Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İlkər Başbuğ: “O dövlətlər olmasa, Türkiyə Qarabağ probleminin həllində birinci olar”

Şəxsiyyət olmaq taleyini Tanrı hər kəsə yazmır. O da Tanrının mindən bir insana düşən naxışıdır. İlkər Başbuğ Türk dünyasında  “Tarixi şəxsiyyətlər”  damğasını, simgəsini adına yazdıran türk oğludur.

 

Tanrı onu boy buxunu ilə, görkəmi, ədaları, şəsti, və intizamı, nitqi ilə Ordu Generalı, Ordu rəhbəri olmağa uğurlayıb. 2010-cu ildə Türk Ordusundan  ayrılsa da, adının üstündə “Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlker Başbuğ” damğası qalıb.

 

Onun adı çəkiləndə hər kəs qamətini düzəldir, onun kimi dik dayanmaq, şax dayanmaq istəyir. Bu türk əsgərinin əyilməzlik simvoludur. Bu duruş türk əsgərinə Mustafa Kamal Atatürkdən əmanət qalıb. 

 

2012-ci il 6 yanvarda Türkiyədə  “Ergenekon”, “Bayloz”   kimi qurama əməliyyatların sonunda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlker Başbuğun  həbsi xəbəri yayılanda, bütün türk dünyası bir sarsıntı keçirdi. Bu Türk Ordusuna, Atatürkün  əsgərlərinə qarşı qurulan müdhiş və sonunda  qara türbanlar görünən bir oyunun başlanğıcı idi.  Bu Türk mehmetciyinə, türk əsgərinə yaxılan bir böhtan və ləkə idi.  Qara bir əl, şeytan və iblis misallı kimsə, Türkiyəni və Türk Ordusunu nüfuzdan salmaq üçün Ergenekon adlı tarixi şərəf yerimizi, tariximizi ləkələmək istəmişdi. Bizim babaların azadlığı, quruculuğu, çoxalmağı Ergenekon deyilən o cənnət məkandan başlamışdı. İndi o ad qara bir damğa kimi, orduya vurulacaqdı…

 

O sarsıntı içərisində səntirləyərək gəzib düşünənlərdən biri də mən idim. Əllərimi Göy Səmaya açıb, uca Tanrımdan  bu iblis oyununu tezliklə  ifşa olunmasını istədim. Və onu da dedim ki,  duruşuna baxanda, səsini dinləyəndə böyük ATATÜRKÜ xatırlatdıran, türk ordusunun generalı İlkər Başbuğun  zindanda qapılarını tez açsın… Əhd etdim ki, İlkər Başbuğ zindandan çıxan günü, qurban kəsərəm! O gün gəldi. Mən   2014-cü il martın 7-də  qurban kəsdim. Martın 6-da isə İlkər Başbuğu saxlayan dəmir qapılar açılmışdı. Onu qarşılamağa bütün türk xalqı gəlmişdi. Hamı ayaqda idi. Hər kəs  generalı salamlamaq, uğurlamaq, gözaydınlığı vermək istəyirdi.

 

Mənim isə könlümdə bir arzum var idi. O BÖYÜKlə görüşmək. Türkiyədə səfərlərdə olanda görüşmək istədim.   Elə oldu ki, mən İstanbulda olanda o başqa şəhərlərdə görüşmələrdə oldu. Gün bu gün idi. Dəyərli jurnalistimiz Şeyda Nəsiblinin yardımı ilə görüşümüz Bakıda baş tutdu.

 

Onu da xatırlayım ki,  həbs evinin qapıları şəhərə və səhərə açılan günü , generalın azadlığına bir şer yazdım:

Mübarəkdir qədəmlərin,

Paşam xoş gəldin, xoş gəldin!

Nə gözəldir bu dəmlərin,

Paşam xoş gəldin, xoş gəldin.

4 bəndlik bu şerimi  komutanın şəkli ilə bir çərçivədə bənd edib, axşamdan xeyli keçmiş Türkiyənin Ordu generalının,  Atatürkün əsgərinin ziyarətinə getdim.

 

Hamlet İsaxanlı adlı bir rektor, fürsətdən yararlanıb, onu rəhbərlik etdiyi universitetə mühazirə oxumağa dəvət etdiyindən, jurnalistlərimizin Generalla görüşməyinə mane olmuşdu. Ona görə də qaldığı otelin yerini öyrənib, vəkili İlkay əfəndi ilə görüş almışdım.

Hilton otelinin foyesində gözlədim…

İlkər Başbuğ içəri daxil olanda, qarşısına gedib, “Paşam xoş gəldin”- dedim!

Artıq mənimlə görüşümüz olacağından xəbərdar idi, deyə, heç təəccüblənmədi də. Yanında vəkil İlkay Sezer də var idi. Bu o , İlkay Sezer idi ki, barəsində  qondarma ittiham irəli sürülən gündən yanında oldu. Və elə İlkayın çalışmaları nəticəsində də, qondarma “Ergenekon” işindən də  həbsdən ən tez buraxılan da İlkər Başbuğ oldu.

Ona həsr etdiyim, şerimi və çərçivəyə saldırdığım şəkli,  digər də “Atatürkün əsgərləri xəyanətkar ola bilməz!” şerimi komutana təqdim etdim.  Oturduq. Şerləri oxumaq istəyəndə, “Paşam, izn verin özüm oxuyum!”. “Atatürkün əsgərləri xəyanətkar ola bilməz” şerim  də onun həbsxana günlərinin cizgisi olduğundan, çox diqqətlə dinlədi…

Komutan İlkər Başbuğa ona olan heyranlığımın Atatürkə olan sevgimdən irəli gəldiyini söylədim! Dedim ki, hər duruşunuzda, hərəkətinizdə, davranışınızda o böyük kişinin məktəbini xatırlatdınız.

 

 

Modern.az müsahibəni təqdim edir:

 

– Paşam, elə mən danışıram, Siz Bakını bəyəndinizmi?

Sualıma cavab verməzdən əvvəl dedi ki, müsahibə verməyəcək. Diktafonumu söndürdüm. Biz onunla sadəcə söhbət etdik. İndi isə onunla olan, yadımda ömürlük qalacaq söhbətimizi yazıram. Onun hər sözünü, söhbətini qanıma, iliyimə, ruhuma yazdım.

 

Türk generalı İlkər Başbuğ:

– Bakya 2010-cu ildə dövlət rəsmisi olarkən səfər etmişdim. Bakı gündən-günə gözəlləşir. Bir də ki, burada hər addımda Türkiyə sevgisi, insanların Türkiyə üçün narahat olduqlarını hiss etdim. Ən gənc uşaqların belə dilinin əzbəridir Türkiyə. Orada baş verən bütün olaylardan xəbərdardırlar. Türkiyəni nə qədər sevirlərmiş… Çox böyük eşq və sevgi duymaqdadırlar.

 

– Komutanım, elədir, Türkiyədə bir şəhid olunca canımız yanar, Türkiyədə bir yarpaq qırılsa ürəyimizin telləri qırılar…Biz bir millət iki dövlətik.  Çünki bilirik ki, düşmənlərin çox olduğu bu qarışıq zamanda Türkiyə hər zaman yanımıızdadır.

 

– Şəhidlər Xiyabanına getdim, Dənizkənarı bulvarda gəzdim. Baxdıqca, gördükcə içimizdə bir sevinc həyəcanı keçiririk. İnsanlarınız da o qədər gözəl, o qədər mehribandırlar ki…

 

– Bildiyim qədəri bu gün şəhəri başmaq seyrinə çıxdığınızda bir rusdilli qadın Sizi tanıyıb , yaxınlaşıb şəkil çəkdirmək istəyib.

 

– Oldu belə bir hal… Bir-birimizi anlamasaq da, yanımızda bizi müşayiət edən dedi ki, rus qadını sizi tanıyıb, sizinlə şəkil çəkdirmək istəyir. Çox məmnun görünürdü… Mən də təəccübləndim ki, rus milliyyətindən olan bir vətəndaş da məni tanıdı.

 

– Komutanım, bu sevgini Siz əməlinizlə qazandınız. Sizi həbsə girməzdən əvvəl də, sonra da mətbuatdan addım-addım, sözbəsöz izlədim. Hər qərarınızda, hər sözünüzdə, hər əməlinizdə bir Atatürk yolu gördüm. Sizi sevənlər Atatürkü sevənlərdir. Sizi sevənlər böyük Türkiyəni sevənlərdir. 26 ay həbsdə necə tab gətirə bildiniz necə dayandınız o ağrılara?!

 

– İki ildən iki ay çox həbsdə oldum. Elə insanlarımız  oldu ki, onlar 5 ilə qədər həbsdə oldular. Ölənlər oldu, çaşanlar oldu, ancaq insanlara , itirdiklərimizə və ailələrə hayıf oldu. Çox böyük zərbələr aldıq o illərdə. Ailələrin sarsıntılarına çox heyifsilənirəm. Orada necə qalmağımın səbəbi isə Atatürk təhsili, Atatürk dərsi idi. Biz həyatı, yaşamağı ondan öyrəndik. Həbsdə necə qalmağımı isə vəkilim İlkay Sezer daha gözəl danışar.

 

İlkay Sezer təbəssümlə o günlərdən qısa bir məqamı xatırlatdı:

– Komutanımı həbsxanaya aparanda, həbsxananın rəhbəri onu gəlib qapının ağzında özü qarşıladı, ona təzim etdi. Əslində həbsxanada elə bil hər şey dəyişmişdi. O gündən etibarən istintaqçıların , vəkillərin hansının yolu həbsxanaya düşürdüsə, onlar komutanımızla görüşmək şərəfinə nail olmaq istəyirdilər. Xalqın sevgisini heç həbsxanalarda, zindanlarda da  həbs etmək olmur. Xalqın verdiyi dəyəri, xalqın etibarını qazanmaq çox böyük şərəfdir. Və mən də sonuna qədər 26 ay onun keşiyində və qulluğunda dayandım.

 

General İlkər Başbuğ: – O gündən sonra İlkay bizim ailənin bir üzvü oldu. İndi onu doğmalarımızdan ayırmırıq.

 

A,E: -Komutanım, bəzən ağır bir hadisənin içərisindən də xeyirli bir iş nəsib olur. Sizi Tanrı elə yaradıb ki, hara getsəniz orada bir xeyirə, savaba risalə olacaqsınız.

 

– Sizinlə tanışlığımdan məmnun oldum. İndi gecdir. Siz də rahatsız oldunuz.

 

– Paşam, ayrılmağımızdan əvvəl bir sualım da vardır.

 

– Buyurun.

 

– Sizdən bir sual soracağam. Azərbaycanda hər kəsi narahat edir bu sual. Qarabağ probleminin açarının yerini bilirsinizmi?

 

– Mən bu haqda  bu gün Xəzər universitetində  konfransda da verilən sualları cavablandırarkən dedim ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub.1915-ci ildə də, 1918-ci ildə də Azərbaycana yardım edib. O zamanlar Rusiya Azərbaycana bu qədər girməmişdi, siyasi mənzərə də belə deyildi. Ona görə də 100 il bundan əvvəl daha tez köməyə gələ bilirdi. İndi isə dünyanın siyasi mənzərəsi dəyişib, ona görə də Qarabağ məsələsi bir düyün olaraq qalır. Arada maraqlı olan dövlətlər var. O dövlətlər olmasa, Türkiyə həmən bu problemin çözülməsində birinci olar. Ancaq çox istəyərdik ki, bu məsələ tez həll olunsun. Mən isə belə tezliklə bu məsələnin həll olunacağını görmürəm.

 

– Zaman zaman böyük güclərin bizim başımıza gətirdikləri, torpaqlarımıza etdikləri davaları Siz də bilirsiniz.

 

– Doğrudur.

 

Azərbaycan mehmetciyinə, əsgərinə nə arzulardınız?

 

– Azərbaycan çox böyük sınaqlar qarşısındadır. Həm dava aparmaq, həm dövləti qurmaq çətin məsələdir.  Ordunu ayaqda tutmaq, əsgərin qayğısına qalmaq çöx böyük məsuliyyətdir. Çünki əsgər Vətəni qoruyur. Azərbaycan əsgəri onu düşünsün ki, hər şeyin sonu yaxşı olacaq! O zaman qələbə də uzaqda olmur.

 

– Paşam , mənə vaxt ayrıdığınıza görə, əlinizi sıxmaq şərəfinə nail etdiyinizə görə Sizə çox minnətdaram. Ömrümə gözəl bir trix yazdım. Bu gün qızımın doğum günü idi, lakin Sizi daha önəmli bilib, görüşünüzə gəldim.

 

– Qızınızı da təbrik edin. Yenidən Azərbaycana gələndə görüşəcəyik.

 

– Cənab general, Bakıya tez-tez gəlin, sizə milyonların sevgisi var.               

Və 4 may 2018-ci il gecəsindən Türkiyənin Ordu generalı İlkər Başbuğdan mənə “Osmanlıdan Cümhuriyyətə: Güc odaklarının mücadiləsi”  kitabı hədiyyə qaldı. Kitabı vərəqləyəndə diqqətimi 19-cu və 142-ci səhifələrdəki bu sətirlər cəlb etdi:

 

“Səh.19. “Ordu nədir?” bəhsində  yazır:

“ “Ordu” türkcə bir sözdür. Orhun yazılarında “Ordu” sözünə çox rast gəlinir. Türk Ordusunun yaranması isə bizm  II minilliyin 209-cu ilinə , Hun imperatorluğunun zamanına təsadüf edir. Qədim türklər Orduya ocaq kimi baxırdılar.  Əslində bu çox önəmlidir.  Ocaq dedikdə, isidən, bişirən, odu-atəşi ifadə edir. Ayrıca o atəşin ətrafında toplanmış ortaq  bir keçmişi, gələcəyi, yəni gələcəyə hədəfləri olan bir ailə vardır. Prussiyalılar isə Ordu haqqında belə düşünürdülər. 1808-ci ilin 6 avqustunda Prusiya hökumətinin qərar ilə zabitlərin hansı keyfiyyətlərə malik olması qərara alınmışdı. Həmin qərarda yazılırdı: “Bir zabitin mövqeyini bildirən tək cəhət, sülh zamanında  təhsili, biliyini artırması, savaş zamanında isə üstün cəsarət və iti ağıllı olmasıdır. “Bilgi, cəsarət və iti ağıl” – bu üç təməl zabitin əsas göstəricisidir. Bu üç təməl də əsgərdə ləyaqətin nə dərəcədə gərəkli olduğunun göstəricisidir. Zabitlər ləyaqətlərinə uyğun olaraq dəyərləndiriləcəklər!”

 

Müəllifi İlkər Başbuğ olan kitabdan  bu fikirləri də söz xatirinə köçürmədim. Yazdım ki, Ordudan başı çıxanlar və çıxmayanlar oxusun! Çünki bu  güclü bir dövlətin, şərəfli bir Ordu rəhbərinin kitabından və qələmindən çıxan sözlərdir!

 

Aida Eyvazlı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2018
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031