Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

Ermənilərin qara bəlası – şəhid “Qarabala”

Rəfiqə xala nə üçün gəldiyimi biləndə gözlərindən sanki iki çeşmə qaynadı… susdu amma yanağı aşağı axan “acı çeşmə”nin qarşısını almağa bir müddət gücü yetmədi. Böyütdüyü altı övladından biri olan şəhid oğlunun itkisini 26 il  keçməsinə baxmayaraq hələ də, azacıq da olsa unutmadı, heç vaxt… elə indi də “balam” kəlməsini dilindən düşürmədi. Sızıltıyla dediyi bayatı onun başına yığılanları, yaxınlarını da kövrəltdi:


Ağlayan başdan ağlar,

Kirpikdən, qaşdan ağlar.

Belə oğul itirən

Durar obaşdan ağlar!


Əvvəlcə qeyd edim ki, haqqında danışacağım şəhidi nəinki Qarabağda, vaxtilə elə bütün ölkədə tanımayan yox idi.  Ermənilərin onun başına qoyduğu külli miqdarda pul  şəhidimizin sadə döyüş yolu keçmədiyindən xəbər verir.  Bilənlər bildi, söhbət kiçik leytenant, kəşfiyyat rotasının komandiri, şəhid  Nazim Abış oğlu Qənbərovdan gedir.

O, 1968 ci il yanvarın 1-də  Ağdam rayonunun  Ətyeməzli kəndində anadan olub. Sovet dönəmində hərbi xidmətini Almaniyada keçib. Vətənə dönəndə isə  artıq Qarabağda müharibə başlamışdı. Təbii ki, bütün qeyrətli oğullar kimi, o da kənardan seyrçi qalmadı, silaha sarıldı. 4 iyun 1992-ci ildə könüllü olaraq Ermənistan Silahlı Qüvvələrinin işğalına qarşı çıxdı, döyüşə atıldı.
Nazim Milli Qəhrəman Şirin Mirzəyevin batalyonunda, 836 saylı hərbi hissədə döyüşlərə atıldı. Torpaq üçün ilk savaşı isə Ağdərədə oldu. O Canyataq, Gülyataq, Başgüneypəyə, Ortagüneypəyə, Sirxavənd, Mehmanə və digər kəndlər uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıqlar gostərib. Bu döyüşlərin birində Nazim 20 nəfər əsgərlə mühasirəyə düşür. Onun başçılığı və fədakarlığı sayəsində silahdaşları ilə bərabər itki vermədən mühasirəni  yarıb cıxırlar.


Qardaşı Şahin Qənbərov söhbət əsnasında bildirdi ki, Nazim Mehmanə kəndi uğrunda döyüşlərdə ayağından yaralanıb: “Həmin vaxt komandanlıqdan öyrəndik ki, qardaşım 10 erməni əsgərini öldürən zaman yaralanıb. Onu təcili hospitala gətirdülər. Müalicə olunduqdan sona yenidən döyüşə atıldı. Bu dəfə Ağdam cəbhəsinə yollandı.


708 saylı briqada, 5-ci batalyon. Burda da cəsarətinə, şücayətinə görə həm əsgər yoldaşlarının, həm komandanlığın rəğbətini qazandı. 
Rota komandiri seçiləndən sonra isə fəaliyyəti daha geniş müstəviyə keçdi. Bu səbəbdən ermənilər arasında “qara bəla” kimi tanınıb. Dostları isə onu “Qarabala” deyə çağırırdılar.

Kiçik leytenant az bir zaman içərisində ermənilərdən  döyüş məlumatlı zabit,  qənimət  kimi  müxtəlif çaplı silahlar gətirməyə başladı. Gətirə bilməyəndə isə onları  sıradan çıxarırdı, partladırdı. Silahdaşları söyləyir ki, “Qarabala”da incə bir yumor hissi də vardı. Hər belə “ov”dan sonra ratsiya vasitəsilə çaş-baş qalmış ermənilərə  “Mənəm, Qarabalayam” deyir, həm özü gülürdü, həm də ətrafındakıları güldürürdü.  Buna görə də ermənilər “Qarabala”nın öldürülməsi üçün başına  külli miqdarda pul qoymuşdular.


1993-cü ilin 4 iyununda Ermənistan Silahlı Qüvvələri geniş tərkibdə  Ağdamın kəndlərinə güclü hücuma keçirlər. Qeyri-bərabər döyüşdə Muğanlıda yerləşən batalyon geri çəkilmək əmri alır. Amma Nazimin rotası döyüş mövqeyini tərk etmir. Güclü döyüş başlayır və düşmən geri oturdulur. Məğlubiyyətindən qudurmuş düşmən üç gün sonra yenidən hücuma keçir.


Qarabağ qazisi Rizvan Əliyevin həmin döyüş haqqında söylədikləri:

“Biz o vaxt Muğanlı kəndində postda dayanmışdıq. Həmin vaxt düşmən bizim qarşımızda və sağ cinahımızda qərarlaşmışdı. Biz onların Muğanlı kəndinə hücum edəcəklərini gözləyirdik. Lakin onlar bizim solumuzdan hücum edərək, Bağbanlar, Novruzlu və Saybalı kəndini işğal etdilər. Bundan sonra bəzi qüvvələrimiz geri çəkilməyə məcbur oldu. Amma biz cəmi 8 nəfərlə yarımmühasirə şəraitində Muğanlı kəndinin müdafiəsində dayandıq. “Qarabala” – Nazim,  Sulduz, Gəray, Telman Cəfərov, Akif, Mobil, Əsgər və bir necə nəfər qalmışdıq kənddə.
Gecədən ermənilərin hərəkətliyini müşahidə edib müəyyənləşdirdik ki, onlar Muğanlıya hücuma hazırlaşırlar. Onları hücum edəcəyi əraziləri minaladıq və öz döyüş mövqelərimizi möhkəmləndirdik. Səhərə yaxın onlar təxmin etdiyimiz ərazidən tanklar və digər hərbi texnikaların dəstəyi ilə hücuma keçdilər.Atışma başlayandan bir neçə dəqiqə sonra onların tankı bizim basdırdığımız minaya düşüb partladı. Bundan sonra  Nazim onların ən axırıncı tankını qumbaraatanla vurdu. Qızğın döyüşdə xeyli sayda canlı qüvvəsini, həm də hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur oldu. Bundan sonra Muğanlı kəndi xeyli müddət bizim əlimizdə qaldı. Orada minaya düşən erməni tankını qənimət kimi ələ keçirdik. Sonra həmin tank təmir edilərək ordumuzda istifadə olundu”.

Bəli, məhz  Nazim 1 tankın, 1 PDM-in qarşısında qaçmağa başladı,  onları bu fəndlə gətirib basdırdığı minaya saldı.  Qumbaraatanla vurduğu 1 tankı isə qənimət kimi ələ keçirdi, təmir etdirdi, sonra isə onu  batalyona təhvil verdi.

Həmin hadisə ilə bağlı telejurnalist Allahverdi Əsədov Ağdamda çəkiliş aparır, “Qarabala”nın silahdaşları hadisəni olduğu kimi, bütün xırda detallarına qədər  qeyd edirlər və sonda jurnalist “Qarabala”dan da müsahibə götürür. 2 gün sona “Qarabala”nın göstərdiyi bu qəhrəmanlıq televiziyada nümayiş edilir. Onun çıxışını dinləyən Ali Sovetin bir qrup nümayəndəsi onunla görüşmək üçün Ağdama gəlir. Amma nümayəndə heyəti burda onun yas mərasimi ilə üzləşir.



Qarabağ müharibəsi veteranı İsmixan ismayılov Nazim Qənbərovu belə xatırlayır:

“Onunla bir batalyonda, bir rotada, bir bölükdə olmuşam. Mənim bölük komandrim olub. Olduqca ürəkli mehriban, döyüşkən oğlan idi. Nazim gözə görünməyəndə hamı bilirdi ki, yenə “ov”a gedib və əliboş geri dönməyəcək. Ağdamda hamı onun  cəsarətindən, vətənpərvərliyindən danışırdı, onu  örnək göstərirdilər. Şəhid olmamışdan bir neçə gün əvvəl AzTV-nin Ağdamdakı  bölgə müxbiri Allahverdi Əsədova sevinə-sevinə son müsahibəsini verirdi.

“Qarabala” müəmmalı şəkildə şəhid oldu. Onun silahını (mən batalyonun silah- sursatlarına baxırdım) təhvil üçün gətirmişdilər. AKM-74 7/62 kalibrli silahın lülə hissəsi əyilmişdi. Mən o silahı “yararsız” kimi təhvil aldım. Heyf, elə oğlanlarımızdan… O, oğulu böyüdüb, boya- başa çatdıran ananın əllərindən öpürəm”.

Bəli, təəssüf ki, “Qarabala” – Nazim iyulun 10-da şəhid olur. Sabahı gün – iyulun 11-də isə öz doğma kəndində torpağa tapşırılır. Kəşfiyyat rotasının komandiri N. Qənbərovun göstərdiyi  şücayətlərə görə,  onun hələ sağ  ikən Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülməsi qərara alınır.

Şəhidin bacısı Rəsmiyyə Qənbərovanın sözlərinə görə, bu qərarın həmin dönəmdə prezident olmuş Heydər Əliyev cənablarının da təsdiqlədiyini əlaqədar rəsmi orqanlar bilir: “Lakin yenə də təəssüflər olsun ki, ölümündən sonra ona yalnız  “Azərbaycan bayrağı” ordeni verməklə kifayətləndilər”.



Müharibə hələ bitməyib, sular hələ durulmayıb. Hələ bir çox müəmmalar var ki, açılma, ortaya tökülmə vaxtı deyil! Bunun üçün istədiyimiz zamanın gəlməsi lazımdı, istədiyimiz müəmmaların açılması üçün şəraitin olması lazımdı. Həmin vaxt yetişəndə Nazim Qənbərov mövzusuna yenidən qayıdacağam! İndi isə ölkə yeni bir müharibənin astanasındadır! Hələ qələbə xatirinə susmaq lazımdı!


Rəfiqə xala ilə xudahafizləşib onu Ağdam rayonu Baharlı köçkün qəsəbəsində, “müvəqqəti” dediyi təkotaqlı evində “Qarabala”nın saralmış şəkilləri, köhnəlmiş, solmuş qəzet səhifələri ilə baş-başa qoyub, ayrılıram!

 

Axşamlar, ay axşamlar,
Şamlar yanar axşamlar.
Yerli evinə gedər,
Qərib harda axşamlar.

 

Rəfiqə xalanın sızıltılı, asta səsi… deyirdi axı, bəzən yurd-torpaq dərdi övlad dərdini üstələyir, daha çox ağrıdır…

 
Əntiqə Rəşid

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 22.06.2021, 16:40

Cəbrayıl rayonu üzrə 2021-сi il üçün əkin sahələrinin uçotunun aparılması haqqında

• 22.06.2021, 16:33

Barama tədarükü və taxıl biçini haqqında

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30