Rokfellerlər işğalçı ölkə prezidentini qəbul etdi
Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan Münhendə Rokfellerlər qardaşları Fondunun ("Rokfeller Brothers") prezidenti Stefan Haynz ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu haqda erməni saytları yazıb.
İşğalçı ölkə prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, söhbət zamanı elmi tədqiqatlar, eləcə də iqlim dəyişikliyi və su ehtiyatlarının idarə olunması sahəsində birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Xatırladılır ki, Rokfeller qardaşları Fondu 1940-cı ildə Rokfeller ailəsi tərəfindən yaradılıb. Və yarandığı gündən etibarən, guya həmişə daha sivil, sabit və inkişaf etmiş bir dünya qurmağı məqsəd qoyan dəyişiklikləri dəstəkləyib.
Sultan Laçın