Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Məxfi Qarabağ danışıqları, Moskvanın gizli planı, İrəvan çıxılmazda…

Rusiya prezidentinin işğalçı ölkəyə, Azərbaycan prezidentinin isə Soçiyə səfərindən gözləntilər; politoloq: “Moskva Qarabağ məsələsində mövqeyini açıq şəkildə ortaya qoymalıdır…”

Bu gün – oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putin “məxməri inqilab”dan sonra ilk dəfə Ermənistana səfər edəcək. Burada o, Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Toplantıya İranın prezidenti Həsən Ruhaninin də qatılacağı gözlənilir. Ermənistan bu tədbiri özünün regiondakı “rolu”na verilən mühüm qiymət kimi qələmə verməyə çalışsa da, reallıqlar başqa şey deyir.

Məsələ ondadır ki, Avrasiya İqtisadi Birliyi faktiki surətdə “ölü doğulmuş” qurumdur və onun əhəmiyyətli şəkildə genişlənməsi gözlənilmir. Elə işğalçı Ermənistanın özünün digər üzv dövlətlərlə, xüsusən də Rusiya ilə heç bir sərhədinin olmaması özlüyündə çox şey deyir. Konkret halda yalnız Azərbaycanın bu təşkilata üzvlüyü ona nəfəs verə, o cümlədən Ermənistana ciddi faydası olardı ki (o halda Ermənistan Azərbaycan vasitəsilə Rusiyaya quru yolla çıxış əldə etmiş olacaq), bu da Qarabağ ixtilafı səbəbindən istisnadır. Bakının bu xüsusda şərti qüvvədə qalır: biz işğalçı ölkə ilə vahid iqtisadi birlikdə təmsil oluna bilmərik.

İrəvan isə çox səy edir ki, heç olmasa, İran bu quruma qoşulsun və Xəzər dənizi hesabına Rusiya ilə əlverişli şərtlər altında əlaqə yarada bilsin. Malların daşınmasında hansısa güzəştlər, üstünlüklər əldə eləsin, böhran vəziyyətində olan iqtisadiyyatını dirçəltsin. Ancaq bu, Azərbaycanla müqayisədə bahalı yoldur. Üstəgəl, Rusiyanın hərbi qalası olan Ermənistan İran üçün iqtisadi-ticari baxımdan ciddi önəm kəsb eləmir. Ermənistan, sadəcə, müstəqil dövlət deyil və onunla hansısa ortaq iqtisadi zonalar yaratmağın da perspektivi ola bilməz.

*****

Kreml ile ilgili görsel sonucu

Başqa yandan, İrəvan tədbirin önəmini artırmaq üçün Putinin İrəvanda gecələməsinə çalışır. Moskva isə artıq bəyan edib ki, Rusiya lideri İrəvanda cəmi bir neçə saat olacaq və gecəni qalmadan geri qayıdacaq. Bundan əlavə, Kreml başçısı İrəvanın tədbir çərçivəsində baş nazir Nikol Paşinyanla ikitərəfli görüş təklifini rədd edib.

Sadalananların kökündə Kremlin hələ də “məxməri” baş nazirə etibar etməməsi dayanır – baxmayaraq ki, Nikol Paşinyan ona sədaqət andı içməkdə davam edir. Elə ötən həftəsonu o, BMT-dəki çıxışında bir daha Rusiyanın Ermənistanın əsas strateji müttəfiqi olduğunu bəyan etdi.

Bununla belə, Putin çətin ki, öz dostu, eks-prezident Robert Köçəryanın az öncə təzədən həbsdə saxlanmasını Nikol Paşinyana bağışlasın. Yeri gəlmişkən, Putinin İrəvanda Pasinyanın acığına Köçəryanla təcridxanaya baş çəkəcəyi ilə bağlı iddialar da var.

*****

Nəhayət, İrəvan səfərindən cəmi 2 gün sonra – oktyabrın 3-də Putin Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək – həm də ikitərəfli formatda. Xəbər verildiyi kimi, görüş Valday Beynəlxalq Müzakirə Klubunun toplantısı çərçivəsində reallaşacaq. Paşinyanla İrəvanda ayrıca görüşün iqnor edilməsi fonunda Əliyev-Putin ikitərəfli görüşünü sonuncuya tərs şillə də saymaq olar.

Siyasi təhlilçilərə görə, Soçidə Qarabağ məsələsi də iki dövlət başçısının diqqət mərkəzində ola bilər. Ən azı, o ona görə ki, son aylar İrəvan rəsmilərinin destruktiv mövqeyi səbəbindən sülh prosesi heç vaxt olmadığı qədər mənasız duruma gəlib və bölgədə müharibə ehtimalı artıb. Bu isə əsas vasitəçi dövlət kimi Rusiyanı da narahat etməlidir.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

“Düşünürəm ki, Soçi görüşü ərəfəsində yaranan müsbət atmosfer Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından qismən də olsa istifadə etməsinə zəmin yaradacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a politoloq Elçin Mirzəbəyli İlham Əliyev və Vladimir Putinin Soçi şəhərində bir araya gəlməsi haqqında danışarkən deyib.

Politoloq qarşıdakı görüş haqqında Ermənistan və Rusiya mətbuatında fərqli fikirlərin səsləndirildiyini deyir: “Azərbaycan-Rusiya münasibətlərində son dövrlər nəzərə çarpacaq dərəcədə inkişaf gedir. Həmçinin, iqtisadi və siyasi əlaqələrin inkişafına da şahid oluruq. Düşünürəm ki, bütün bunlar münasibətlərin dinamikasından xəbər verən amillərdir. Bu amillər təbii ki, Soçi görüşü öncəsi müsbət atmosfer yaradır. Hesab edirəm ki, bu müsbət atmosfer də Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından, qismən də olsa, istifadə etməsinə zəmin yaradacaq”.

Ekspertə görə, bütün hallarda baş verən prosesləri yaxından izləmək lazımdır: “Yəni məsələnin mahiyyəti ondan ibarətdir ki, istər cəmiyyətdə, istərsə də bütövlükdə siyasi ekspertlər arasında belə fikir var ki, Rusiya Qarabağ müstəvisində Ermənistanın indiki hakimiyyətinin öz postundan getməsi üçün İrəvana hansısa təzyiqlər göstərə bilər. Təbii ki, bu da münaqişənin tam həllinə xidmət etməyən faktdır. Münaqişənin tam həllinə nail olmadan da birdəfəlik tənzimlənmə mümkün deyil. Yəni Qarabağ münaqişəsi yarımçıq öz həllini tapa bilməz. Bu baxımdan problemin tam həlli üçün Rusiyanın mövqeyini açıq şəkildə ortaya qoyması vacibdir. Düşünürəm ki, Soçi görüşündən sonra rəsmi Moskva bu istiqamətdə lazımi addımlar ata bilər”.

*****

Putinin İrəvan səfəri ile ilgili görsel sonucu

Bu arada erməni qaynaqları yazıb ki, Putinin İrəvan səfəri zamanı Rusiyadan alınan təbii qazın qiyməti ilə bağlı da müzakirələr aparılacaq. Ancaq çətin ki, bu müzakirələrin yekunu İrəvanın ürəyincə olsun. Çünki qaz Rusiyanın əlində xüsusilə də Paşinyan rejiminə qarşı həm də siyasi təzyiq vasitəsidir və heç şübhəsiz, Moskva ondan axıradək istifadə edəcək. Erməni nəşrlərindən biri isə yazıb ki, Rusiya satdığı qazı 30% bahalaşdırmağa hazırlaşır.

Bir sözlə, Ermənistan üçün, Paşinyan komandası üçün kritik bir həftə gözlənilir. Rusiya liderinin İrəvandan Soçiyə hansı əhvalda gedəcəyini müşahidə eləmək maraqlı olacaq. Elə Soçidə səslənəcək bəyanatları da…

“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031