Moskva Sərkisyanla əlaqəni saxlayır – Ehtiyat plan
Ermənistan Respublika Partiyasının rəhbər şəxsləri hələ də Rusiyadan mesajlar almağa davam edir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” yayıb. Qəzet Rusiyanın hələ də Respublika Partiyasının birliyinin qorunmasında maraqlı olduğunu bildirib:
“Rusiya hesab edir ki, hələlik yeni hökumətin formalaşması başa çatmayana qədər Respublika Partiyası parlamentdəki üstünlüyünü qoruyub saxlamalıdır. Rusiya hələ də Respublika Partiyasını yeni seçkilər keçirilənə qədər parlamentdə yeganə legitim çoxluğa sahib olan partiya hesab edir”.