhdi ilə birbaşa bağlıdır.                            

*****

Nümayəndələr  Palatasının Türkiyə əleyhinə haqsız və ədalətsiz qərarları Bakıda da etiraz doğurub.

“Nümayəndələr Palatasının Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamə açıq siyasi xarakter daşıyır və tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək”.

Fərid Şəfiyev ile ilgili görsel sonucu

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib (Axar.az).

Onun sözlərinə görə, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur: “Ümumilikdə, bu, bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyyətçi lobbidən asılı vəziyyət düşür, digər tərəfdən, dayanıqsız və müvəqqəti olur. Bu, qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular, müvafiq olaraq, Respublikaçılar Partiyası dini, Demokratlar Partiyası isə etnomilliyyətçi faktorların təsiri altına düşüb və fikrimcə, bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir. Qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiq münasibətlərinə xələl gətirəcək və ən əsası ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq. Tarixi kontekstə gəldikdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur”.

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031