Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

“Mikayıl Gözəlov Milli Qəhrəman adına layiqdir…

Bu gün– 11 dekabr – Azərbaycanın müstəqillik illərində Şuşa rayon İcra Hakimiyyətinin Prezident fərmanıyla təyin edilmiş ilk başçısı  olmuş, xalq arasında xüsusi hörmət və nüfuza malik lider və insan, erməni separatçı və işğalçılarına qarşı dönməz mübariz Mikayıl Gözəlovun xatirə günüdür. 

 

Həmin gün Mikayıl müəllim öz iş kabinetində hələ bu günədək müəmmaları açılmamış bir  sui-qəsd nəticəsində qətlə yetirilərək, demək olar ki, şəhid olub. Lakin o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində kök salmış “Krunk”, “Qarabağ komitəsi” kimi separatçı qurumlara qarşı çəkinmədən mübarizə aparan Mikayıl Gözəlov elə 1988-ci ildən bəri ermənilərin hədəfinə çevrilmişdi…

 

1988-ci ildən Şuşada milis şöbəsinin rəisi işlədiyi vaxtdan   Mikayıl Gözəlovla dostlaşmış Qarabağda “zəhmli polkovnik” ləqəbi ilə tanınan polis polkovniki Sadir Məmmədov Moderator.az əməkdaşıyla söhbətində şəhid icra başçısı barədə  xatirələrini danışıb.

 

Sadir müəllim, siz 1988-1991-ci illərdə  Şuşada, Xankəndində erməni separatçılığıyla mübarizəyə rəhbərlik etmiş şəxslərdən  biri olmusunuz. Mikayıl Gözəlovu necə tanıyırdınız?

 

-Mikayıl Gözəlov həddindən artıq vətənpərvər, milli qeyrətli, daim canını Azərbaycanın, Qarabağın yolunda qoymağa hazır olan bir oğul idi. Mən onu şəxsən 1988-ci ildən tanıyırdım. Bilirdim ki, Ağdamın Mərzili kəndindən rəhmətlik Qoca kişinin oğludur və çox əsl-nəcabətli nəsildəndir…

 

O vaxt mən Şuşa rayon milis şöbəsinə rəis təyin olunmuşdum. Mikayıl müəllim isə o dövrdə “ispalkom” deyilən rayon  Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri idi. O, həmin vaxtlar tikinti sahəsində çalışırdı. O, Xankəndində tikinti trestində 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsində də işləmişdi. Elə o günlərdən tədricən münasibətlərimiz qurulmağa başlandı. Daha sonra dostlaşdıq. Bilirdim ki, Mikayıl müəllim elə Xankəndində işləyəndən separatçı ermənilərin “Krunk”, “Qarabağ komitəsi” təşkilatlarına qarşı qətiyyətlə mübarizə apardığından düşmənlərin hədəfinə çevrilib. Hələ səhv etmirəmsə , 1989-cu ilin dekabrında Mikayıl Gözəlovun Şuşadakı kabinetinin qarşısına səs qumbarası atmışdılar. Bu, yəqin ki, ermənilərin mesajı olub. O vaxt mən bir nəfər şübhəlini həbs etdim. Ancaq Mikayıl müəllim özü gəldi ki, onu buraxın, bu, yəqin, ermənilərin təxrubatıdır…

 

Biz o dövrdə Mikayıl Gözəlovun da fəal iştirakıyla Şuşanın bacardığımız qədər müdafiəsini təşkil edirdik. Yadımdadır ki,  bir doludağıdan top var idi, onu  gətirib “Raypo” deyilən Rayon İstehlak Cəmiyyətinin binasının həyətində qurmuşduq. O vaxt həmin idarənin sədri indiki icra  başçısı Bayram Səfərov idi. Ermənilər hansısa Azərbaycan kəndinə qarşı təxribat törədən, atəş açan kimi dərhal həmin topdan Xankəndinə sarı bir mərmi atırdıq, o saat ara sakitləşirdi- elə bil, qurbağa gölünə daş atırdılar… Hər bir təxrubat zamanı Mikayıl müəllim də çox narahat olur, mümkün qədər ciddi tədbirlər görməyə çalışırdı…

 

-Bəs ermənilərin Mikayıl Gözəlovu və sizi girov götürməyə cəhd etməsi məsələsi necə olub?

 

– Bəli, belə bir işlər planlaşdırırdı ermənilər. O vaxt Dağlıq Qarabağ Daxili İşlər idarəsinin rəis müavini olan Karlen Ağacanyan adlı erməni vardı. Təxminən 1989-cu ilin noyabr-dekabr aylarlnda onun  qardaşı Vladimir Ağacanyan sovet dövründə “Şaumyan” adlanan -Ağcakənd, Goranboy ərazisində yerləşən rayonun icra başçısı idi. Onu bizimkilər girov götürmüşdü. Eyni zamanda həmin ərəfədə mənim rəhbərliyimlə Şuşanın erməni terrorçularının  bazalarına çevrilmiş Qaladərəsi, Kirov, Yeğsaoğ(sonradan Salatınkınd-S.L.), Daşaltı və s. kəndlərində əməliyyat keçirmiş hərbi sursat və quldurlarla dolu bir vertolyot ələ keçirmişçdik. Bu səbəblərdən ermənilər Şuşa rayon rəhbərliyinə qarşı çox kinli idilər. Dağlıq Qarabağ üzrə  komendant olan  Kosolapov soyadlı rus hərbçi mənə demişdi ki, ehtiyatlı olun, ermənilər V. Ağacanyana görə, səni, yaxud Şuşa “ispalkom”unun rəhbərini, yəni Mikayıl Gözəlovu girov götürməyi planlaşdırıblar və hətta 7 milyon rubl pul da ayırıblar başınıza…  Yəni, bir az təvazökarlıqdan uzaq olsa da,  camaat da bilirdi ki, əsas söhbət Mikayıl Gözəlovla məndən gedir… O vaxt onların bu planı baş tutmasa da, Şuşa milis şöbəsindən maaş almaq üçün Xankəndinə göndərdiyimiz 4 əməkdaşını Ağa körpüsündə girov götürmüşdülər. O zaman biz onları həmin Vladimir Ağcanyanla dəyişməli olduq…

 

Sadir müəllim, Mikayıl Gözəlovun qətli barədə nələr məlum idi sizə?

 

– Allah rəhmət eləsin. Həmin faciə vaxtı artıq  Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunduğundan mən Xankəndində Vilayət İdarə rəisinin müavini vəzifəsindən də avtomatik uzaqlaşdırıldığıandan orada olmamışdım… Ona görə də hadisə haqda dəqiq məlumata malik deyiləm. Amma dəfnində  iştirak etdim rəhmətliyin… Mərzili kəndində…

 

Mikayıl müəllim yerli camaatın özü demiş, yalnız şuşaılıların deyil, Qarabağın, Azərbaycanın kisəsindən getdi… O, demək olar ki, şəhid oldu. Mikayıl Gözəlov sağlığında gördüyü işlərlə və şəhidiliyi ilə Milli Qəhrəman adına layiqdir… Çünki Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin həlledici dövründə iş başında xaincəsinə qətlə yetirilib…

 

Allah bir daha rəhmət eləsin!..

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 22.06.2021, 16:40

Cəbrayıl rayonu üzrə 2021-сi il üçün əkin sahələrinin uçotunun aparılması haqqında

• 22.06.2021, 16:33

Barama tədarükü və taxıl biçini haqqında

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy   Yan »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31