Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi”

2016-cı ilin aprel döyüşləri zamanı şəhid olmuş Elvin Qayıbovun həyat yoldaşı Aytac Qayıbova Modern.az saytına müsahibə verib.
Elvin Qayıbov 1989-cu ilin 26 dekabrında Xaçmazda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin şəhid çavuşu Elvin Qayıbov ölümündən sonra  "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

– Aytac xanım, Elvinlə ailə münasibətləriniz sevgi üzərində qurulmuşdu, yoxsa, valideynlərin seçimi idi?
 

-Bir müddət bir-birimizi tanıyıb sevmişik. Sonra valideynlərimizin xeyir-duası ilə nikaha daxil olmuşuq. Ailə quranda Elvinin 25 yaşı vardı. Mən isə hələ orta məktəbdə oxuyurdum. Bir  müddət nişanlı qalmalı olmuşduq. Çünki məktəbli olduğumdan nikah yaşım deyildi. Orta məktəbi bitirdikdən sonra toyumuz oldu.
 

– Elvin müddətdən artıq  hərbi xidmət göstərirdi?
 

– Bəli. Füzulidə çavuş kimi hər xidmət göstərirdi.
 

– Nə vaxtsa, Elvini hərbi hissədən geri çəkmək haqqında fikirlər səsləndirirdiniz?
 

– Belə söhbətlər edirdik. Ailə qurandan sonra Elvinlə Füzulidə 3ay yaşamalı oldum. İşi çətin idi. Orada olandan sonra bir daha əmin oldum ki, hərb sahəsi asan deyil. Hər an sevdiyin insanı itirmək təhlükəsi yaşayırsan. Elvin hiss edirdi ki, o, hərb sahəsinə qayıdanda mən çox narahat oluram. Söz vermişdi ki, xidmətinin 3 ili tamam olan kimi tərxis olunacaq.
2016-cı ilin 4 aprelində Elvinin 3 ili tamam olurdu və o həmin gün ailəsinin – bizim yanımıza qayıdacaqdı. Amma elə həmin gün şəhid oldu. Hətta komandiri də  Elvinin  bu işdən uzaqlaşmaq fikrindən xəbərdar idi. Sadəcə demişdi ki, 10 gün də gözlə, sonra çıxıb gedərsən. Biz nə biləydik ki, belə bir hadisə olacaq. Özü də Elvin evdən 7 gün olardı ki, hərbi hissəyə geri dönmüşdü. Martın 27-si məzuniyyət vaxtı bitmişdi.
 

– Sonuncu telefon danışıqlarınız zamanı sizə nə deyirdi?
 

–  Onunla hər gün danışırdım. Amma hər danışanda halallıq istəyirdi. “Mənə nə etmisənsə, halal elə” deyirdi.
 

– Son istəyi nə olmuşdu?
 

– Başqa istəyi də vardı. “Mənə bir şey olsa get, xoşbəxt ol” demişdi.
 

– Dedidiz ki, Elvinin ili çıxan kimi qaynatanızgilin evini tərk etməli oldunuz. Kimdən gəldi belə bir addım atmaq?
 

– Bu ilin 10 aprelində Elvinlə yaşadığımız evdən çıxmalı oldum. Çox çətin idi Elvinsiz o evdə yaşamaq. Hələ də inana bilmirəm ki, 1 il o evdə necə yaşamışam. Elə bilirdim ki, o evdən sağ çıxmayacam. Qaynanam, qaynatam və mən bir il bir yerdə yaşadıq.  Elvinsiz onun valideynlərinin üzünə baxmaq çox çətin idi.
 

– Hazırda Elvinin ailəsi ilə əlaqə saxlayırsınızmı?
 

– Hər gün telefon əlaqəmiz olur.
 

– Elvinin ata-anası nə arzulayır sizə?
 

– Nə arzulayacaqlar ki?! Deyirlər, get xoşbəxt ol. Onlara gedib-gəlirəm, baldızlarımla görüşürəm. Əlaqəni kəsməmişəm. Yenə də mənim üçün qaynana, qaynata olaraq qalırlar.
 

– Əslində hər bir sualı çətinliklə verirəm. Bildiyimə görə, övladınız yoxdur. Hər halda, Elvin övladının olması barədə xəyallarını dilinə gətirməmiş olmazdı.  Çünki hər kəsin ata, ana olmaq arzusu olur.
 

– Elvinin də ata olmaq arzusu vardı. O, uşaqları çox sevirdi. Həmişə arzulayırdı ki, əkiz uşaqları olsun. Deyirdi ki, mənim də əkiz uşaqlarım olacaq. Elvin 3 dəfə əməliyyat olunduğu üçün evləndikdən sonra 3 dəfə məzuniyyət götürmüşdü. Həkimlərin göstərişi ilə bu əməliyyatlar həyata keçirilmişdi. Elə sonuncu dəfə əməliyyat olunub, o gedən getdi.
 

– Elvin yuxularınıza gəlirmi? Onun xəyalı ilə nə danışırsınız?
 

– Elvinlə yaşadığım evdə olanda hər axşam yuxularıma gəlirdi. Elə hey “gələcəyəm” deyirdi. Amma qaynatamgildən ayrılıb ata evinə gedəndən sonra Elvin yuxuma az-az gəlir.
 

– Amma insanın ümidi heç zaman ölmür.
 

– Hələ də Elvinin yoxluğuna inana bilmirəm. Elə bilirəm ki, o nə vaxtsa qayıdıb gələcək.
 

– Baş verənlərə, yaşananlara baxmayaraq, həyat  davam edir.  10, 15, 20 ildən sonra başımıza nələrin  gələcəyini bilmirik. Elvinin arzusunu nə vaxtsa yerinə yetirmək istəyərsinizmi?. Çünki sizə “mən olmasam,  xoşbəxt ol” deyib.
 

– Zaman göstərər. Həyatda hər şey ola bilər.
 

– Nişan üzüyünüzü də özünüzlə ata evinə apardınız, yoxsa…
 

– Elvinin barmağıma taxdığı nişan üzüyü məndədir.
 

– Bəs sizin ata- ananız nə düşünür? Sizdən bir istəkləri varmı?
 

– Ata-anam məni düşüncələrimdən uzaqlaşdırmaq istəyir. Çalışırlar ki, həyata baxmağı bacarım. Yenidən ailə qurmağımı, xoşbəxt olmağımı  arzulayırlar.
 

– Siz danışdıqca hiss etdim ki, sevginiz ilk gündəki kimidir.
 

– Bu sevgi heç vaxt ölməyəcək. Harda və kimin yanında olsam belə, Elvinə olan sevgim ölməyəcək. Onun kimisi olmayacaq. Başqasını Elvini sevdiyim kimi sevə bilməyəcəm. Onun gözlərinə baxdığım kimi, baxa bilməyəcəm.
 

– Yqəin Onu hər gün xatırlayırsınız…
 

– Əlbəttə, elə bir gün olmur ki, o, yadıma düşməsin.
 

– Həm də çox darıxırsınız…


– Lap çox darıxıram…

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031