Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı”

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov sosial şəbəkədə yeni məqalə ilə çıxış edib.

 

*****

Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı Ermənistandakı daxili siyasi situasiyanı dəyişib, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmanı daha da gücləndirib.
Xatırladım ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu əsaslandıraraq cavab verdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Prezident İlham Əliyevin çıxışının əsas leytmotivi Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı mövcud vəziyyətlə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi, atəşkəs rejiminə rəğmən Ermənistanın təxribatları səbəbindən davam edən hərbi əməliyyatlardan danışdı.

Paşinyanın son aylarda qapıldığı aqressiv ritorika, xüsusilə də Dağlıq Qarabağda, Xankəndidəki terrorçu hərbi xuntanın və dünyanın müxtəlif ölkələrindəki erməni diasporunu təmsil edən şəxslərin, habelə erməni lobbisinin nümayəndələrinin önündə çıxış edərkən verdiyi absurd bəyanatlar, əslində, Ermənistanın işğalçılıq siyasətinin etirafının məntiqi davamı, rəsmi İrəvanın qapıldığı əsassız eyforiya idi. Şovinizm, aqressiya və işğalçılığın terror üzərində köklənmiş üzvi sintezinə çevrilən siyasət yürüdən Ermənistan rəhbərliyi ölkə iqtisadiyyatının uçurumda olmasının, işsizlik və mühacirətin milli fəlakət səviyyəsinə çatmasının fərqində olduğundan məhz belə ritorika vasitəsilə erməniləri sakitləşdirməyə çalışırdı.

Təsadüfi deyildi ki, Paşinyan, əslində, Dağlıq Qarabağda terrorçu-separatçı dəstələrdən birinin banilərindən və komandirlərindən olan, 1992-ci ildə döyüşdə öldürülmüş Leonid Azqaldyanın dediyi kəlmələri təkrarlamışdı. Paşinyan terrorçunun kəlməsini şüara çevirməklə rəsmi İrəvanın işğalçılıq, terror və aqressiv millətçilik siyasəti yürütdüyünü təsdiqləmiş oldu. Terrorçudan iqtibasa Ermənistanın əvvəlki prezidentləri ilə yanaşı, ən qatı və radikal siyasətçiləri belə, cürət etmirdilər: onlar anlayırdılar ki, belə düşünülməmiş, absurd və isterik bəyanat faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan daqnışıqlardan imtina etmək, işğalçılığın etirafıdır.

Ona görə də "Valday" Klubu təki mötəbər təşkilatın beynəlxalq tribunasında, 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndənin, dövlət və hökumət başçılarının, məşhur düşüncə və təhlil mərkəzlərinin rəhbərlərinin də qatıldığı tədbirdə söylənən "Qarabağ Azərbaycandır və nida işarəsi!" yerində və məqamında edilmiş çıxış idi.

Paşinyan Dağlıq Qarabağda hərbi xunta rejimi təmsilçiləri önündə ya erməni lobbisi təmsiçiləri çıxışında sərt ritorika seçmiş və bununla da Ermənistanın işğalçılıq siyasətini, əslində, ifşa etmişdisə, İlham Əliyevin çıxışı nüfuzlu beynəlxalq tribunada edilmişdi. Yanaşma, zehniyyət, diplomatik məharət fərqi, konstruktivlik və destruktivlik arasında fərq bundadır.

Erməni analitiklər və ekspertlər məcburiyyət qarşısında qalaraq etiraf edirlər ki, Azərbaycan Prezidentinin sanballı, məntiqli bəyanatı Paşinyana siyasət, geosiyasət, tarix və diplomatiya dərsi oldu.

Cənab İlham Əliyevin çıxışından sonra Ermənistan mediasının "selfi adam" adlandırdığı, baş nazir kimi zəif, siyasətçi kimi həddən ziyadə primitiv saydığı Paşinyanın kəskin tənqid olunduğu yazıların, şərhlərin və açıqlamaların sayı sürətlə artır.

İrəvanın diplomatik savaşın yeni mərhələsində Bakıya tamamən məğlub olması ilə bağlı ittihamların hədsiz çoxalması N.Paşinyan administrasiyasında ciddi təlaş yaradıb. Situasiya o qədər gərginləşib ki, belə yazılardan birinin dərc olunduğu qəzetin İrəvandakı ofisinə basqın edilib, redaksiya heyəti təhdid olunub. Hücum edənlərin Paşinyanın tərəfdarları olduqları, onların baş nazirin rəhbərlik etdiyi "Mənim addımım" hərəkatının funksionerləri tərəfindən idarə olunduqları ilə bağlı faktların Ermənistan mediasında yer alması Paşinyanın saxta “xalqdan gəlmə başa nazir” imicini, ilk zamanlar ona bəslənən etimad limitini alt-üst edib.

Ermənistandakı son hadisələr, eyni zamanda, Paşinyanın yalançı demokrat imicini də darmadağın edərək onun, əslində, söz və ifadə azadlığına, istənilən formada tənqidə dözümsüz, siyasi opponentlərə düşmən kimi yanaşan nasist təfəkkürlü insan olduğunu aydın şəkildə nümayiş etdirdi.

Paşinyanın baş nazir postundakı səriştəsizliyi, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlardakı komik davranışları, beynəlxalq tədbirlərdəki sürəkli "selfi" çəkilişləri, ölkə iqtisadiyyatının və maliyyə sektorunun dərin böhranda olması, işsizlik və yoxsulluq səviyyəsinin artımı kimi problemlər Ermənistanda yeni sosial partlayışa səbəb ola bilər.

Erməni mediasının yazdıqlarına görə, Nikol Paşinyan üzləşdiyi uğursuzluqlardan və düçar olduğu məğlubiyyətlər seriyasından qurtulmağa can atır, bu məqsədlə də qapalı toplantılar keçirir. Bəzi məlumatlara görə, o, rəhbərlik etdiyi "Mənim addımım" siyasi hərəkatından olan deputatları toplayaraq ölkədəki ictimai-siyasi vəziyyəti, daha doğrusu, üzləşdiyi problemləri müzakirə edərək çıxış yollarını arayıb, "Valday" Klubunda Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində bundan sonra tutacağı mövqe ilə bağlı məsləhətləşmələr aparıb.

İndi bir şey aydın olub: ictimai-siyasi və iqtisadi institutları ağır böhrana düçar olan, yürütdüyü işğalçılıq siyasəti və aqressiv ritorika səbəbindən transmilli, regional layihələrdən tamamilə kənar qalan, maliyyə, hərbi, humanitar, sosial və texniki resursları tükənməkdə olan Ermənistanın problemlərini bir zamanlar demokratik xilaskar kimi təqdim edilən Paşinyan həll edə bilməyəcək. Çünki onun özü hal-hazırda Ermənistanın ən böyük problemlərindən biridir.(musavat.com)

 

Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031