Paşinyandan Lukaşenkoya: Belarus bunu görməyəcək!
Belarus Ermənistanla adət etdiyi münasibəti bir daha görməyəcək.
Axar.az xəbər verir ki, bunu Qavaredə icma rəhbərləri ilə görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bizə kiçik ölkə, kiçik xalq kimi münasibət göstərməyə davam edəcəklər. Mən dəqiq şəkildə deyə bilərəm ki, belə olmayacaq. Bəlkə də biz azsaylı xalq ola bilərik, amma biz minillik tarixi olan böyük xalqıq”, – deyə o bildirib.