Ermənilər Vaşinqtondakı Azərbaycan səfirliyi qarşısında Ramil Səfərov əleyhinə aksiya keçirdi…
Erməni millətçilərinin dünya üzrə kökündən ədalətsiz anti-Azərbaycan kampaniyası davam edir. Ermənistanın Amerika Gənclər Federasiyasının nümayəndələri Vaşinqtondakı Azərbaycan səfirliyi qarşısında 1988-1992-ci illərdə guya “Sumqayıt, Gəncə, Bakı və Marağada baş vermiş qırğınlar” üçün "ədalət" tələb ediblər.
Moderator.az xəbər verir ki, bu haqda “Asbarez” nəşri xəbər yayıb. Ermənilərin bu dəfəki nümayişi eyni əsasən Azərbaycanın Dövlət Bayrağını təhqir etmiş Qurgen Marqaryanın azərbaycanlı zabit Ramil Səfərov tərəfindən qətlə yetirilməsinin 15-ci ildönümünə həsr olunub. Erməni nümayişçilər "ərazilərin kağız üzərində verilmiş vədlərin müqabilində təslim edilməsini tələb edən Madrid prinsiplərini dəstəkləmək" məqsədilə “Ermənistana və Dağlıq Qarabağ təzyiqlərlə bağlı narahatlıqlarını” da ifadə ediblər.
Aksiyada iştirak edən Vaşinqtondakı Erməni İttifaqının üzdəniraq nümayəndələri açıq şəkildə deyiblər ki, "uzunmüddətli sülhün yeganə yolu – "Artsax xalqı"nın öz müqəddəratını təyin etməsi hüququna hörmət bəsləməkdir”…
P.S. Ramil Səfərov Dövlətimizin Müqəddəs Rəmzini təhqir etmiş Markaryanı haqlı olaraq qətlə yetirib. Bəs o hesabla biz yalnız Xocalıda körpə və hamilə qadınları minbir təhqir və işgəncələrlə qətlə yetirmiş erməni qaniçənlərinə qarşı neçə min aksiya keçirməliyik?..
Sultan Laçın