Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Yaqub Məmmədova dedim ki, Şuşanın işğalından birgə nəticə çıxarmalıyıq…”

“İstefamdan öncə rus hərbi komandirlərlə Şuşanın müdafiəsi haqda söhbətimiz olmuşdu…”

“ Cıdır düzündə rəhmətlik anam üçün dərdiyim bənövşələr gəldi gözümün önünə…”


 

 

Azərbaycanın ilk Prezidenti  Ayaz Mütəllibov Moderator.az əməkdaşı  ilə  qısa telefon söhbətində 27 il öncə  -1992-ci il mayın 8-9-da Şuşanın işğalı xəbərini aldığı günlərdə  bir vətəndaş, bir insan kimi yaşadığı hisslərdən bəhs edib.

 

– Ayaz müəllim, Şuşanın işğalı günlərində siz hakimiyyət başında deyildiniz. Ancaq  bilirik ki, uşaqlığınızın 5 ili  Şuşada keçib. Uşaqlıq yaddaşında qalan xatirələr isə çox kövrək olur… Bu baxımdan bir insan, bir azərbaycanlı kimi Şuşanın ermənilərin əlinə keçməsi xəbərini eşidəndə  hansı hissləri keçirdiniz?

 

– Bəli. Bəli… Uşaqlığım… Şuşanın, Cıdır düzünün o gözəl mənzərələri, o çəmənlərdə rəhmətlik anam üçün  dərdiyim bənövşələr  gəldi gözümün önünə… 

 

Qeyd etdiyiniz kimi, həmin günlər artıq mən hakimiyyət başında deyildim. Amma bir Azərbaycan vətəndaşı, keçmiş dövlət başçısı kimi  olduqca  ağır təsir etdi bu  müdhiş xəbər mənə…  Olduqca… Çünki Şuşanın işğalı, əlimizdən getməsi dəhşətli bir xəbər idi. Bu, heç cür olmamalıydı. Şuşanı almaq həm təbii strateji mövqeyi baxımından düşmən üçün çətin idi. İkincisi də biz hakimiyyətdə olarkən Şuşanın müdafiəsi üçün əlimizdən gələni etmişdik. Mümkün imkanların hamısından istifadə etmişdik ki, Şuşa düşmən əlinə keçməsin. Ancaq əfsuslar olsun ki, bu baş verdi və  biz bu qara xəbəri eşitdik. Həmin vaxt halım da  çox pis oldu… İndinin özündə də yadıma düşən kimi sanki o gündən sinəmdə qalan yara sızıldayır…

 

– O xəbəri ilk olaraq kimdən eşitdiniz?

 

– Yadımda deyil. Yəqin kimsə yaxınlardan telefonla zəng edib deyib…

 

– Bəs Şuşanın işğal edildiyini bildikdən sonra hakimiyyətdəki yaxın adamlarınızla və yaxud o vaxt dövlət başçısı səlahiyyətlərini icra edən Yaqub Məmmədovla əlaqə yaratdınızmı? 

 

–  Səhv etmirəmsə, həmin günlər  Yaqub Məmmədovla telefonla danışdım. Ona dedim ki, Şuşanın işğalı-  Azərbaycan üçün, xalqımız və dövlətçiliyimiz üçün böyük bir fəlakətdir. Gəlin bundan birgə nəticə çıxardaq… Olub belə bir söhbət…

 

– Yaqub müəllim nə dedi?  Ona nəsə bir tövsiyə verdinizmi?

 

– O da çox gərgin vəziyyətdə idi… Deməyə söz tapmırdı… Hamımıza çox mənfi təsir bağışlamışdı bu faciə… Həmin vaxt nəsə bir məsələhət, tövsiyə vermək də çox çətin idi. Çünki ölkədə, regionda olduqca gərgin və ziddiyyətli hərbi-siyasi situasiya yaranmışdı…

 

– Bəs o zaman hələ də Azərbaycanda hərbi hissələri yerləşən keçmiş sovet ordusundakı tanıdığınız general və zabitlərlə əlaqə qurmağa cəhd etdinizmi?

 

– Yox, sözün düzü… Onlarla mən nə danışa bilərdim ki? Çünki vəzifədə deyildim… Lakin istefamdan qabaq rus hərbi komandirləri ilə əlaqə saxlaya bilirdim. Çünki hakimiyyət başında idim. Hadisələri izləyirdim və onlara təsir göstərmək imkanlarım da var idi. Yəni o vaxt  Qarabağın, konkret Şuşanın müdafiə olunmaq imkanlarını görür, təhlil edir və tədbirlər planlaşdırırdıq. Həmin planlarda rus hərbçilərdən istifadə etmək də vardı. Onlarla bu haqda söhbətimiz olmuşdu. Lakin hakimiyyətdən getməyim hər şeyi alt-üst etdi…

 

– Ayaz müəllim, yəni bu gün də hesab edirsiz ki, siz hakimiyyətdən kənarlaşdırılmasaydınız, Şuşa, eləcə də Laçın işğal olunmazdı?

 

– Bəli. Çox güman ki… Amma təəssüf…

 

Söhbətləşdi: Sultan Laçın

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2019
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031