Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ənvər Paşa qardaşını Bakıya göndərməyə necə razı oldu

Sabah paytaxt Bakının bolşevik-daşnak işğalından azad edilməsinin ildönümüdür.

Axar.az bu tarixi hadisənin 99-cu ildönümündə politoloq Asif Mehdiyevin həmin vaxtlar baş verən hadisələrlə bağlı müsahibəsini təqdim edir:

Asif müəllim, bildiyiniz kimi, sentyabrın 15-də paytaxtımız Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin ildönümüdür. Bu barədə tarixi məqamlardan daha az bilinənləri bölüşmənizi istərdik.

– 99 il əvvəl, 1918-ci il avqustun 1-dən sentyabrın 15-dək bolşevik-daşnak qüvvələri paytaxtımız Bakıda ağalıq etdilər. Lakin bundan xeyli əvvəl çox gərgin hadisələr baş vermişdi. 1918-ci ilin martın əvvəllərində Azərbaycanın düşünən başları sonralar ölkənin baş naziri olacaq Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Gəncə şəhərində iclas keçirirlər. İclasda Osmanlı ordusunun zabiti Hüsaməddin bəy, sonralar hökumətdə mühüm vəzifələr tutmuş Nağı bəy Şeyxzamanlı, İttihadi-İslam Partiyasından doktor Xudat bəy Rəfibəyli, Sosialist Partiyasından Aslan bəy Səfikürdski də iştirak edirdilər. İclasda əsas məsələ Osmanlı qoşunlarının Azərbaycana dəvət edilib-edilməməsi idi. Müxtəlif məsələlərdə fikir ayrılığı olsa da, bu məsələ ümummilli məsələ olduğundan, burada fikir ayrılığından söhbət belə gedə bilməzdi. Müzakirələrdə Osmanlı ordusunun ölkənin xilası naminə dəvət edilməsi qərara alındı. Son dərəcə məsuliyyətli olan bu işi icra etmək Nağı bəy Şeyxzamanlıya həvalə edildi. Nağı bəy ləngimədən İstanbula yola düşdü. Təfsilata varmadan onu deyə bilərik ki, çox şükür ki, o, bu işi uğurla yerinə yetirdi.

– Necə oldu ki, Osmanlı ordusu Azərbaycana gəlməyə razılıq verdi? Axı Osmanlı dövlətinin özünün də vəziyyəti yaxşı deyildi.

– Nağı bəy Şeyxzamanlı Osmanlı ordusunun rəhbərliyi qarşısında Azərbaycanda olan hərbi-siyasi vəziyyəti elə dəqiqliklə təsvir etdi ki, o vaxtlar Osmanlı imperiyasının siyasətini müəyyən edən əsas simalardan biri, Müdafiə naziri Ənvər Paşa həmin an Qafqaz İslam Ordusunun yaradılması haqqında qərar qəbul etdi və qardaş Azərbaycana kömək məqsədilə qoşun göndərməyi qərara aldı. Nəzərə almaq lazımdır ki, Ənvər Paşa harda türk yaşayırdısa, oranı özünə vətən hesab edən bir insan idi. Qərarın qəbul olunmasında başqa məqamlarla yanaşı, bu da müəyyən qədər rol oynamışdı.

– Qafqaz İslam Ordusuna Nuru Paşanı komandan təyin dilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir…

– Qafqaz İslam Ordusuna komandanlıq etməyi ilk olaraq şahzadə Fərruxa və Kazım Qarabəkir Paşaya təklif etmişdilər. Amma sonda bu orduya komandanlıq Nuru Paşaya həvalə olundu.

Nağı bəy xatirələrində yazır ki, Ənvər Paşa ilə hər gün görüşürdük. Bir dəfə özümü toplayıb və Ənvər Paşanın məni sevməsindən istifadə edərək dedim: “Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allaha, aşağıda Ənvərə. Eşitdiyimə görə, sizin Nuru adında bir qardaşınız var. Sizdən xahiş edirəm, Qafqaza gedəcək hərbi dəstənin başına Nuru Paşanı təyin edəsiniz. Sizin Qafqaza gedəcək əsgərlərə komandir təyin etdiyiniz Prinsi hər axşam “Pera Palas” otelinin salonunda içki içib rəqs edən görürəm. Qafqazda belə şeyləri xoşlamazlar”. Məni dinləyən Ənvər Paşa ”çox yaxşı” – dedi. Sonra telefonu alaraq Qafqaza gedəcək zabitlərin içki içməyənlər olması, içki içməyəcəklərinə dair dillərindən kağız alınması üçün əmr verdi və mənə dedi: “Nağı bəy, Nuru çox cavandır, necə olsun?”

Heç şübhəsiz ki, Ənvər Paşanın Nuru Paşanı əvvəlcə Azərbaycana göndərmək fikri olmayıb. Nağı bəy Ənvər Paşanın öz kiçik qardaşını necə komandan təyin etməsini öz xatirələrində qeyd edir. Ənvər Paşa ertəsi gün onu qarşılayaraq deyir: “Nağı bəy, istədiyiniz baş tutdu”. Mən sevinərək dedim: “Paşam, çox sevindim və sabah bütün Qafqaz türkləri sevinəcəklər”. Bu vaxt içəri bir paşa daxil oldu. Ənvər Paşa, “Bu da istədiyin Nuru”, – deyərək bizi tanış etdi.

Beləliklə, Nuru Paşa Nağı bəyin istəyi və Ənvər Paşanın razılığı ilə Qafqaz İslam Ordusuna komandan təyin olunur.

– Qafqaz İslam Ordusu öz fəaliyyətinə necə başladı?

– Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Cəbrayıl-Ağdam-Tərtər və Yevlaxdan keçərək 25 may 1918-ci ildə Gəncə şəhərinə gəlib çıxdı. Bakı şəhərinə gələnə qədər sözün həqiqi mənasında qəhrəmanlıq göstərən bu ordu Nuru Paşanın rəhbərliyi altında Göyçay, Qaraməryəm, Müsüslü, Kürdəmir, Şamaxı, Sığırlı, Hacıqabul, Qarasu kimi onlarla yaşayış məntəqəsini qəddar düşmənlərdən azad etdi. Bu döyüşlərin içərisində Qaraməryəm uğrunda iyunun 27-30-u arasında olan döyüş xüsusi əhəmiyyət kəsb edirdi və qalan digər döyüşlərin qələbə ilə nəticələnməsində istinad rolunu oynadı.

Qafqaz İslam Ordusu ölkəmizi təkcə bolşevik-daşnak quldurlarından azad etmədi, həm də Azərbaycana o dövr üçün ciddi sayıla biləcək qayda-qanun gətirdi. Burda bir məsələni qeyd etmək maraqlı olardı. Deməli, Manaf Süleymanov özünün “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazır ki, bir çörək satanın müştərilərdən bir şahı artıq aldığına görə qulağını dükan qapısına mıxlamışdılar. Müəllif başqa bir yerdə qeyd edir: ”Bir dəfə daha böyük komandirin acığı tutmuşdu. Stolun dalından dikəlib üzbəüz oturmuş bizim komandirin iki tərəfdən bığlarından yapışaraq göyə qaldırdı, zərblə yerə çırpdı: “Yahu, islam övladlarını gavur hədəfinə çevirmək istəyirsənmi?” qışqırdı”.

Bəli, 29 yaşlı Nuru Paşa bir paşa nə edə bilərdisə, ondan artığını edə bildi. O, qocaman Osmanlı rəhbərliyinin və Azərbaycan türklərinin ümidlərini doğruldaraq, öz adını həm Azərbaycan hərb tarixinə, həm də hər bir Azərbaycan türkünün qəlbinə yazdı.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930