Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Münaqişənin həllində alternativ vasitələr tapılmalıdır

Əkrəm  Bəydəmirli

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən ən son görüşün nəticəsiz bitməsi əslində gözlənilən idi. Belə deklorativ xarakterli görüşlər mütəmadi olaraq keçirilsə də heç bir irəliləyişin şahidi olmuruq. Dişsiz  qurum olan  ATƏT-in Dağlıq Qarabağ  münaqişənin həllinə töhfə verəcəyi inandırıcı olmasa da, bu, görüş ərəfəsində cəmiyyətdə  zəif  ümid yaranmışdı. Lakin  ümid doğrulmadı.

 

Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti  və  Ermənistanın işğalçılıq siyasətinin  davam etməsi  ilə bağlı BMT-nin son toplantısı zamanı  məsələ dəfələrlə qaldırıldı. Sanki bu qurum problemlərin həllindən daha çox onun səslənməsi üçün bir tribuna funksiyasnı  yerinə yetirir.

 

ATƏT-dən o qədərdə fərqlənməyən  BMT  vaxtı ilə Təhlükəsizlik Şurasının  Ermənistandan işğalçılıq siyasətinə son qoyulmasını tələb edən 4  məlum qətnamənin icrasına belə cəhd göstərmədi. Bu qurumun öz qətnamələrinə etinasız yanaşması münaqişənin ömrünü uzatmaqla bərabər  həm də özünü nüfuzsuz, bəzi dövlətlərdən asılı bir struktura çevirimiş olduğunu bir daha sübut edir. 

 

 Bu onu göstərir ki, BMT-nin tərkibində ciddi islahatlara ehtiyac var. Gerçəkdən belə fikir formalaşır ki, BMT-nin üzvü olan 193 dövlət deyil, Təhlükəsizlik Şurasının 5 daimi üzvü bu qurumu  ədalətsizcəsinə idarə edir. Həmin 5 üzv əgər istəsə çox qısa zaman kəsiyində Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq  məlum qətnamələri yerinə yetirər. Məsələ bundan ibarətdir ki, BMT-nin  TŞ  5 üzvününün  hər biri öz maraqları çərçivəsində bu hadisələrə yanaşır.  Bir məqamı da qeyd etmək yerinə düşər.  Dünya siyasətində maraqları uzlaşmayan ABŞ və Rusyanın  nədənsə Dağlıq Qarabağ məsələsində istəkləri çox rahat şəkildə üst-üstə düşür.

 

Bu  gün Ermənistanda Paşınyan rejimini  güzəştə vadar etmək və yaxud onu yola salmaq, bu, dövlətlər üçün çətin deyil. Lakin strateji maraqlar, dini faktorlar naminə həm  ABŞ-a, həm də Rusiyaya Ermənistan adlı yarım müstəqil, iqtisadi cəhətdən asılı dövlət lazımdır. Məqamı gələndə Ermənistandan bütün förmalarda bir təzyiq vasitəsi kimi  qonşu ölkələrə qarşı istifadə olunur. Məhz buna görə də münaqişənin acı bağırsaq kimi uzanması  bu dövlətlərə, müxtəlif  təşkilatlara gərəkdir. 

 

 

Bəs nə etməli?

 

Mən dediklərim fikirlər  şablon çıxmasın. Hər-halda  bu tezislərin üzərində düşünmək olar. Bu gün bəzi yazarlar, siyasətçilər yarıtmaz fəaliyyətinə görə,  ATƏT-in  Minsk qrupundan  imtina etməklə bağlı fikirlər səsləndirirlər. Xeyr, heç bir beynəlxalq təşkilatdan imtina etmək lazım deyil. Hər bir qurum çərçivəsində Azərbaycanın diplomatik mübarizəıni davam etdirməsi zəruridir. Çox müsbət haldır ki, Azərbaycan tərəfi  bu prosesi, yəni diplomatik müharibəni davam edir. Artıq bu müharibəni cəbhədə davam etdirmək  zərurəti artır.

 

 Digər bir vacib məqam var ki,  biz itirilmiş bütün torpaqlarımızı qaytarmaq,  münaqişəyə son qoymaq üçün vətəndaş olaraq, millət olaraq  bütün fəaliyyətimiz qələbəyə köklənməlidir. Qələbə dedikdə  növbətçi vətənpərvərlikdən,  şablon şüarçılıqdan, qeyri səmimi münasibətdən söhbət getmir.  

 

Ədalət naminə deməliyik ki, Müdafiə Nazirliyində müsbət tendensiya davam edir. Digər qurumların da  həmin tendensuyanı davam etdirməsi və vətəndaş məmnunluğunun təmin edilməsi  mühüm qələbənin tərkib hissəsindən biridir.

 

Bir sözlə  müharibə şəraitində yaşayan ölkənin vətəndaşları yalnız qələbəyə köklənməlidir. Qələbə, vətənpərvərlik dedikdə yalnız gedib səngərdə xidmət etmək nəzərdə tutulmamalıdır. Hər kəs ləyaqətlə öz üzərinə düşən işi yerinə yetirməli, millətə, dövlətə  vicdanla xidmət etməlidir. Dağlıq Qarabağın  azərbaycanlı icması isə hər zaman hücumda və orada yaşyan erməni icmasnı informasiya hədəfində saxlamalıdır.

 

Nəhayət, 2016-cı ilin aprel döyüşlərinin daha  yeni metodlarla və nisbətən uzunmüddətli baş verməsi  zəruridir. Bunun üçün ciddi hazırlıq  işlərinə ehtiyac var. XİN və digər qurumlar çox əhatəli fəaliyyətə keçməlidir. Müxtəlif dövlətlərin başçıları ilə, dünyada tanınmış media quruluşları ilə, beynəlxalq təşkilatlarla və digər səlahiyyətli şəıxslərlə ciddi danışıqların aparılması  və  müxtəlif formalı dəstək razılığının əldə olunması gərəkdir.  

 

Bundan əlavə  internet üzərindən, sosial şəbəkələr vasitəsilə  həlledici informasiya müharibəsinin davamlı, dünyada qəbul olunmuş metodologiyalarla aparılması üzərində düşünməyə  dəyər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30