Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Gözünü və ayağını itirən azərbaycanlı kəşfiyyatçı: “Məni ən çox ağrıdan odur ki…”

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi Moderator.az-a müsahibə verib.

– Xoş gördük, Kamil bəy. Məşğul olduğunuz hər hansı bir iş varmı?

– Xoş gördük. Mənim bir işim var, oda vətənpərvərliyin təbliğatıdır. Başqa bir işlə məşğul deyiləm. Amma işləməyi çox istəyərəm. Necə deyərlər “iş insanın cövhəridir.”

– Boş vaxtlarınızı necə dəyərləndirirsiz?

– İnanın ki, boş vaxt tapa bilmirəm. Amma belə vaxt tapanda gəzməyə çıxıram.

– Çox pozitivsiniz. Bunu müsahibələrinizdə də görmüşük. Bu müsbət enerjini hardan alırsız?

– Mən pozitivliyi düşüncələrimdən alıram. Ayağımı gözümü itirdiyimə görə heç vaxt üzülməyi özümə yaraşdırmıram. Onsuz da hamımız bu dünyada qonağıq. Ölüm haqdır. Buna görə niyə üzülüm? Ətrafdakıları mənfi enerjimlə yükləmək istəmərəm.

kamil musevi müsahibə ile ilgili görsel sonucu

– Cəmiyyətin, insanların münasibətini görəndə nə zamansa, qurban verdiyiniz gözünüzə, ayağınıza görə peşman olmusuz?

– Mən gözümü, ayağımı bizlərin qədirini bilən insanlar üçün vermişəm. Şəhidinə, qazisinə diqqət göstərənlər üçün. İçimizdə bizi sevməyən, bizə diqqət göstərməyənlər də var. Mən o insanları görəndə üzülmürəm.

– Dövlətdən hər hansı bir gözləntiləriniz varmı?

– Dövlət mənə qanunla nəzərdə tutulmuş bütün imtiyazları verib. Dövlətdən istəyəcəyim başqa heç nə yoxdur. Amma çox istəyərdim ki, şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət daha çox olsun. Şəhid ailələrinin övladları heç bir sıxıntı çəkməsin. İstəyərəm ki, ictimai nəqliyyat onlar üçün pulsuz olsun.

– Vətən uğrundan bədəninin bir hissəsini qurban verən şəxs kimi sizi ölkədə baş verən hansısa hadisələr ağrıdırmı?

– Bəli. Mən ən çox ağrıdan odur ki, gənclərimizin vətənpərvərlik ruhunda böyüdülmür, televiziyalarda vətən üçün canının fəda edənlər deyil daha çox şou proqramları yayımlanır. Çünkü bu gün bizim bir ehtiyacımız var, oda vətənpərvərlikdir.

kamil musevi müsahibə ile ilgili görsel sonucu

– Deyirlər, sizin kimi qəhrəmanların övladı çox olmalıdır. Bu haqda fikriniz nədir?

– Mənim kimi qəhraman yox, ümumiyyətlə vətən üçün canını fəda edən insanların övladları çox olsa yaxşıdır. Çünki inanıram ki, biz necəyiksə, övladlarımız da elə olar.

– Neçə övladınız var?

– Mənim iki oğlum var. Hər ikisi yaralanandan sonra oldu.

– Küçədə sizi görəndə tanıyıb yaxınlaşanlar olurmu? Sizi necə qarşılayırlar?

– Küçədə adətən xoş sözlər eşidirəm. Mənimlə fəxr etdiklərini, hörmət etdiklərini deyirlər. Çox sağ olsunlar. Bizim bu gün var olmağımız onların sevgisindən irəli gəlir. Hər kəsə minnətdarlığımı bildirirəm. Belə şeylər görəndə biz də çox qürurlanırıq.

– XXI əsrdə ölkələrin bir-biri ilə hələ də müharibə aparması, insanların həlak olması nə dərəcədə vacibdir?

– Bu tarixən belə olub. Bu gün var sabah da olacağına şübhəm yoxdur. İnsan elə nankordur ki, maraqları üçün bütün insanları qurban verməyə hazırdır. Mən müharibələri dəstəkləməsəm də, bu olub və olacaq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2018
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30