Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Amerika ordusu şəhərə hücuma keçdi, Azərbaycan ordusunun bölüyü müdafiə mövqeləri tutdu

ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction – 19” çoxmillətli briqada taktiki təlimi başa çatıb. Virtualaz.org xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi hərbçilərimizin bu təlimlərdə uğurlu iştirakı haqda məlumat yayıb. Məlumata görə təlimdə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər və onların peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

“Bu cür təlimlərin iştirakçı ölkələrin orduları arasında təcrübə mübadiləsi, əməliyyat uyarlılığının əldə olunması, bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi baxımından çox mühüm olduğu bildirilib”,-Müdafiə Nazirliyi bildirir.

Hərbi sahə üzrə ixtisaslaşmış “Defence Visual İnformation Distribution Servise” (dvidshub.net) portalı da bu təlimlər barədə reportaj verib və orada Azərbaycan hərbçilərinin uğurlu iştirakı barədə danışılır.

“Tankların və hərbi nəqliyyat vasitələrinin sakit Kittenze şəhərinə daxil olması ilə bərabər ağır silahlarla silahlanmış əsgərlər sərhal evlərin damında, içərisində və yollarda müdafiə mövqeyi tutur, bu da zorakı işğalın başladığını göstərir. Bu, “Hohenfels” təlim mərkəzində keçirilən çoxmillətli təlimlərin modelləşdirilmiş ssenarisidir”,-reportajda deyilir.

Azərbayanın sülhməramlı bölüyü, NATO tərəfdaşları və ABŞ ordusunun 4-cü piyada polkunun 1-ci batalyonu bu təlimlərdə mifik “Kittenze” şəhərinin işğalı üçün qarşıduran tərəflər rolunda çıxış edirdi. Təlimlər sentyabrın 3-dən 30-na qədər davam edib. İlk dəfə bu təlimlərdə Azərbaycan hərbçiləri qarşıduran qüvvələrdən biri qismində iştirak edirdi.

Onların qarşıduran tərəflərdən biri kimi vəzifələri bundan ibarət idi ki, ABŞ ordusunun 173-cü hava desant briqadasının əsgərlərindən və çoxmillətli tərəfdaşların qüvvələrindən ibarət birləşmə tərəfindən mifik şəhərin işğal edilməsinin qarşısını alsın. Məqsəd bölmələrin birgə yerüstü əməliyyatlar zamanı hazırlığını və qarşılıqlı əlaqə şəraitində fəaliyyətini yoxlamaq idi.

“Biz bu təlimlərdə bir-birimizdən öyrənirik və rabitə əlaqələrini yaxşılaşdırıq, xüsusən də söhbət şəhər şəraitində müdafiə əməliyyatlarının keçirilməsindən söhbət gedirsə”,-Azərbaycan ordusunun baş leytenantı, bölük komandiri Samir Yusubov bildirib. “Mən əsgərlərimin peşəkarlığının xeyli yüksəldiyini görürəm”,-o əlavə edib.

 

Leytenant Samir Yusubov

Reportajda qeyd olunur ki, bu sür ssenarinin simulyasiyası çoxmillətli müttəfiqlərin və Azərbaycan kimi tərəfdaş ölkələrin, o cümlədən ABŞ əsgərlərinin hazırlığını yüksəltmək üçün ideal imkan yaradır. Birgə məşqlər bütün iştrakçılara öz döyüş qabliyyətlərini artırmağa və kommunikasiyalara kömək edir.

 

“Biz əllə çoxsaylı siqnallar verməklə dil baryerini aşmalıydıq ki, bu da missiyanın ümumi uğuruna kömək etdi. Biz bir-birimizdən çox şey öyrəndik”,-bunları isə ABŞ ordusunun kapitanı, bölük komandiri Kayl Çeyz deyib.

F.Məmmədov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30