Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

“Həmin gün Şuşada 196 hərbçimiz şəhid olub, 407 döyüşçümüz yaralanıb” -Tabor komandiri…

Bu gün Şuşa şəhərinin işğalından 27 il ötür. 1992-ci il mayın 8-də Azərbaycanımızın dilbər guşələrindən biri olan Şuşa şəhəri erməni və rus silahlı birləşmələri tərəfindən işğal olundu. Bəs Şuşanın işğal olunmasına səbəb nə oldu? 27 ildir biz nəyi gözləyirik?

 

Moderator.az -ın sualını Şuşa Könüllü Özünümüdafiə batalyonunun-816 saylı hərbi birləşmənin komandiri Fəxrəddin Səfərov cavablandırdı:

 

“27 ildir nəyi gözlədiyimizin cavabı çətin olsa da onu deyim ki, biz Ali Baş Komandanın əmrini gözləyirik. Azərbaycanın güclü ordusu var. Bu əmr köhnə döyüşçülərə də aiddir. Yəni qisasçılıq mənasında yox, torpaqlarımıza qayıtmaq bizim haqqımızdır. Beynəlxalq hüquq normaları da bizim ərazi bütövlüyümüzü tanıyır, BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarında Azərbaycanın haqlı olduğunu qeyd edirlər. Bununla bağlı qətnamə də qəbul olunub ki, ermənilər Azərbaycanın işğal olunuş ərazilərini qeyri-şərtsiz tərk etsinlər. Ermənilərin havadarları buna mane olmağa çalışırlar və düşmənin yer üzündə havadarları çoxdur. Demək olar ki, bizə qonşu olan böyük dövlətlər və digər Avropa dövlətləri erməniləri dəstəkləyir. Hər bir fərdin təfəkkür və düşüncə tərzi var və biz görürük ki, BMT və digər beynəlxalq təşkilatlar onların öz mənafeyinə xidmət edir. BMT əgər özünə hörmət edirsə, necə olur qətnamələrin icrasını 2 milyonluq ermənidən tələb edə bilmir. Burda Azərbaycana, türk və islam dünyasına qarşı əks-təbliğatlar gedir. Bir şeyi demək istəyirəm ki, bizim bəzi politoloqlarımız Qarabağ məsələsini şərh edərkən elə danışırlar ki, sanki iki otaqlı evin birində uşaq yatıb və digərində olan adamlar astadan danışır ki, uşaq səsdən oyanmasın. Biz Ermənistandan 500 kilometr uzaqdayıq, amma televizorda danışanda da qorxa-qorxa danışırıq. Cəbhə bölgəsində müsahibə alan jurnalistlərimiz də elə danışır ki, sanki erməni bunun səsini eşidəcək. Bilmirəm ki, bu qorxu içimizdən nə vaxt qopacaq? Bunun da səbəblərindən biri odur ki, bizim televiziyamız, mediamız Qarabağla bağlı mütəmadi veriliş aparmır, insanlarımızı buna hazırlamırlar. 

 

Bir neçə gün öncə həmişə olduğu kimi ordumuz Türkiyə hərbçiləri ilə birgə təlim keçdilər. Həmin təlimdə işlədilən silah-sursatları gördük. Artıq o silahların üzünü Qarabağa tərəf döndərmək lazımdır. Bu günə qədər dayandıq, gözlədik və bildik ki, ATƏT, NATO, BMT bizə kömək etmir. Əfqanıstanda sülhməramlılarımız iştirak edir, bizdən istifadə edirlər, amma torpaqlarımızı qaytarmırlar. Bizim yeganə yolumuz odur ki, Ali Baş Komandan əmr versin və ordumuz ayağa qalxıb torpaqlarımızı işğaldan azad etsin. Bəzən bizim yüksək çinli zabitlərimiz deyir ki, Qarabağ məsələsində rus faktoru var. Rus faktoru varsa, qalx ayağa bunu bütün dünya görsün də. Amma mən bir batalyon komandiri kimi 1992-ci il mayın 13-də Azərbaycan Televiziyasında birbaşa dedim ki, Şuşada erməni görmədim, ruslarla üz-üzə gəlib döyüşmüşəm. Yəni orda mənimlə döyüşənlər ruslar olub. Bir batalyon komandiri kimi ona görə yorulurdum ki, bir polkun ərazisini bir batalyon qoruyurdu, hərbi gücümüz çatmırdı. Amma indi Şuşadan çıxıb gəlmişik, Şuşa işğal olunub. Şuşanın işğalına çoxlu “don geyindirirlər” ki, guya Şuşada döyüş olmayıb. Əgər döyüş olmayıbsa, necə olur həmin gün Şuşada 196 hərbçi şəhid olub, 407 döyüşçü yaralanıb. Bəs onda bu insanlar niyə şəhid olub?!”.

 

F.Səfərov ANS kanalının insanlara yalnış məlumat verdiyini bildirib: 

 

“ANS telekanalının bu millətə vurduğu xəncəri heç kim vurmayıb. Bunu ANS bağlandığına görə demirəm. Bu sözləri iyirmi il bundan əvvəl demişəm. Mətbuat işçisinin təsəvvür edin ki, bütün Azərbaycan öz varlığıyla Qarabağa kömək edir. Belə bir vaxtda ANS çıxdı Daşaltı əməliyyatı haqda danışarkən bildirdi ki, yerli bələdçilər döyüşçüləri satdı. Yerli bələdçi sizsiniz, bir şuşalı kimi mənəm və mən öz torpağımı, anamı-bacımı, arvadımı-qızımı erməniyə vermək istəyirdim?!  Bununla da Azərbacanın Qarabağa, Şuşaya laqeyidliyi yarandı. Sizə bir faktı deyim ki, Xocalı işğal olunan ərəfədə bizim parlamentdə əlifbanın hansısa hərfinin necə yazılması haqda diskussiya gedirdi. Orda da xocalılar fəryad edirdi ki, biz qırılıq, kömək edin! Şuşa işğal olunan gündə də Azərbaycanda siyasi partiyalar mübahisə edirdi və bu da şəhərin işğal olunmasına gətirib çıxardı. 

 

Şuşa işğal olunan günü 23 saat Şuşa Özünümüdafiə batalyonu və digər döyüşən qüvvələr son gülləsinə qədər döyüşüb. İnsan fiziki qüvvədir. Gecə səhərə qədər mövqelərdə dayanan əsgər gündüz də döyüşüb. Orda həmin gün divar dibində yatan əsgərləri oyadırdım ki, əsir düşməsinlər. Təsəvvür edin ki, Bakıdan bizə heç bir kömək gəlmədi. Amma biz orda erməni və rus qüvvələrini geri otuzdurduq. Bunu 27 ildir deyirəm. Həmin müddətdə Şuşaya saat 6:00 radələrində əmr gəldi ki, “hərbi texnika və canlı qüvvə təcili surətdə Şuşa şəhərini tərk eləsin! Azərbaycanın qaranquşları Şuşanı alışan bombalarla yandıracaqlar”. Bu zaman Vətən adlı zabitim daşın üstündə oturub hönkür-hönkür ağlayıb dedi ki, “ay komandir, yandırırlarsa, Xankəndini, Stepanakerti yandırsınlar da, Şuşanı niyə yandırırlar?”. Həmin xəbər sürətlə şəhərə yayıldı və döyüşən qüvvələrlə, mülki əhalini 2-3 saatın içində şəhərdən çıxardılar. Çünki buna qədər bizə qarşı bütün silahlardan istifadə olunmuşdu, amma alışan bombalar atılmamışdı. 27 ildir bunu deyirəm ki, bu əmri Bakıdan kim verib?! Şuşada bunu kim icra edib axıra qədər bu tapılmadı. Axırda dedilər ki, o dövrdəki müdafiə nazirinin baş qərargah rəisi Şahin Musayev deyib. Amma Şuşada bunu kim icra edib, əmri yayıb, üstü açılmadı. Yəni biz Şuşadan əmrlə geri çəkildik. Şuşaya gələn Daxili İşlər Nazirliyinin həmin qüvvəsi və döyüşən qüvvələrin heç biri şəhərə girmədi. Həmin vaxt biz şəhərə qayıtmalıydıq, çünki ermənilər Şuşanın aşağı hissəsindəydilər. Bundan sonra bütün mətbuatda döyüşməyən adamları tapıb müsahibə alırlar. Qırmızı qalustuk bağlayan adamlar müsahibə verirlər. Elə dünən Real TV-də bir nəfər müsahibə verib. Qardaş mən onu əlində avtomatla Şuşada döyüşən görməmişəm. Sabah telekanallarımıza baxarsınız və gördüyünüz o müsahibə verən adamların heç biri Şuşada döyüşməyib. Mən bunu komandir kimi deyirəm. İndi də siyasi oyunlar oynayırlar. Orda mən döyüşüb, yaralanmışam meyit, yaralı daşımışam. Məni çağırıb niyə soruşmurlar ki, mayın 8-də Şuşada necə döyüş oldu. Sabah Şəhidlər Xiyabanı dolu olacaq. Elə oğlanlarımız var ki, döyüşüb, amma müharibə veteranı vəsiqəsi ala bilməyib. Amma boynuyoğunlar, vəzifədə işləyənlər müharibə veteranıdır. Halbuki heç birisi nə batalyonda olub, nə döyüşüb, nə də kiməsə kömək göstərib”.

 

F.Səfərov qeyd edib ki, ermənilər Şuşanı işğal edərkən üç min itki verib və buna görə əməliyyat rəhbəri olan general işdən çıxarılıb:  

 

“Bəzən mətbuatda yazırlar ki, ermənilər qorxusundan üç gün Şuşaya girməyib. Amma mayın 9-da ermənilərin özünü  göstərdiyi kadr var ki, (onu bizim telekanallarımız da göstərdi) keşiş onlara erməni kisləsində xeyr-dua verir. Bunlar kordular, bu kadrları görməyiblər?!  Çünki onlar döyüşə keşişin əmriylə gediblər. Ermənilərin əməliyyat hazırlayan üç generalı və 62 nəfər rus polkovnik-leytenantı (bunlar rəsmi məlumatdır) Şuşaya döyüş əmri verəndə rus və erməni döyüşçüləri etiraz ediblər ki, bəs biz Şuşaya girə bilməyəcəyik. Onda keşiş önə çıxaraq onlardan xahiş edib. Əməliyyatı hazırlayan generalı bir neçə gün sonra işdən azad ediblər. Çünki onlar 11 min hərbçiylə Şuşaya hücum edib və 3 min nəfər itki veriblər. İtkini çox verdikləri üçün general işdən azad edilib. Əlimizdə olan materialda yazılıb ki, Şuşa dörd saata alınmalıydı və İranda Ter Petrosyana deyilməliydi ki, biz Şuşaya girmişik. Amma onlar 23 saat Şuşaya girə bilmədilər. İndi belə söhbətlər var. Nə vaxtda qədər bunlar belə danışacaqlar. Şuşa döyüşsüz təhvil verilməyib”. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 22.06.2021, 16:40

Cəbrayıl rayonu üzrə 2021-сi il üçün əkin sahələrinin uçotunun aparılması haqqında

• 22.06.2021, 16:33

Barama tədarükü və taxıl biçini haqqında

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
May 2019
BE ÇA Ç CA C Ş B
« Apr   İyn »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031