Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Notların əbədiyyətə çevirdiyi ömür

Fevralın 22-si Azərbaycan xalqının böyük bəstəkarı, dahi Üzeyir Hacıbəyov yolunun davamçısı, xalq artisti Süleyman Ələsgərovun ad günüdür. Azərbaycanın musiqi tarixində özünəməxsus yer tutan, mükəmməl bəstələri ilə milli musiqimizi, onun müxtəlif janrlarını zənginləşdirən Süleyman Ələsgərov 95 illik yubileyində də  maraqlı ömür yolu, zəngin yaradıcılığı, səmərəli pedaqoji fəaliyyəti ilə diqqət çəkir. Şübhəsiz, onun zəngin və çoxşaxəli yaradıcılığını, bu yaradıcılığın mili musiqimiz üçün önəmini sadəcə bir yazıda əks etdirmək mümkün deyil. S.Ələsgərov barəsində cild-cild kitablar yazılması, hərtərəfli öyrənilməsi gəərkən böyük şəxsiyyətlərimizdəndir. Biz bu yazımızda sadəcə, S.Ələsgərov yaradıclığı ilə bağlı bəzi nüanslara diqqət çəkəcək, yalnız keçmişimiz deyil, bu günümüz və gələcəyimiz baxımından da mühüm önəm kəsb edən bu nüasnların əhəmiyyətini izah etməyə çalışacayıq.

 

Şuşa təbiətinin saflığını xarakter və əsərlərinə hopduran bəstəkar

 

S.Ələsgərov yaradıcılığında diqqət çəkən ən mühüm məqamlardan biri onun əsərlərinin gözəl və anlaşıqlı dilə, mükəmməl harmoniyaya, qeyri-adi rəngarəngliyə və saflığa  malik olması ilə bağlıdır. Hansı ki, bütün bu xüsusiyyətləri S.Ələsgərova məxsus hər bir mahnıda görmək, hiss etmək və duymaq mümkündür.

S.Ələsgərovun sadəcə əsərlərində deyil, həm də xarakerində, həyata və insanlara baxışlarında özünü əks etdirən bu saflıq Şuşa təbiəti, onun ilahi zənginliyi ilə bilavasitə bağlı idi. Yalnız Qarabağın deyil, bütün Azərbaycanın mədəniyyət və incəsənət beşiyi olan Şuşada anadan olan, füsunkar Şuşa təbiətinin gözəllikləri içərisində böyüyən, bu ecazkarlığın dərin vurğunu olan S.Ələsgərov, Şuşa təbiətinin bütün gözəlliklərini öz xarakterində əks etdirmiş, bu təbiətin bütün saflığını, romantizmini, əvəzolunmazlığını öz bəstələrinə köçürmüşdür. Məhz bu səbəbdən də onun vətənlə bağlı hər bir əsərində doğma diyarın qarlı dağlarını, yaşıl meşələrini, gur sulu çaylarını, dərin dərələrini, möhtəşəm qalalarını, qızıl laləzarlarını görmək mümkündür.

Bütün bu cəhətləri ümumiləşdirib S.Ələsgərovu həm də belə xarakterizə etmək olar: Şuşa təbiətinin saflığını xarakter və əsərlərinə hoprudan bəstəkar…

 

Tarixinə və vətəninə bağlı sənətkar

 

S.Ələsgərova məxsus xarakterik xüsusiyyətlərədn biri görkəmli bəstəkarın vətəninə və tarixinə hədsiz bağlılığı idi. Onun “Vətən” simfoniyası, “Gözəl Şuşa” mahnısı buna nümunədir.

S.Ələsgərov vətənin torpağı, daşı kimi onun tarixinə də bağlı olan şəxsiyyət idi. Doğma Azərbaycanın tarixi, onun yaşam və azadlıq uğrunda apardığı mübarizələr onu daim düşündürür,

yeni əsərlər yaratmağa sövq edirdi.

O, Azərbaycan tarixinin görkəmli simalarının təbliğinə, gənclərin bu qəhrəmanları, onların həyat və döyüş yolunu öyrənməsinə xüsusi fikir verirdi. S.Ələsgərov hesab edirdi ki, gənc nəsil öz əcdadlarının keçdiyi yolu bilməli, onların qəhrəmanlığından ibrət almalı və lazımi məqamda bu qəhrəmanlıqları təkrarlamağı bacarmalıdır. Onun qəhrəman Həzi Aslanovun xatirəsinə həsr etdiyi “Simfonik poema”, “Bizim vətən çörəyi”, “Bu torpağa bağlıyıq” mahnıları məhz bu istək və arzunun göstəricisi idi.

 

Həyat tərzi yaşam etalonu olan İnsan

 

S.Ələsgərovun mühüm keyfiyyətlərindən biri onun öz həyatı, fəaliyyəti, yaşam tərzi ilə ətrafındakı insanlar üçün nümunəyə çevrilməsi idi. Başqa sözlə desək, S.Ələsgərov onu tanıyıb-tanımamasından asılı olmayaraq, hər kəsə öz həyat tərzi, davranış və danışığı, qərar və fikirləri ilə yaşam etalonu, örnək bir insan olub. O, necə yaşamaq gərəkdiyini söyləmirdi, bunu öz yaşam tərzi ilə əyani surtədə göstərirdi. Bütün həyatı boyu yaxşı yaşamağı deyil, doğru yaşamağı qarşısına məqsəd qoyan S.Ələsgərov heç vaxt bu prinsipdən imtina etməmiş, ömrünün sonuna qədər bu prinsipə sadiqlik nümayiş etdirmişdir.

S.Əlsəgərova məxsus keyfiyyətlərdən biri də xeyirxahlıq idi. Görkəmli bəstəkar imkansız ailələrdən olan istedadlı tələbələrə yardım edir, onların təhsil almalarına, cəmiyyətdə layiqli yer tutmalarına çalışır, bunun üçün həm maddi, həm də mənəvi baxımdan ələndən gələni əsirgəmirdi. Xalq artisti, bəstəkar Faiq Sücəddinov S.Ələsgərov xarakterinin bu xüsusiyyəti haqqında deyir:

“O, bir insan, bir vətəndaş kimi də böyük şəxsiyyət olub. Bütün insanlara kömək edib. Istedadlı insanlara hər zaman yardım edib, onlara dəstək verib. Istedadlı, lakin imkansız tələbələrə dəftər, çanta, kitab alıb. Onun tələbələri bu gün məktəblərdə dərs deyir, bu məktəblərə rəhbərlik edirlər. Və onlar hər zaman S.Ələsgərovu xoş sözlərlə, minnətdarlıq hissi ilə yada salırlar”.

F.Sücəddinovun mərhum bəstəkar haqqında səsləndirdiyi bu fikirlər S.Ələsgərovun bir insan kimi də böyük şəxsiyyət olduğunu göstərir.

 

Vətəndaş mövqeyi olan həqiqi ziyalı

 

S.Ələsgərov sadəcə böyük bəstəkar deyildi. O, həm də vətəndaş mövqeyi olan həqiqi ziyalı idi. Şahidi olduğu, müşahidə etdiyi ədalətsizliyə biganə qalmaq, haqsızlıq qarşısında susqunluq sərgiləmək ona yad idi. S.Ələsgərov hər zaman haqqı və həqiqəti qorxmadan müdafiə etmiş, onun hər hansı məsələ ilə bağlı rəyi, səsləndirdiyi fikirlər ictimai rəyin formalaşmasında mühüm rol oynamışdır. Məhz buna görə də S.Ələsgərov özünün 95 illik yubileyində elə bu cür də xatırlanır: Vətəndaş mövqeyi olan həqiqi ziyalı kimi…

S.Ələsgərov bütün ömrünü musiqiyə həsr etmişdi və nəhayətdə musiqi də görkəmli bəstəkara borclu qalmadı. Notlar onun ömrünü əbədiyyətə çevirdi və görkəmli bəstəkara həmişəyaşarlıq qazandırdı. Və S.Ələsgərov olmaq istədiyi insan oldu: Musiqi ilə bötüvləşən, musiqi ilə əbədiləşən insan…

 

Seymur ƏLİYEV

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728