Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Xocalı 613” əsəri ilə Fransanı silkələyən məşhur bəstəkar: “Hələ də yas tuturam”

Publika.az-ın növbəti müsahibi məşhur Fransa bəstəkarı, “Xocalı 613” əsərinin müəllifi Pyer Tiluadır (Pierre Thilloy).

– Pyer Tilua kimdir?

– Bir neçə cümləyə sığdırmaq çox çətindir, amma özümü sizə belə tanıda bilərəm – bəstəkar, səyyah, dadlı yeməklərin həvəskarı, dünyadakı bütün gözəlliklərin aşiqi… Lakin nədənsə eşqimiz artdıqca, ömrümüz qısalır.

– Amma bu yaradıcılıq sevgimizi söndürmür, əksinə daha da alovlandırır. Duyğularınızın səsini ilk dəfə nə vaxt nota köçürmüsünüz?

– Musiqi bəstələməyə kifayət qədər gec başlamışam. İlham qaynağım da Bethoven olub. Onun əsərləri məni daim öz sehrinə salıb.

– Niyə məhz musiqi dilində danışmağı seçdiniz?

– Çünki musiqi dili insanların qəlbini qırmır, onları incitmir. Bəzən düşündürür, bəzən sevməyə vadar edir, hətta zaman qatarına mindirib, səyahətə aparır, amma əsla hisslərini alçaltmır. Musiqi ürəyimizin dilidir.

– İmprovizasiya və kompozisiya arasında nə kimi fərq var?

– Bunlar bir-birindən fərqli iki anlayışdır. İmprovizasiya bir anlıqdır, dəyişkəndir. Kompozisiya isə özüldür, toxunulmazdır. Belə bir deyim var: Sözlər uçub gedir, bizə məktublar qalır. Əgər improvizasiya sözdürsə, kompozisiya da əlyazmadır.

Картинки по запросу pierre Thilloy

– Bəs necə düşünürsünüz, müasir kompozisiyalar hisslərimizə hakim olacaq gücə malikdirlərmi?

– Çox çətin sualdır. Hətta deyərdim ki, estetika haqda diskusiya üçün geniş mövzudur. Həmçinin dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına birbaşa aidiyyatı var. Lakin düşünürəm ki, incəsənətin inkişafına öz bəhrəsini verən, ən azı buna cəhd edən istənilən əsər təqdirəlayiqdir. Doğrudur, bu gün incəsənət ustalarının istedadlarından çox səriştəsizliklərindən xəbər verən minlərlə sənət nümunələri var. Vacib olan bilirsinizmi nədir, müasir incəsənəti geniş auditoriyaya sevdirəcək qədər təkmilləşdirmək.

– Çağdaş sənətkar kimi siz bunun üçün nə edirsiniz ?

– Əsərlərimi yazanda qarşıma bir məqsəd qoyuram. Bu kompozisiya insanların hisslərini ovsunlaya biləcəkmi? Melodiya nə dərəcədə onların yaddaşına hopa biləcək? Təəssüratları uzunmüddətli olacaqmı?

– Sadaladıqlarınıza hər zaman nail ola bilirsiniz?

– Bəzən bəli, bəzənsə əksini hiss edib, işimin üzərində təkrar-təkrar çalışıram.

– Sizcə, bu gün keyfiyyətli musiqi yetərincə dəyərləndirilmi?

– Təəssüf ki, xeyr. İş onda deyil ki, mən klassikanı digər janrlardan daha çox sevirəm. Xeyr, heç də belə deyil. Sadəcə olaraq, indi bütün dünyada aktual olan elektro və s. kimi janrlar cəmiyyətin zövqünə, dünyagörüşünə simfoniyalar, sonatalar kimi müsbət təsir göstərmir. Lakin yenə də hər şeyi zamanın axarına buraxıb, bu musiqi savaşında hansı janrın qalib gələcəyini gözləməliyik.

Картинки по запросу pierre Thilloy

– Sirr deyilsə, maddi gəliriniz barədə danışa bilərikmi?

– İnsanlar bu haqda çox fantaziya qururlar, amma klassik əsər yazan bəstəkarların güzəranı keçmişdə olduğu kimi indi də çətindir. Lakin məhz onlar, belə deyək, dəbdən düşməyən brend sayılırlar. Çox istərdim bir festival təşkil edim. Tədbir boyu müxtəlif bəstəkarların əsərləri ifa olunsun. Lakin müəlliflərin adları dinləyicilərdən gizlədilsin. Sonda isə hansı əsərlərin daha çox sevildiyinə və sevilmədiyinə dair sorğu keçirilsin. Bunun nəticəsini təsəvvür edirsinizmi? "Mən bəstəkaram" deyib, sinəsinə döyənlər tez zamanda işsiz qalarlar.

– Bəs şəxsən siz maddi durumunuzu stabil saxlamaq üçün nə edirsiniz?

– Mən sevdiyim musiqini bəstələyirəm. Əldə etdiyim gəlir övladlarımın qayğısız böyüməsi üçün bir səbəbdir. Ancaq mən pul xatirinə heç vaxt sifarişlə müsiqi bəstələmərəm. Bu cəhətimə görə də çoxları məni sevmir.

– Bu sizi narahat etmir ?

– Təbii ki, xeyr. Əsas odur ki, mən azadam.

– Azərbaycanlı oxucularımıza sizin kimi azad ruhlu bir neçə müasir bəstəkar adı sadalaya bilərsinizmi? Kimin musiqisini dinləyək?

– Gözəl bəstəkarlar çoxdur, inanın. Ona görə də cəmi ikisinin və ya üçünün adını deməkdə çətinlik çəkirəm. Bu sevindirici haldır. Tək onu deyə bilərəm ki, sevmədiyiniz əsərləri belə dinləyin. Bu sizə keyfiyyətli musiqini ayırd etməyə yardımçı olacaq. Həm də axı hər musiqidə bir damla olsa belə gözəllik pay var.

– Əziz Pyer, "Xocalı 613" əsərinin müəllifisiniz. Acımızı qəlbinizdə hiss etdiyiniz üçün şəxsən öz adımdan sizə təşəkkür edirəm. Azərbaycanın bu qanlı tarixinə yaxından bələdsiniz.

– İnsan taleyi əsrlər boyu siyasi və iqtisadi oyunların qurbanı olub. Bu gün qardaş-bacı kimi yaşayan iki xalq sabah düşmənə çevrilib, bir-birindən əsrlər boyu üz çevirə bilər. Musiqi dünyanın ən müqəddəs dilidir və yalnız o eyni anda həm acıdan, faciədən, nifrətdən, həm də əfvdən danışa bilər. Dünya isə bu haqsızlığa susur və bu sükut mənim qulağımı batırır.

Bu yolverilməzdir axı. Əsərimlə Xocalıda həyatını itirmiş 613 qurbanın ruhlarını yad edib, həmin gecəyə qayıdıram. Ölənlərin narahat ruhlarına unudulmadıqlarını, dünyanın onlar üçün hələ də yas tutduğunu çatdırmaq istəyirəm. Bəlkə də nə vaxtsa bu əsər sülhün rəmzinə çevriləcək.

– Bəs Fransadakı ermənilərin buna münasibəti necə oldu? Bildiyimə görə, ailəniz dəfələrlə ermənilərin təzyiqinə məruz qalıb.

– Gözləri və qəlbləri qəzəblə dolu olanların fikri mənim üçün mənasızdır. Doğrudur, bu əsəri ərsəyə gətirəndən sonra karyeramda və şəxsi həyatımda çox problem yaşadım. Amma müharibənin bitməsini istəyənlər çoxdur. Məni bu maraqlandırır. Daim Azərbaycanı dəstəkləmişəm və bunu hamı bilir.

– Demək ki, ölkəmiz və xalqımızla xüsusi bağınız var.

– Düz 20 ildir ki, Azərbaycanla bağlı layihələr edirəm, dəfələrlə ölkənizdə olmuşam. Düşünürəm ki, özümü sübut etməyə ehtiyac yoxdur. Azərbaycanı da, millətinizi də sevirəm, çünki onlar mənim həyat hekayəmin xüsusi hissəsidirlər. Ümid edirəm, zaman yanılmadığımı sübut edəcək.

Картинки по запросу pierre Thilloy

– Çox primitiv, amma aktual sual: Gələcək planlarınız?

– Gələcəklə bağlı o qədər planlarım, arzularım var ki… Ən əsası həyatdan zövq almaq, bütün çətinliklərə rəğmən xoşbəxt olmağa çalışmaq və ətrafımdakıların dediklərinə deyil, öz doğrularıma inanmaq…

– Kaş ki, buna hər kəs inana…

Leyla Sarabi

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031