Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Bizim Fələstin və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz eynidir”

Səudiyyə Ərəbistanının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdullah bin Xudeyrinin APA-ya müsahibəsi  

– Cənab səfir, Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– İki ölkə arasında münasibətlər həm dövlət başçıları, həm də xalqlar səviyyəsində öz mükəmməlliyi ilə səciyyələnir. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud və onun Vəliəhdi şahzadə Məhəmməd bin Salmanın göstərişlərinə əsasən, qardaş Azərbaycan Respublikası ilə əlaqələr inkişaf etdirilir. Beynəlxalq təşkilatlar çərçivəsində də hər iki ölkə arasında çox möhkəm əməkdaşlıq var, ölkələr daim bir-birinin maraqlarını müdafiə edir. Ölkələrimiz arasında mövcud əlaqələr İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı əlahəzrət Salman bin Əbdüləziz Əl Səud və qardaşı, möhtərəm cənab Prezident İlham Əliyevin apardıqları siyasət nəticəsində, ən yüksək mərhələyə çatıb.

– Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını necə görür?

– Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünə hər hansı müdaxiləni qəbul etmir. Bizim Fələstinlə bağlı mövqeyimiz Dağlıq Qarabağ münaqişəsi ilə eynidir. Krallıq Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə mövqeyini, ərazi bütövlüyü tam və qətiyyətlə dəstəkləyir. Beynəlxalq təşkilatlar bu məsələyə ciddi yanaşmalı və onu Azərbaycan Respublikasının ərazisi üzərində suverenliyinə dair hüquqlarını təmin edən sülh yolu ilə həll etməlidirlər.

– Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qeyri-neft sektorunda əlaqələr hansı səviyyədədir?

– İki ölkə arasında olan qeyri-neft sahəsindəki əlaqələr bu yaxınlarda daha da genişləndirilib. Belə ki, artıq iki ölkə arasında siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı və investisiya əlaqələri də daxil olmaqla bir sıra sahələr üzrə bir neçə müqavilə imzalanıb. Bu yaxınlarda iki ölkə arasında qarşılıqlı səfərlər, o cümlədən Səudiyyə Ərəbistanın Krallığının Ədliyyə nazirin Azərbaycana səfəri məhkəmə-hüquq sahəsində imzalanmış sazişlərlə nəticələnib. Hər iki ölkənin liderləri ölkələr arasındakı əlaqələrin yaxınlaşmasına böyük əhəmiyyət verirlər. Biz cari ilin 11 iyul tarixində Bakı Avrasiya Universitetində Ərəbşünaslıq Mərkəzinin açılış mərasimi qeyd etdik. Qarşıdakı dövr ərzində, iqtisadi və investisiya inkişafında iki ölkənin maraqlarını təşviq edəcək daha çox sazişlərin imzalanması müşahidə olunacaq.

– Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayında artım var?

– 2016-cı ildə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin ümumi sayı təqribən 20 min, 2017-ci ildə 40 min, ötən il isə 73 min nəfərə çatıb. Statistik göstəricilərə əsasən, bu il səfər edən turistlərin sayının təqribən 100 min nəfərə çatdığı, ilin sonuna qədər bu rəqəmin 150 min nəfəryüksələcəyi bildirilir.

– Səfərdən söz düşmüşkən, yeni qarşılıqlı səfərlər gözlənilirmi?

– Ümumiyyətlə, son aylar ərzində Səudiyyə Ərəbistanı Krallığından Azərbaycan Respublikasına 15 yüksək səviyyəli səfər baş tutub, bu da, qardaş Azərbaycan Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələrini möhkəmləndirməyin vacibliyindən irəli gəlir. Azərbaycanda hər hansı beynəlxalq mühüm tədbir keçiriləndə Krallıq mütləq orda iştirak etməyə çalışır. Səudiyyə Ədliyyə nazirinin 5 gün davam edən son səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Baş Nazir, Ədliyyə naziri, Ali Məhkəmənin sədri və Baş prokuror ilə görüşlər keçirib. Səfər çərçivəsində iki ölkənin nazirlikləri arasında bir sıra sazişlər imzalanıb. Xatırladım ki, bir neçə ay bundan əvvəl Azərbaycanın Ədliyyə naziri Səudiyyə Ərəbistanına səfər edib. Qarşıdan gələn iki ay ərzində yüksək səviyyəli görüşlər və səfərlər planlaşdırılır.

Zümrüd Paşkin

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Avqust 2019
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031