Aramyan işçilərini istefaya çağırdı – Paşinyan gedəcək
Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan keçmiş işçilərini istefaya çağırıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb.
“Aramyan Maliyyə Nazirliyinin işçilərini onun kimi addım ataraq istefa verməyə səsləyib. Aramyan işçilərini əmin edib ki, Nikol Paşinyanın hakimiyyəti tezliklə uğursuzluğa düçar olacaq və 2-3 ay sonra o, yenidən vəzifəsinə qayıdacaq”, – deyə xəbərdə bildirib.