Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

Amerikanın azərbaycanlı iş adamı – Şuşadan Vaşinqtona gedən YOL…

Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat deyil, 24 yaşında Amerika kimi nəhəng bir dövlətə gələsən və çox qısa zamanda uğur qazana biləsən. Əvvəlcə elə düşündüm ki, hansısa super imkanlı ailənin övladıdır. Kimliyinə bələd olsuqca gördüm ki, sadə, zəhmətkeş bir ailədə böyüyüb. Atası Sadiq İbrahimov Şuşa Musiqi Kollecində müəllim işləyir…

Deyir ki,- "Mən Amerikaya təzə gələndə Vaşinqton hava limanında təsadüfən bir yaşlı amerikalı ilə eyni skamyada oturmuşduq. Yeni gəldiyimi bilib bir neçə məsləhət verdi. Onlardan biri bu idi: – Amerika elə bil insanla dolu bir otaqdır. Burada hamı dayanmadan yumruq atır. Gərək sən də o otağa girəndən çıxanadək yumruq atasan ki, zərbələrdən yıxılmayasan. Bir də addım-addım getməyə çalış. Sonda görəcəksən ki, artıq yüyürürsən. Nə edirsən elə, ancaq təslim olma"…

Haqqında söhbət açdığım Pənah İbrahimov 1985-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 2002-ci ildə orta təhsilini Bakıda başa vurub. Həmin il Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olunub. 2006-cı ildə orada iqtisadçı ixtisasına yiyələnib. Üç il müxtəlif maliyyə qurumunda, sığorta şirkətlərində çalışıb. 2009-cu ildə ABŞ-a, Vaşinqtona gəlib. 2009-2011-ci illərdə Strayer Universitetində biznesin idarə edilməsi üzrə təhsil alaraq magistr dərəcəsinə yüksəlib. (MBA)…

2010-cu ildə mebel və təmir tikinti işləri ilə məşğul olan iki şirkət açıb. 2013-cü ildə şirkətləri birləşdirərək "FACE" şirkətlər qrupunu yaradıb. Şirkət indiyədək Vaşinqton, Merilend və Virciniya ştatlarında neçə-neçə 32 və 54 mənzilli 6 mərtəbəli binalar, eləcə də 70-dən yuxarı fərdi evlər tikərək təhvil verib. 200-ə yaxın işçisi var…

…İki qızı var. Böyük qızı Fatimə 8, ikinci qızı Selin isə 5 yaşındadır…

…On ilə yaxındır ki, idmanın taekvando növü ilə məşğul olur. Qış aylarında xizəksürmə idman növünə xüsusi üstünlük verir. Asudə vaxtlarında musiqi dinləməyi, mütaliəni çox xoşlayır…

Deyir ki,- "ABŞ-a gəlmək istəyən gənclərə bir tövsiyəm var: Əgər Azərbaycandakı həyat tərzini burada da davam etdirmək niyyətindədilərsə, gəlməsinlər. İnsan yüksək bir dağ zirvəsinə qalxmamışdan əvvəl özünü necə səfərbər edirsə, gələrkən burada qarşılaşa biləcəkləri bütün çətinliklərə hazır olmalıdırlar"…

…Bir neçə mükafata layiq görülüb. Sonuncu dəfə təltif olunduğu "BHS" araşdırmalar təşkilatının- "Ölkələrarası ən yaxşı iş adamı"- mükafatıdır…

Arzuları çoxdur. İstəyir ki, şirkəti ABŞ-ın bütün ştatlarını əhatə etsin, onun Azərbaycanda filiallarını açsın, ölkəmizin iqtisadiyyatına töhfələr versin…

…Şuşanı tez-tez xatırlayır. Ən çox da Cıdır düzünü, bazarın ətrafı yadına düşür. Hər il iki-üç dəfə vətəni ziyarət etməsə özünü pis hiss etdiyini, ciddi narahat olduğunu söyləyir…

Azərbaycan səfirliyinin həyata keçirdiyi bütün mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edən bu gənc soydaşımızdan ayrılarkən, dilimdən bu kəlmələr qopdu:- Allah yolunu açıq etsin, qardaşım!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 22.06.2021, 16:40

Cəbrayıl rayonu üzrə 2021-сi il üçün əkin sahələrinin uçotunun aparılması haqqında

• 22.06.2021, 16:33

Barama tədarükü və taxıl biçini haqqında

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2019
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 123
45678910
11121314151617
18192021222324
25262728